Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə35/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   119
2015-332

Azərbaycan yazısı 
Azərbaycan çox qədim bir ölkədir. Burada sakin olan insan-
lar ən qədim zamanlardan təxminən daş dövründən başlayaraq öz 
fikir və düşüncələrini başqalarına çatdırmaq üçün primitiv şə-
kildə yazıdan bir vasitə kimi istifadə etmişlər. Belə bir mülahi-
zəni Azərbaycan ərazisində olan qədim abidələr, xalqın tarixi 
adət və ənənələri aydın sübut edir. 
Azərbaycanlılar hələ qədim zamanlarda xətli yazının əmələ 
gəlməsi üçün əsas amillərdən biri olan əşya vasitəsilə fikrin ifadə 
edilməsi üsulundan istifadə etmişlər. Bu vasitə xalq arasında çox 
geniş yayılmışdır. Əşya vasitəsilə fikrin ifadə edilməsi dünya 
xalqları həyatında çox müxtəlifdir. Belə ki, bunlardan bəzisi 
müəyyən qrup xalqlarda bir-birinə oxşayır. Bəzisi isə tamamilə 
fərqlənir. Azərbaycanlıların da bu məqsədlə istifadə etdikləri va-
sitələrin bəzisi digər xalqların işlətdiyi vasitələrə oxşayır. 
Qədim zamanlardan başlayaraq, azərbaycanlılar müəyyən əş-
ya, xüsusən də qab hazırlandıqda onun üstündə insan, heyvan, 
quş, bitki və s.müxtəlif şəkil və naxışlar çəkmişlər. Məsələn, 
Azərbaycanın tunc dövrünə aid son vaxtlar arxeoloqlar tərəfindən 


 
70 
Mingəçevirdə tapılmış saxsı qablar, naxış, insan və heyvan şə-
killəri ilə bəzəklidir. 
Bütün bunlar və ya bu tipli digər şəkillər əslində yazıdır. 
Çünki burda müəyyən ardıcıl fikir izah olunmur. Deməli, hər 
şəkli yazı adlandırmaq olmaz. Yazı adlanan şəkillər müəyyən ha-
disəni, əhvalatı əks etdirir. Azərbaycanda belə şəkillər vardır. 
Bunlar Azərbaycanda şəkli yazıdan istifadə olunduğunu aydın 
göstərir. 
Azərbaycanlılar sonralar yazının digər tiplərindən də istifadə 
etmişlər. Lakin ardı-arası kəsilməyən işğallar ölkəni talan etmiş 
və onun mədəniyyətinə mənfi təsir etmişdir.VII əsrin ortalarında 
ərəblər Azərbaycanı işğal etdikdən sonra azərbaycanlıların 
işlətdikləri yazı sistemi sıradan çıxarılmışdır. Bundan sonra 
Azərbaycan yazısında uzun zaman ərəb əlifbası işlədilmişdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin