Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


 Şəkli (piktoqrafik) yazı, 2. Fikri (ideoqrafik) yazı, 3.Heca



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə34/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   119
2015-332

1. Şəkli (piktoqrafik) yazı, 2. Fikri (ideoqrafik) yazı, 3.Heca 
(silloqrafik) yazı, 4. Səs (fonoqrafik) yazısı. 
Yazının bu tiplərinin hər biri bu və ya başqa xüsusiyyətlərinə 
görə digərindən əsaslı surətdə fərqlənir. 
1. Şəkli(piktoqrafik) yazı. Bu və ya başqa məlumat və 
hadisənin şəkillər vasitəsilə ifadə edildiyi yazıya şəkli, 
yaxud piktoqrafik yazı deyilir. Piktoqrafik yazıdakı hər 
bir ünsür piktoqram adlanır. 
Piktoqrafik yazıda hər şəkil bir cümləni əks etdirir. Bu yazıda 
nitq sözlərə bölünməyərək bütöv cümlələr halında göstərilirdi. 
Yazının ilk tipi olan şəkli yazının tarixi çox qədimdir.Uzaq 
keçmişdə hər hansı bir hadisə və ya məlumatı ifadə etməkdən 
ötrü başqasına əşya göndərmək və s. vasitələrdən istifadə etmək 
insanlar üçün həmişə əlverişli və mümkün olmurdu. Buna görə 
də ibtidai insanlar ―primitiv qrafik xətlər çəkmək vərdişi əldə 
edərək‖ əşyanın özünü deyil, onun şəklini çəkib göndərmişlər. 
Piktoqrafik yazılarda ifadə edilən mövzuların dairəsi bir o 
qədər geniş olmurdu. Bu yazı vasitəsilə ov səhnələri, müəyyən 
məlumatlar, vuruşma və qaçışma hadisələri, ticarət müqavilələri 
yazılır. 
Qədimdə insanlar piktoqramları qayalar, daşlar, ağaclar, hey-
van buynuzları və sümükləri üzərində cızmışlar. Şəkli yazı ümu-
miyyətlə yazının formalaşmasında bünövrə təşkil etməsinə bax-
mayaraq sonralar bir o qədər əlverişli olmamışdır. Belə ki, bu 
yazı vasitəsilə fikrin bütün incəlikləri ifadə olunmurdu. Bundan 
başqa şəkli yazı təlim-təhsil məqsədi daşımırdi. Buna görə də in-
sanlar yazının bu tipi ilə kifayətlənməyib, öz fikirlərini daha də-
qiq və genis əks etdirmək üçün müvafiq forma axtarmışlar. Şəkli 
yazıya nisbətən belə bir müvafiq forma ideoqrafik yazı olmuşdur.


 
67 
2. Fikri ideoqrafik yazı. Nitqdəki sözlərin ideoqramlarla əks 
olunmasına fikri yaxud ideoqrafik yazı deyilir.İdeoqrafik 
yazıdakı hər bir ünsür ideoqram adlanır.İdeoqramlara 
heroqliflər və digər şərti işarələr daxildir. 
İdeoqrafik yazı sistemində hər bir işarə bütöv bir sözü, yaxud 
sözün mənali hissəsini bildirir.Buna görə də bu yazıya söz yazısı 
da deyilir.
İdeoqrafik yazı şəkli yazı içərisində çox tədricən yaranmış-
dır. Bu yazının yaranmasının, əsasən, iki səbəbi olmuşdur. 
Birincisi, şəkli yazının ünsürləri inkişaf edərək əşyanın özü-
nü əks etdirməyib, onun ancaq işarələrinə, yəni simvollarına çev-
rilmişdir. Məsələn, günəş anlayışını bildirmək üçün çinlilər pik-
toqrafik yazıda günəş şəkli çəkirdilərsə sonrakı yazılarında bunun 
əvəzinə günəşə oxşayan heroqlif işlətmişlər. Deməli, əşya ilə şək-
li arasındakı oxşarlıq əlaqəsi kəsilmişdir. 
İkincisi, təfəkkürün inkişafı ilə əlaqədar olaraq bu və ya 
başqa mücərrəd anlayışı piktoqramla vermək mümkün olmadığı 
üçün yazıya işarələr artırılmışdır. Bu işarələr isə öz növbəsində 
fikri yazının yaranmasına təsir etmişdir.
İdeoqrafik yazı ilə şəkli yazı sistemi arasında möhkəm əlaqə 
olmuşdur.Başqa formada desək, nəinki əlaqə, hətta şəkli yazı 
onun üçün bünövrə təşkil etmişdir. 
Yazı tarixi ilə məşğul olanlar ideoqramı piktoqrafdan fərq-
ləndirmək üçün onun formasına deyil, onun məzmununa fikir 
verməyi məsləhət bilmişlər. İnsanlar min illər boyu inkişaf yolu 
keçdikdən sonra fikri yazı meydana çıxmışdır.Fikri yazının ya-
ranması mədəniyyət tarixində xüsusən də yazı tarixində böyük 
bir dönüş olmuşdur.Çünki nitqi sözlərə bölmək və onun hər bir 
vahidini şərti işarələrlə göstərmək yazının yüksək forması olan 
hərfli yazının əsasını qoymuşdur. 
Hazırda ideoqrafik yazı sistemindən geniş şəkildə çinlilər 
istifadə edir.


 
68 
İdeoqrafik yazı şəkli yazıdan üstünlük təşkil etməsinə bax-
mayaraq, bunun da nöqsanları vardır. Belə ki, bu yazı bütün dil-
lərin quruluşuna uyğun gəlmir və təlim, zəhmət tələb edir. Buna 
görə də bəzi xalqlar yazının həmin tipindən fərqli olaraq, heca 
yazısı sistemindən istifadə etmişlər. 
3. Heca silloqrafik yazısı.Şərti işarələrlə bütün hecaları gös-
tərən yazıya heca, yaxud silloqrafik yazı deyilir. Heca 
yazısı insanların sözləri hecalara bölməyə başladığı 
dövrdən başlamışdır. Belə ki, qədim xalqlar sözləri heca 
ilə deməyə alışdıqdan sonra yazı ünsürləri hecaları 
göstərməyə xidmət etmiş və silloqrafik yazı meydana 
çıxmışdır. Silloqrafik yazıda hər hecann müəyyən şərti 
işarəsi olmuşdur. 
Silloqrafik yazı mənşəyinə görə şəkli və fikri yazıdan əmələ 
gəlmişdir. Heca yazısı qədim Misir, minoy, şumer yazılarından 
təşəkkül tapmışdır. Bu yazılarda piktoqram və ideoqramlarla bə-
rabər, silloqramlarda işlənilmişdir. 
Hazırda heca yazısından Yaponiyada istifadə olunur. Yapo-
niyadakı yazı sırf heca yazısı deyildir. Həmin yazı heroqliflərlə 
qarışıqdır. Bu yazıdan hind, brahma və devanaqrada da istifadə 
edilir. 
Ümumiyyətlə, yazının inkişaf tarixində silloqrafik yazının 
xüsusi rolu olmuşdur. Bu hərfli yazının hazırlanmasına böyük 
təsir etmişdir. 
4. Səs (fonoqrafik) yazısı. Şərti işarələrlə dilin səslərini əks et-
dirən yazıya hərfi, yaxud fonoqrafik yazı deyilir.Yazının 
başqa tiplərindən fərqli olaraq, hərfli yazıda dilin bu və ya 
digər işarələrdən-orfoqrafik işarələrdən (apostrof, hərəkə 
və s.) də istifadə olunur. 
Fonoqrafik yazı digər yazı tiplərindən təcrid olunmuş şəkildə 
deyildir. Bu yazı tipi tədricən ideoqrafik yazıdan əmələ gəl-
mişdir. Belə ki, ideoqrafik yazının işarələri get-gedə bütöv sözü 


 
69 
deyil, sözün səslərini bildirmiş və bunun da nəticəsində hərfi yazı 
meydana çıxmışdır. Fonoqrafik yazı da çox mürəkkəb prosesin 
məhsuludur, bu bir neçə əsrlər boyu inkişaf edib formalaşmışdır. 
Hərfli yazılar xarakterinə görə müxtəlif formaya malik 
olmuşlar. Belə ki, bəzi yazılarda samit səslər hərflərlə, saitlər isə 
diakritik işarələrlə göstərilmişdir. Buna indi də bəzi yazılarda 
təsadüf olunur. Məsələn: ərəb yazısında saitlər hərəkə deyilən 
diakritik işarələrlə göstərilir. Bu cür yazılar konsonant yazı, yəni 
samitlərdən ibarət yazı adlanır. Digər qrup yazılarda isə sözdəki 
həm sait, həm də samitlər hərflərlə göstərilir. Belə yazılar əsl 
fonoqrafik yazı adlanır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin