Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə53/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   119
2015-332

üslubiyyat; c) Norma. 


 
103 
ÜSLUB VƏ ÜSLUBĠYYAT 
 
Dilçilikdə, ədəbiyyatşünaslıqda, musiqidə, vokal sənətində, 
memarlıqda, xalçaçılıqda və insan idrakının, sosial şüurun fəaliy-
yət göstərdiyi bir sıra sahələrdə üslub (stil) aparıcı xüsusiyyətə 
malikdir. Stil sözü dünya elmində və mədəniyyətdə üsluba nis-
bətən daha qədimdir,
Stil termini yunan dilindən latın dilinə keçmiş ―Stilus‖ sö-
zündən ölub, çubuq, qələm deməkdir. Sonradan bu söz yazı ma-
nerası ―Obraz sisteminin bədii təsvir vasitələrinin, yaradıcılıq 
üsullarının ümumiliyi olub, ideya vəhdəti eyniliyi və şərtlən-
dirilir. 
Üslub termini isə ərəbcə tərz, ifadə tərzi, üsul mənasındadır. 
Ümumiyyətlə götürdükdə, üslub hər şeyin öz «məni»dir. Yə-
ni hər hansı bir kateqoriyadan olan fəaliyyət növünün özünəməx-
sus keyfiyyət məcmusudur. Hər hansı bir sahənin ilkin inkişaf 
mərhələsində üslubu ola bilməz. Lap elə dilin özünü götürmüş 
olsaq, onun ilkin inkişaf mərhələsində hansıı üslubundan bəhs 
etmək olar? Qəbilə dilinin bədii, funksional, elmi və s. Üslubun-
dan danışmaq olarmı? 
Üslubun yaranması və çoxlu üslubların meydana gəlməsi 
dilin inkişafı ilə bağlıdır. Bütün dil üslubları dilin inkişaf səviy-
yəsindən asılıdır. Üslub çox geniş anlayışdır. Bu gün artıq aka-
demik üslub, arxaik üslub, dialoq üslubu, monoloq üslubu, janr 
üslubu, realist üslub, romantik üslub, funksional üslub, bədii 
üslub, elmi üslub və s. üslub növləri vardır ki, bunların hamısı 
dilin öz inkişafı və tarixi durumu ilə bağlıdır. Bundan əlavə, 
poetik üslub – ayrı-ayrı sənətkarların fərdi üslubu da vardır ki, 
onlar da bilavasitə dilin tarixi inkişafından asılıdır. 
Üslub anlayışının tarixi çox qədimdir. Hələ yunar dilçiliyin-
də Aristotel insan nitqi və onun fəlsəfiproblemlərindən danı-
şarkən üslub məsələlərinə toxunurdu. Sonra romalılar üslub 


 
104 
anlayışını nitqə tətbiq etdilər. Həm vunanları, həm də romalıları 
üslub məsələsində bir ümumi cəhət birləşdirirdi. O da hər iki ölkə 
alimlərinin üslub (stil) terminini ritorika, bəlağətli nitq, geniş 
mənada natiqlik sənəti kimi başa duşmələri idi. 
Böyük yunan alimi Aristotel (e.ə. 384-322) üslub məsələsini 
nitq mədəniyyəti ilə əlaqələndirərək yazırdı: «Üslubun qiyməti 
onun aydınlığındadır, .. Əgər nitq aydin deyilsə, deməli, natiq öz 
məqsədinə nail ola bilməz. Üslub həddindən çox alçaq, həddən 
çox yüksək olmamalıdır, lakin nitqin mövzusuna uyğun gəl-
məldir‖. 
Qədim Romanın məşhur natiqi, yazıçısı, vəkili, görkəmli si-
yasi xadimi Mark Tuli Siseron (e.ə. 106 – 43) natiqlik sənəti 
haqqında traktat yazmışdır. Siseronun aşağıdakı sözlərini bil-
məyən üslubiyyatçı və natiq yoxdur: «Əsl natiq o şəxsdir ki, adi 
işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli 
işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir 
üslubla danışmağı bacarsın».
Qədim Hindistanda da üsluba nitq əlaməti kimi baxmışlar. 
Üslubiyyatı isə nitqi bəzəyən elementər haqqında təlim kimi qiy-
mətləndirmişlər. Rus alimi A.Barannikov da bu fikri təqdir edir. 
Azərbaycan ədəbiyyatının Nizami, Nəsimi, Füzuli, 
M.F.Axundov, S.Ə.Şirvani, C.MəmmədquIuzadə va başqa gör-
kəmli nümayəndələri bədii və rəsmi üslubun müxtəlif sahələri 
haqqında qiymətli fikirlər söyləmişlər. Məsələn, M.Füzuli bədii 
üslublar içərisində qəzələ üstünlük verirdi. 
M.F.Axundov bədii üslubların bir çox məsələlərinə toxun-
muşdur. O, şeirdə poetikanı əsas amil hesab edərək deyirdi: ―Şeir 
gərək son dərəcə ziyadə ləzzətə bais ola və hüzndə və fərəhdə zi-
yadə təsirə bais ola. Əgər olmasa, sadə nəzmdir‖. 
Sonra böyük ədib İranın bir sıra şairlərinin əsərlərini tənqid 
edərək yazır: ―...və hərgiz bilmir ki, poeziya nə tövr gərək olsun 
və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, 


 
105 
poeziya ibarətdir bir neçə taqqa-turuqu əlfazı bir vəzni-müəy-
yəndə nəzmə çəkib axırına qafiyə verməkdən və məhbubları 
qeyri-vaqe süfat ilə tərif etməkdən və baharı və xəzanı qeyri-təbii 
teşbihat ilə vəsf eləməkdən. Necə ki, Tehranın mütəəxxirin 
şüərasından Qaani təxəllüsündə bir şairin divanı bir növ cəfən-
giyyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmua 
gərək ki, məbaratib nəsrdə bəyan olunan məzamindən müəsirtər 
düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola‖. 
M.F.Axundov haqlı olaraq belə hesab edir ki, bədii per-
sonajın danışıq üslubu onun hərəkətləri ilə həmahəng olmalı, 
obrazın daxili aləminin açılmasına kömək etməlidir, Ədib Mirzə 
Ağaya onun pyesləri haqqında verdiyi məsləhətdə deyirdi: 
―bütün bu əhvalat şirin və təsirli ibarələrlə ifadə edilməlidir. 
İnşallah bu ibarələrlə sizin qələminizin gücünü görəcəyik... Bu 
cür edin ki, Sara ismətli və həyalı görünsün. Buna görə də onun 
anası ilə və başqaları ilə olan bütün danışıqlarını dəyişdirin‖. 
Böyük demokrat C.Məmmədquluzadə istər bədii, istərsə də 
publisistik yaradıcılığında ana dilinin varlığı, saflığı, xəlqiliyi 
uğrunda mübarizə aparmışdır. O, həmişə «türkün ana dili»ndə 
yazmış və bunu öz həmfıkirlərindən tələb etmişdir. ―Molla Nəs-
rəddin‖ və onun ətrafına toplaşan Ə.Haqverdiyev, M.Ə.Sabir, 
Ö.F.Nemanzadə, onlarla sıx həmfikir olan F.B.Köçərli və onlarla 
başqaları ədəbi üslubun xalq qoluna üstünlük verirdilər. Əsrin əv-
vəllərində «Füyuzat» və «Şəlalə» kimi jurnallar ümumtürk məsə-
ləsi qoymaqda nə qədər haqlı idilərsə, doğma Azərbaycan dilini 
bəyənməməkdə bir o qədər yanılırdılar. «Şəlalə» jurnalının 1913-
cü il 2 mart tarixli sayında şəlaləçilərə cavab olaraq «Dil məsələsi» 
adlı məqalə dərc edilmişdir. Burada deyilir: «Şairin və ya müəllifin 
yazdığı əsər ancaq o vaxtı fayda verə bilər ki, o əsər «E1 malı» ola 
bilə. Bir əsər də «el malı» ola bilmək üçün elin dilində, elin an-
ladığı tərzdə yazılmalıdır. Misal üçün «Şəlalə»nin üçüncü sayında 
birinci səhifədə «Hirs və tənə» ünvanlı yazılmış məqalənin ilk 


 
106 
sətirlərini götürək. Belə qurma dil ədəbi dil ola bilməz!.. Hər bir 
qövümün ədibləri və ürəfası tərəfindən o qövmün dilinin ruhuna 
və qanununa müvafiq yaradılmış, zərifləndirilmiş və sərbəstləş-
dirilmiş dil o qövmün ədəbi dilidir». Buraya qədər deyilənlərdən 
belə bir nəticəyə gəlmək olar ki, üslub anlayışı insan idrakının, 
insan fəaliyyətinin bütün sahələrini əhatə edir. 
Deməli, insan fəaliyyətinin bütün dövrlərində üslub anlayışı 
bu və ya digər dərəcədə mövcud olmuşdur. Buna görə də çox 
vaxt üslublar tarixindən bəhs edərkən onu yazıya qədərki və yazı 
ənənəsindən sonrakı deyə 2 dövrə bölürlər.
«Yazıya qədərki şifahi ədəbi dilin funksional üslubunun 
tarixi də qədimdir. Bu üslub hər bir dildə uzun illər yazı ənənəsi 
olmayan şəraitdə yaranır. Mənsub olduğu xalqın tarixinin qədim 
dövrlərindən təşəkkül tapan ədəbi şöhrət üslubu formalaşdığı 
prosesdə özünün dil vahidlərindən müxtəlif məqsədlər üçün söz 
və ifadə seçib işlətmək prinsiplərini yaratmışdır. Bu üslub dilin 
ictimai vəzifəsini yerinə yetirərkən onda iki mikro üslubu mey-
dana gətirmişdir; Məişət-ədəbi söhbət mikro üslubda ata qayğısı 
– ana nəvazişi, ata məsləhətı – ana nəsihəti üçün ədəbi səciyyəli 
söz və ifadələr – dil vahidləri seçilib işlədilmişdir. Rəsmi-ədəbi 
söhbət üslubunda da müxtəlif müraciətlər, ricalar, xahişlər üçün 
mədəni söz tərkiblərinə, ifadələrə müraciət olunmuşdur. 
Yazıya qədərki Azərbaycan şifahi ədəbi dilində də həm 
poetik funksional üslub, həm də ədəbi söhbət funksional üslubu 
fəaliyyət göstərmişdir». 
İnsanın iş üslubu, danışıq tərzi, cəmiyyətdəki davranışı üs-
lubun bu və ya digər sahəsi ilə əlaqədardır. İnsan idrakı kamil-
ləşdikcə o, nəyin yaxşı, nəyinı pis olduğunu dərk etmiş, özünün 
bütün fəaliyyətində üslub, tərz, üsul, manera və s. kimi cəhətlərlə 
bağlı olmuşdur. Buna görə də üslubları öyrənib onları bu və ya 
digər əlamətlərinə görə qruplaşdırmaq ehtiyacı meydana gəlmiş-
dir. Bu, artıq üslubiyyatın bir elm kimi yaranması demək idi.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin