Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə25/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   119
2015-332

CingiltiləĢmə qanunu 
 
Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri 
də cingiltiləşmədir. Başqa fonetik hadisələrdən fərqli olaraq
ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün 
qanun şəklinə düşmüşdür. 
Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə 
cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən 
bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir; mə-
sələn: 
K -> y –inək – inəy + i 
kəpənək – kəpənəy + i 
qəpik – qəpiy + i və s. 
T -> d – get –ged +im – ged + ək 
yarat – yarad + ım – yarad + aq və s. 
Cingiltiləşmə hadisəsində kar səs, düşdüyü şəraitlə əlaqədar 
cingiltiləşir. Bu və ya başqa samit eyni şəraitdə bəzən 
cingiltiləşir, bəzən isə cingiltiləşmir; məsələn: 
Et – ed + im – ed + ək 
Ət – ət + im – ət + in və s. 
Göründüyü kimi, burada t səsi d səsinə çevrilmişdir . 


 
50 
Azərbaycan ədəbi dilində heca 
 
Danışıq zamanı tələffüz olunan bu və ya başqa birsöz asan-
lıqla hissələrə bölünür. Tələffüz edilərkən sözün bu cür par-
çalanan hissələrinə heca deyilir; məsələn: yol-daş, jur-nal, əs-gər 
və s.
Bir səsli, iki səsli, üç, dörd səsli hecalar: o, at+ta, a+dam, 
ü+züm, bu, əl, mən, biz, duz, söz, qəbz, turş, spirt, şmidt... 
Sözlərdəki hecalar quruluşlarına görə eyni formada olmur. 
Bunlardan bəzilərinin sonu sait (ancaq saitdən ibarət olan heca da 
vardır), bəzilərinki isə samitlə bitir. Bu xüsusiyyətuinə görə 
hecalar iki yerə bölünür: a) açıq hecalar, b) qapalı hecalar. Sonu 
saitlə bitən hecalara açıq heca deyilir. 
Məsələn: a+na, ba+cı, qo+ca, qa+pı, də+ri, a+cı və s. 
Sonu samitlə bitən hecalara qapalı heca deyilir;məsələn: 
in+san, ic+las, ul+duz, oğ+lan, öv+lad, on+suz, ot+laq, or+du və s. 
Sözdəki hecalar onları təşkil edən səslərin sayına, xüsusən 
samitlərin miqdarına görə və yerlərinə görə bir-birindən fərqlənir. 
Buna görə də hecaların müxtəlif tipləri vardır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin