Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə28/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   119
2015-332

AZƏRBAYCAN DĠLĠNĠN ORFOEPĠYASI, 
ONUN FORMALAġMASI VƏ ĠNKĠġAFI 
 
Azərbaycan ədəbi dili müəyyən orfoepiya qaydalarına malik-
dir. Bu qaydalar tədricən formalaşmışdır. Ədəbi dilin normaları-
nin təkmilləşdirilməsi məsələsi, xüsusən, XIX əsrdə çox ciddi 
şəkildə meydana çıxmışdır. Bu sahədə M.F.Axundovun böyük 
xidməti olmuşdur. O, ədəbi dilin tələffüz normalarını şifahi dil 
üzərində qurmağa və bunun da əsasında yazı ilə tələffüzü yaxın-
laşdırmağa çalışmışdır. Orfoepiya sahəsində Axundovun bu prin-
sipi indi də aktual və faydalı prinsipdir. XX əsrin əvvəlində də bu 


 
55 
məsələ ictimaiyyatın nəzər-diqqətini cəlb etmişdir. C.Məmməd-
quluzadə öz elmi və bədii fəaliyyətində ədəbi tələffüz məsələlə-
rinə xüsusi fikir vermişdir. Onun ―Sirkə‖ hekayəsində bu məsələ 
daha qabarıq şəkildə öz əksini tapmışdır. 
Sovet dövründə Azərbaycan ədəbi dilinin orfoepik normala-
rının qaydaya salınması yeni şəkildə meydana çıxmışdır. Məlum-
dur ki, sosialist mədəniyyətinin tərəqqisində dil mədəniyyəti in-
kişafının da xüsusi rolu vardır. Buna görə də sovet dövründə nitq 
mədəniyyəti məsələləri ziyalılarımızın nəzər-diqqətini daha çox 
cəlb etmişdir. Hazırda Azərbaycan orfoepiyasının əsasını ziyalı-
larımızın tələffüzü təşkil edir ki, bunların da əksəriyyəti Bakıda 
mərkəzləşmişdir. Məlum olduğu kimi, sovet hakimiyyəti qurul-
duqdan sonra ölkənin hər yerindən Bakıya köçən çox olmuş və on-
lar öz danışıqlarının ən yaxşı cəhətlərini ədəbi dilə gətirmişdir. Elə 
buna görə də məhz müasir ədəbi tələffüz bir dialektin yox, ümumi 
Azərbaycan dilinin ən yaxşı cəhətlərini özündə cəmləşdirmişdir.
Azərbaycan ədəbi tələffüz normalarının formalaşma və inki-
şaf tarixini də öyrənməyin böyük nəzəri və praktiki əhəmiyyəti 
vardır. Lakin orfoepiya qaydalarının formalaşma və inkişaf ta-
rixini müəyyənləşdirmək olduqca çətindir. Çünki müxtəlif dövr-
lərdə işlənən hər bir orfoepik norma yazıda əks olunmur. Bu mə-
sələlər bəzi klassik bədii əsərlərdə, müxtəlif tarixlərdə yazılmış 
dilçilik materiallarında, xüsusən dilə aid vəsaitlərdə axtarıldıqda 
az və ya çox dərəcədə fakt verə bilir.
Azərbaycan dilinin orfoepiyası əsasən son illərdə tədqiq 
olunmağa başlanmışdır. Orfoepiya məsələlərinə dair prof. Ə.Də-
mirçizadənin, Kazım Ziyanın, Ə.Əfəndizadənin və başqalarının 
əsərləri vardır. Ə.Əfəndizadə özünün ―Azərbaycan dilinin orfo-
epiyası‖ adlı dissertasiyasında Azərbaycan dilinin orfoepiya qay-
dalarını imkan daxilində geniş şərh edə bilmişdir. Həmin əsər 
Azərbaycan dili orfoepiyasının qaydalarını öyrənmək üçün çox 
faydalı vəsaitdir. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin