Romada ritorika
Roma Yunanıstanı işğal etsə də, humanitar elmlər sahəsində
ondan çox şey götürməli oldu. Ellin mədəniyyətini qəbul etməli
olan Roma qrammatikanı, poetikanı, habelə ritorikanı da yunan-
lardan qəbul etməyə məcbur oldu. Bununla belə, bir sıra elmlər
məhz Romada inkişaf edib təkmilləşdi. Mark Tuli Sisseron (e.ə.
106-43), Yuli Sezar (e.ə. 102 /100-44), Mark Yuni Brut (e.ə. 85-
42) və s kimi alim və ictimai xadimlər Roma natiqlik sənətinin
abədi şöhrəti olmuşlar. Y.Sezar alim, dövlət xadimi, şair, ritorika
üzrə məşhur mütəxəssis olmuşdur. Onun məhkəmədə vəkil kimi
ritorik çıxışı stenoqramlaşdırılıb indi də saxlanmaqdadır.
Yuli Sezar Pompeyə qalib gəlmiş amansız bir diktator ol-
muşdur. Bununla belə, elmlə məşğul olmuş, «Hall müharibəsi
haqqında qeydlər» və «Vətəndaş müharibələri haqqında qeydlər»
adlı elmi əsərlərini yazmışdı. Yuli təqvimi islahatını da o keçir-
mişdir. Onun ritorik istedadı onun adını bu sahəyə həmişəlik yaz-
mışdır.
Qədim Roma ritorikasından danışanda Mark Yuni Brutun da
adını çəkməmək olmaz. O, demokratik fikirli siyasi xadim,
habelə görkəmli natiq olmuşdur. Natiqlik sənətini mükəmməl
129
şəkildə mənimsəmiş M.Y.Brut, Y.Sezara qarşı təşkil edilən
mübarizənin önündə getmiş, diktatorun qətlə yetirilməsində
şəxsən iştirak etmişdir.
Əslində yeni eraya həm Yunanıstan, həm də Roma ən məş-
hur natiq kimi M.F.Kvintilian (35-96) ilə daxil olmuşdur. Yəni nə
Yunanıstanda, nə də Romada M. Kvintiliana bərəbər məşhur
natiq yox idi. O, natiqlik sənətınin bütün incəliklərini əks etdirən,
12 kitabdan ibarət ―Natiqin təhsili (formalaşması) haqqında‖
həmişəyaşar əsər yazmışdır. Bu əsər aşağıdakı kitablardan iba-
rətdir:
1. «Gələcək ritorun tərbiyəsi haqqında»
2. «Ritorikanın tarixi və onun tərkib hissələri»
3. «Başlanğıc təhkiyə»
4. «Sübut, təkzib»
5. «Ehtirasların coşması haqqında: gülüş, iztirab, düşünmə»
6. «Yerləşmə»
7. «Söz ifadələri»
8. «Fiqurlar»
9.
«Söz
bolluğu
haqqında»
10. Sözdə ali (yüksək) ifadəlilik»
11. «Natiq insan kimi, əxlaqi sima»
12.
«Ritoru
nə
vaxt
rədd
etmək
olar
1
1
Bu mövzularda Adil Babayevin, Nadir Abdullayevin,tanınmış dilçi alimlərin
Nitq mədəniyyətinə dair dərsliklərindən istifadə olunmuşdur.
|