Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə46/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   119
2015-332

Terminlər 
 
Dilin lüğət tərkibini təşkil edən söz və ifadələr öz təbiətlərinə 
görə eyni xarakterə malik deyildir. Belə ki, bəzi sözlər xüsusi-
ləşmiş məna kəsb edərək, xüsusi sahələrlə əlaqədar müəyyən an-
layışı bildirirsə (sait, samit, isim, fel və s.), bəzi sözlər isə kainat 
və məişətə aid əşya adını, yaxud da insanın və digər canlıların bu 
və ya başqa cəhətinə məxsus əlamət, keyfiyyət, hal, hərəkət və 
sairi (gözəl, yaxşı, görmək, baxmaq, bilmək və s.) bildirərək iş-
lənir. Bu cəhətdən sözlər ümumi şəkildə iki cür qruplaşdırılır: adi 
sözlər və terminlər. 
Adi sözlər nəyə deyilir? Dilimizdəki ot, su, adam, torpaq, sa-
rı, yaşıl, boz, beş, on, iyirmi, mən, sən, gəlmək, getmək, söylə-
mək, baxmaq və s. adi sözlərdir. 
Adi sözlərin hamısı nitq prosesində ancaq adi söz kimi qal-
mır. Bunlardan bəzisi dildə həm adi söz, həm də termin şəklində 
işlənir. Məsələn: 
Adi söz kimi 
Termin 
 
Sifət 
Sifət 
dilçilik termini 
Quruluş 
Quruluş 
fəlsəfə termini 
İz 
İz 
geologiya termini 
Turşu 
Turşu 
kimya termini 
Əyri
Əyri 
riyaziyyat termini 
Bu cəhəti nəzərə almaqla sözləri, daha konkret olaraq üç ye-
rə bölmək olar: 
a)ancaq adi söz: danışmaq, gülmək, yerimək və s. 


 
88 
b)həm adi söz, həm də termin: səs, say, dil və s. 
c)yalnız termin: fonetika, orfoepiya, qrafika və s. olan sözlər 
qrupuna da bölmək olar. 
Bəs termin nədir? Bu suala təxminən belə cavab vermək 
olar: termin-elm, texnika, siyasət və mədəniyyətə aid xüsusiləş-
miş mənalı söz və ifadələrdir. 
Terminlərə aid aşağıdakı söz və ifadələri misal göstərmək olar: 
Dilşünaslığa dair terminlər: abzas, arqo, arxaizm, tabelik, 
səba, ikihecalı, dialekt, idiom, inversiya, birləşmə, intonasiya, 
təsnif, monoftonq, diftonq, qoşma, turizm, semasioloq, sintaksis, 
uzlaşma, tire, frazeologiya, etimoloq, nitq hissəsi, sözdüzəldici 
şəkilçi və s. 
 Ədəbiyyatşünaslığa dair terminlər: antiteza, ballada, va-
riant, dialoq, disput, dram, dramaturgiya, janr, klassik, kuplet, li-
rika, lirik, monoloq, novella, oçerk, pafos, povest, portret, poema, 
proloq, pyes, replika, roman, simvol, sujet, tin, traktat, folklor, 
şarj, epizod, epopeya və s. 
 Pedaqogika və psixologiyaya dair terminlər: abituriyent, at-
testasiya, ikiilci, dalmanizm, dekan, didaktika, direktor, dis-serta-
siya, dominant, dosent, instinkt, inteqrasiya, laborant, metod, me-
todika, metodist, pedaqogika, professor, dərs ili, ali məktəb, 
əmək tərbiyəsi, giriş müsahibəsi, körpələr evi və s. 
Müasir dilimizdə bütün elm sahələrinə aid bu kimi çoxlu 
miqdarda termin vardır. 
Hər bir elmi termin elmi anlayışı əks etdirir. Elmi anlayışları 
bildirən bütün terminlər aid olduğu elmin yaranmasında, for-
malaşması və inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malikdir. 
Elə buna görə də terminlərə elmi münasibət bəsləməmək, onları 
qarışdırmaq kimi hallar elmin tərəqqisinə mənfi təsir göstərir. 
Terminlər quruluşlarına görə iki cür olur: 
 1)Bir sözdən ibarət terminlər. Məsələn: fonem, cümlə, zərf, 
tamamlıq, təyin, sintaksis, qrammatika, üslub, fənn, dekanlıq, da-


 
89 
hilik, fərziyyə, intizam, məşğələ, əzbərçilik, yayılma, həqiqilik, 
hafizə, irsiyyət, təkrar, məşq, ədəb və s. 
2)Bir neçə sözdən ibarət terminlər. Məsələn:ahəng qanunu, 
budaq cümlə, vasitəli nitq, ismin halları, dilin lüğət tərkibi, sözün 
məna quruluşu, dərs planı, uşaq bağçası, evristik müsahibə, məh-
suldar təxəyyül, əxlaqi tərbiyə, kamal attestatı, təbii əyanilik, psi-
xi fəaliyyət, təbii nəticələr üsulu, hissələrin qeyri-sabitliyi və s. 
Terminlər, adətən, təkmənalı (monosemantik) olur və hər 
hansı bir məfhumu dəqiq ifadə edir. Buna görə də terminlər işlən-
diyi mətndən, əhatə edildiyi sözlərdən və sairdən asılı olmayaraq, 
hər yerdə eyni mənada başa düşülür. Məsələn; 
Əlindədir səadətlər sarayının açarı,
Baharına çata bilməz min illərin baharı,
Könüllərin baharıdır kommunistlər ordusu! 
Yerin, göyün vüqarıdır, kommunistlər ordusu! 
(Süleyman Rüstəm) 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin