53
təkmilləşir və qismən dəyişir. Bu təkmilləşmə və dəyişikliklərdə
reforma olmur, burada təbii və qanuni olaraq köhnənin aradan
çıxması və yeninin əlavə edilməsi ilə əlaqədar dəyişiklik baş verir.
Hər bir şəxsin ən gözəl keyfiyyətlərindən
biri onun zəngin
nitq mədəniyyətinə nail olmasıdır. Yüksək nitq mədəniyyəti in-
sanın ümumi inkişafında xüsusi rol oynayır. İstər məzmun, is-
tərsə də zahiri cəhətdən düzgün olan nitq fikrin təsirli ifadə olun-
masına xidmət edir. Buna görə də yüksək və zəngin nitq mə-
dəniyyəti olmadan böyük fikirləri və hadisələri ifadə etmək
mümkün deyildir. (Səməd Vurğun)
Orfoepiyanin böyük ictimai əhəmiyyəti vardır. O, eyni sözün
müxtəlif formalarda tələffüz olunmasına yol vermir.
Ümumiy-
yətlə, düzgün tələffüz olunan dil vasitələri hər zaman fikrin asan
və tez anlaşılmasına imkan yaradır. Bunun əsasında da insanlar
bir-birini düzgün başa düşürlər. Eyni zamanda, orfoepik qaydalar
poeziya üçün də əhəmiyyətə malikdir. Bunların vasitəsi ilə bədii
nitqin estetik effekti, yaxud mahiyyəti daha da artır. Bütün bun-
lara görə orfoepiyanin nəzəri və praktik cəhətdən öyrənilməsinin
çox böyük əhəmiyyəti vardır.
Orfoepik qaydaların heç kəs tərəfindən pozulmasına yol
verilmir. Bu qaydalar hamı üçün vahid və məcburidir. Lakin
bəzən danışıq zamanı orfoepik qaydaların pozulması halları olur.
Orfoepiya normaları başlıca olaraq 2 səbəbdən pozula bilir: da-
nışanın öz dialektinin təsiri nəticəsində və orfoqrafiyanın təsi-
rindən.
Danışıq zamanı orfoepik normaların pozulması dinləyicinin
fikrini əsas məsələdən uzaqlaşdıra bilir. Belə ki,
adətən biz da-
nışanı dinlərkən, onun nitqinin səs cəhətinə bir o qədər də diqqət
etmirik; əsasən mənaya fikir veririk. Lakin danışan adam vahid
tələffüz qaydalarını pozduqda, dinləyici sözün xarici cəhətinə,
yəni səs cəhətinə də diqqət yetirməyə məcbur olur.
Bunun
nəticəsində isə onun diqqəti yayınır.
54
Orfoepik normalardan uzaqlaşmaq ümumi anlaşma işinə
mane olur. Buna görə də orfoepik normaların pozulmasına qarşı
müntəzəm mübarizə aparmaq, onu qorumaq lazımdır. Çünki bu
yüksək nitq mədəniyəti uğrunda mübarizənin bir növüdür.
Orfoepiya ilə orfoqrafiya arasında
həm fərq, həm də möh-
kəm əlaqə var. Orfoqrafiya sözlərin düzgün yazılışını, orfoepiya
isə düzgün tələffüzünü tələb edir. Buna görə də düzgün yazmaq
üçün düzgün danışmağı, düzgün tələffüz etməyi bacarmaq la-
zımdır.
Orfoepiya ilə orfoqrafiyanın fərqi ondan ibarətdir ki, dildəki
söz və ifadələr heç də həmişə yazıldığı kimi tələffüz olunmur.
Belə ki bəzən söz və ifadəyə bu və ya başqa səs müəyyən fonetik
vəziyyətə düşərək yazıdan fərqli şəkildə tələffüz olunur. Lakin bu
fərqlər çox böyük deyildir.
Orfoepiya ilə orfoqrafiya arasındakı fərqlərin silinməsi dil
üçün mühüm əhəmiyyətə malikdir. Hazırda qanunauyğun şəkildə
bunlar arasında yaxınlaşma prosesi surətlə davam edir. Şübhəsiz
ki, nəticədə
bu proses bərabərləşməyə, yaxud da əhəmiyyətsiz
dərəcəli fərqlərə aparıb çıxaracaqdır. Bunu dilin indiki vəziyyəti
aydın göstərir.
Dostları ilə paylaş: