Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə42/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   119
2015-332

TARĠXĠZMLƏR 
İfadə etdikləri əşya və hadisə ilə birlikdə köhnəlmiş sözləri 
şərti olaraq tarixizm adlandırmaq olar; məsələn: yasavul, darğa, 
qazı və s. 
Tarixizmlər əsasən dövlət quruluşu, ictimai vasitə və 
münasibətlərlə bağlı meydana çıxan köhnəlmiş sözlərdir. Buna 
görə də tarixizmlərin ifadə etdikləri anlayışların köhnəlməsi 
başlıca olaraq cəmiyyətin və ictimai quruluşun yüksək tərəqqisi 
və inkişafı ilə əlaqədardır. Bu qrup sözlər müxtəlif dövrlərdə 


 
80 
meydana çıxdığı üçün bunların bəzisi qısa, bəzisi isə uzun tarixə 
malikdir. Məsələn: qolçomaq, rəncbər, mədrəsə, mollaxana və s. 
Kimi sözlər təxminən 40 il bundan əvvəl köhnəlməyə başla-
mışdır. Lakin bəzi sözlər, hətta lap yaxın zamanlarda köhnəlmiş, 
yaxud da köhnəlməkdədir. Hazırda dilimizdəki patefon sözü belə 
bir prosesi keçirməkdədir. 
Tarixizmlər müxtəlif sahələrə aid ola bilir; məsələn: 
Vəzifə adı bildirənlər: koxa, darğa, onbaşı, kəndxuda 
Silah adı bildirənlər: qalxan, şeşpər 
Ölçü adı bildirənlər: misqal, batman, girvənkə 
Geyim adı bildirənlər: çuxa, əba, arxalıq 
Alət adı bildirənlər: xış, cüt 
Dini anlayış bildirənlər: falçı, şeyx, zəkat, dərviş 
Müəssisə adı bildirənlər: qazamat, mədrəsə, mollaxana
Deməli, köhnəlmiş sözlərdən tarixizmləri müəyyən edən 
əsas meyar həm sözün, həm də onun ifadə etdiyi anlayışın fəal is-
tifadədən qalmasıdır; bunların hər ikisinin köhnəlməsidir. Arxa-
izm geniş anlayışdır. Dilin bütün sahələrində, yəni səs sistemin-
də, lüğət tərkibində, qrammatik quruluşunda, orfoqrafiyasında, 
orfoepiyasında arxaizm hadisəsi vardır. Buna əsasən arxaizmlər 
bir neçə növə bölünür: fonetik, lüğəvi və qrammatik arxaizmlər. 
Bunlardan lüğəvi arxaizmlər leksikologiya bəhsində öyrənilir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin