Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


  Dil haqqında müdriklərin dedikləri



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə5/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   119
2015-332

 
10 
Dil haqqında müdriklərin dedikləri 
―Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, 
çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir‖. 
 ( H.Ə. Əliyev ) 
―Qrammatikasız oratoriya kütdür, poeziya pəltəkdir, fəlsəfə 
əsassızdır, tarix xoşagəlməzdir, hüquqşünaslıq şübhəlidir‖.
( M.V.Lomonosov ) 
―Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möh-
kəmcə bilin ki, bu qanunlar sizin üçün müqəddəsdir‖. 
( Bualo ) 
―Biz dünyanı dilimiz vasitəsi ilə öyrəndik, dilimiz vasitəsi ilə 
tərbiyə tapdıq‖. 
Abbas Səhhət ) 
―Zaqafqaziya diyarının tatar dili (Azərbaycan dili – Z.M.) 
türk dilindən az fərqlənir və fransız dili ilə Avropanı gəzmək 
mümkün olduğu kimi, onunla da bütün Asiyanın bu başından o 
başına getmək mümkündür‖. A.A.Bestujev – Marilinski ) 
Azərbaycan dili silahdı, qafil,
Qalacaq cahanda Günəş qalınca,
Gül yarpağı qədər bu tər, incə dil,
Qəzəbli vaxtında dönər qılınca.B.Dubrovin ) 
 
AZƏRBAYCAN DĠLĠ 
Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zaman-
da, bu dil müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. 
Azərbaycan dilindən həm respublikamızda, həm də xarici 
ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində yaşayan 45 mil-
yon azərbaycanlı bu dildən doğma ana dili kimi istifadə edir. 
Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana 
dili kimi də işlənir. Hazırda Azərbaycan ərazisində yaşayan bir 
sıra kiçik xalqlar, o cümlədən lahıc, talış, tat, qırğız və başqaları 
Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin