Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə41/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   119
2015-332

 
KöhnəlmiĢ sözlər 
 
Fəal şəkildə istifadədən qalan sözlərə köhnəlmiş söz deyilir. 
Azərbaycan dilinin lüğət tərkibində müəyyən miqdar köhnəlmiş 
söz vardır. Bunlara aşağıdakıları misal göstərmək olar: ağa, 
nökər, bəy, girvənkə, çuxa, arxalıq, qul, cüt və s. 
Dildə bu və ya başqa bir sözün köhnəlməsi olduqca mürək-
kəb bir prosesin nəticəsidir. Buna görə də bu və ya digər sözün 
köhnəlməsi süni olaraq sərhəd qoymaq mümkün deyildir. Söz 


 
78 
dildə ya uzun illər fəal vahid kimi ömür sürür, ya da bəzi 
səbəblərlə əlaqədar olaraq müəyyən dövrdən sonra köhnələ bilir. 
Hər bir sözün taleyi onun ifadə etdiyi məna ilə və xidmət etdiyi 
xalqın düşüncəsi ilə bağlı olur.Bütün bunlara əsasən də sözün 
köhnəlməsi obyektiv qanunauyğunluq əsasında meydana çıxır. 
Bəs köhnəlmiş sözlər necə müəyyən edilir? Bu qrup sözlərin 
müəyyənləşdirilməsi üçün əsas meyar dilin müasir vəziyyətidir. 
Köhnəlmiş hər bir söz dilin bugünkü vəziyyəti ilə yoxlanılır, 
onun nə dərəcədə işlənib-işlənmədiyi aydınlaşdırılır. Köhnəlmiş 
söz müəyyənləşdirilərkən tarixilik prinsipi əsas götürülür. Yəni 
hər bir fakta tarixilik cəhətdən yanaşılır; məsələn: XIX əsrdə 
M.F.Axundov əsərlərində yüzbaşı, murov, yasavul və s. kimi 
sözlər işlənilmişdir. Bu sözlər hazırkı dövr üçün köhnəlmişdir. 
Lakin XIX əsrdə bunlar fəal istifadə olunan adi sözlər idi. Deməli 
bu və ya başqa bir söz bir dövr üçün adi, digər dövr üçün arxaik 
ola bilir. 
Dildə köhnəlmiş sözlərin köhnəlmə dərəcəsi eyni olmur. 
Belə ki, bəzi sözlər az, bəzi sözlər isə çox köhnəlir. Bu nöqteyi-
nəzərdən Azərbaycan dilindəki köhnəlmiş sözləri iki qismə 
bölmək olar: 
a)Ancaq müasir ədəbi dil üçün köhnəlmiş sözlər. Bu qrup 
sözlər vaxtı ilə ədəbi dildə də olub, hazırda ümumxalq Azər-
baycan dilinin yalnız dialekt və şivələrində işlənir; məsələn: 
Səndən neçə min can ayrı düşdü,
Tən ya çürüdü, ya sayru düşdü. 
(Xətayi) 
Can mey andırdı əhl mövbəyə məkrar gül 
(M.Füzuli) 
Ünümdən titrədi tamam vilayət 
Elə sandılar ki, qopdu qiyamət. 
(M.P.Vaqif) 
Bu misralardakı sayru sözü xəstə mənasında, andırmaq sözü 


 
79 
yada salmaq, xatırlamaq mənasında dilimizin bir sıra dialekt və 
şivələrində işlənməkdədir. Səs mənasında olan ün sözü isə bəzi 
dialekt və şivələrdə hələ də yaşayaraq səs sözü ilə qoşalaşmış 
şəkildə işlənir. 
b)Ümumdil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı ilə 
dildə işlənib, indi isə nə ədəbi dildə, nə danışıq dilində istifadə 
olunmayan sözlərdir. Belə sözlərə əsasən qədim abidələrin di-
lində təsadüf olunur; məsələn: 
Oğlun sağdır əsəndir avdadır.(Kitabi Dədə Qorqud) 
Bu misaldakı əsən sözü X-XI əsrlərdə salamat mənasında 
işlənmiş, indi isə demək olar ki, tamamilə köhnəlmişdir. 
Dildə istər az, istərsə də çox dərəcədə köhnəlmiş olan hər 
hansı bir söz bu və ya digər qohum dillərdə fəal söz kimi işlənə 
bilir. Bunu başqa şəkildə desək qohum dillər üçün ortaqlı olan 
sözlərin bir dildə köhnəlməsi həmin sözün digər dillərdə də 
köhnəlməsi üçün şərt ola bilmir və ola da bilməz. 
Köhnəlmiş sözlərin hamısı eyni əlamətə malik olmayıb, bir 
qrupu digərindən bu və ya başqa xüsusiyyətləri ilə fərqlənir. Bun-
lardan bəziləri ifadə etdikləri məfhumdan ayrılaraq, bəziləri isə 
məfhumla bərabər köhnəlmişdir. Bu nöqteyi-nəzərdən Azərbay-
can dilindəki köhnəlmiş sözlər iki qrupa bölünür: tarixizmlər və 
arxaizmlər. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin