Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə4/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   119
2015-332

 


 

DĠL HAQQINDA MƏLUMAT 
 
Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox 
zəruri olan bir vasitədir. Cəmiyyətdə dilin başlıca rolu onun əsas 
ünsiyyət vasitəsi olmasıdır.
Dil fikrin ifadə aləti kimi təzahür etdiyinə görə beyinin fəa-
liyyəti ilə bağlı olan təfəkkürlə sıx əlaqədədir. Dil ilə təfəkkür 
eyni vaxtda və eyni mənbədən yarandıqları üçün vəhdət təşkil 
edir. Lakin çox oxşar cəhətlərin olmasına baxmayaraq, dil ilə tə-
fəkkür heç də eyniyyət yaratmır. Bunların hər birinin özünəməx-
sus cəhətləri vardır. Bu fərqlərin ən başlıcası odur ki, dil lüğəvi 
və qrammatik vasitələrdən istifadə edir. Lakin təfəkkür üçün 
istifadə mənbəyi sözlər və cümlələr deyil, məfhumlar və 
hökmlərdir. 
Təfəkkürün ifadə vasitəsi olan dil ictimai hadisədir.Bu, digər 
ictimai hadisələrlə də əlaqədədir. Lakin dil heç də bütün cəhətləri 
ilə başqa ictimai hadisələrə oxşamır. Bunun özünəməxsus xüsu-
siyyətləri vardır. Dilin başlıca səciyyəvi əlaməti ondan ibarətdir 
ki, o bir neçə ilin, yaxud müəyyən bir dövrün məhsulu olmayıb, 
bir çox əsrlər boyu yaranır və inkişaf prosesi keçirərək get-gedə 
formalaşır, zənginləşir. Həmçinin, dil yarandığı zamandan etiba-
rən xidmət etdiyi cəmiyyət üzvləri arasında heç bir fərq qoy-
madan bütün üzvlər üçün eyni dərəcədə ünsiyyət vasitəsi olur. 
Buna görə də dil ictimai xarakterə malikdir. 
Dil xalqın tarixi ilə üzvi surətdə əlaqədar olub, çünki dil 
ancaq cəmiyyət daxilində təşəkkül tapır. Dili yaradan xalqdır. Elə 
buna görə də dilin taleyi onu yaradan xalqın taleyi ilə bağlı olur. 
Hər bir xalq ünsiyyət üçün öz dilini yaratdıqdan sonra onu 
qoruyub və inkişaf etdirir. Azərbaycan xalqı da hələ uzaq keç-
mişdə öz ana dilini yaratmışdır. Xalqımızın yaratdığı həmin dilə 
hal-hazırda Azərbaycan dili deyilir. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin