Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə71/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   119
2015-332

loqoqraflar kömək edirdilər. 
Demosfen öz dövrünün görkəmli loqoqrafı və natiqlərindən 
məşhuru olmuşdur. Antik natiqliyin yaranması və inkişafında xü-
susi rol oynamışdır. Nitq orqanları qüsurlu olan Demosfen sözləri 
daha aydın deyə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz 
kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək 
üçün tavandan asılı cidanın altında durarmış. Uzunmüddətli 
məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron 
onun haqqında demişdir; ―Kim Demosfen olmaq istəmirsə, o na-
tiq deyil‖. 
Demosfen natiqlik sənəti ilə bağlı nəzəriyyəçilərdən biri idi. 
O ritorika ilə bağlı bir sıra əsərlər yazmışdır. Ritorika elmini 
nəzəri və praktik cəhətdən inkişaf etdirmiş, faydalı fikirlər, mü-
lahizələr söyləmişdir. Natiqlik sənətində aşağıdakı tələblərə əməl 
olunmalıdır: 1) materialın toplanması. 2) məqsədəuyğun söylənil-
məsi üçün planın tərtibi. 3) nitqin məzmununun öyrənilməsi, mə-
nimsənilməsi. 4) məzmunun dinləyicilər qarşısında söylənilməsi. 
Demosfenin tələffüzü, danışıq tərzi aydın, anlaşıqlı idi. O özü-
nün dərin məntiqi, rəngarəng informasiya çalarları, müraciət 
formaları, ritorik sualları ilə dinləyiciləri cəlb edə bilirdi. Demos-


 
138 
fen nitqlərində Afinanın satqın və fəiliyyətsiz hakimlərini ifşa edir, 
onları ədalətli olmağa, düzgün siyasət yeritməyə çağırırdı. Bu 
keyfiyyətlərinə görə afinalılar böyük ehtiram və inamla danışan 
Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinlə-
yirdilər. 
Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sə-
nətində də geriləmələr baş verir.Gözəl nitq öz siyasi xarakterini 
itirir, canlı, konkret şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə 
çevrilir.
Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim 
Romaya köçür. Romada natiqlik sənəti yaranmağa başlayır. 
Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra gör-
kəmli şəxsiyyətlər bəxş etmişdir.Katon(b.e.ə. 163-132), Antoni 
Mark (b.e.ə. 80-30) kimi ustaları Roma natiqlik məktəbinin yetiş-
dirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöh-
rəti qazanmış görkəmli dövlət xadimi, ritorika alimi, mütəfəkkir 
Mark Tuli Siseron (b.e.ə.106-43.) o, natiqlik sənəti ilə bağlı üsusi 
ilə fərqlənirdi. ―Natiqlik haqqında‖, ―Brut, yaxud məşhur natiqlik 
haqqında‖ və ―Natiq‖ traktatlarını yazmışdır. 
Mark Tuli Siseron giriş, təhkiyə və fikirtəsdiqedən sübutlara, 
faktlara, nəticə məsələlərinə üstünlük verirdi. Yeri gəldikcə tarixi 
lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq 
məsəllərindən, bədii sual, xitab və nidalardan məharətlə istifadə 
etmişdir. 
Qədim Roma natiqlik məktəbibin nümayəndələrindən biri 
də Mark Fabiy Kvintilian(42-118) olmuşdur.O, ―Natiqlik təhsili‖ 
adlı 12 kitabdan ibarət əsər yazmışdır Həmin kitablarda natiqlik 
sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin 
mərhələləri(mövzunun seçilməsi, yerləşdirilməsi, yadda saxlan-
ması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə, natiqlik fəaliy-
yətinə verilən tələblər və s. məsələlər şərh olunmuşdur. O, na-
tiqlik nəzəriyyəçisi kimi tanınmışdır. 


 
139 
Roma natiqlik məktəbi sənətinin inkişafı uzun sürmür. Res-
publikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru 
gedir. Diktatura, imperiya natiqliyin qarşısını alır, bu sənət din 
xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları 
təbliğ etmək vasitəsinə çevrilir. 
Natiqlik sənətinin tarixi ilə bağlı eyni vəziyyət Rusiyada, 
eləcə də Azərbaycanda XVII, XVIII və XIX əsrlərə qədər davam 
etmişdir. 
Rusiyada natiqlik sənətinin inkişafı böyük rus alimi, mahir 
söz ustası M.V.Lomonosovun adı, fəaliyyəti ilə bağlıdır. O, 
1748-ci ildə ―Краткое руководство краткоречи‖ adlı kitab nəşr 
etdirmişdir. Bu kitab Ritorikanın əsasında yazılmışdır. M.V.Lo-
monosova görə, natiq dinləyicisinin hissiyatına təsir etməlidir. 
Bunun üçün o, natiqliyin təsirgöstərmə vasitələrindən istifadə 
etməyi bacarmalıdır. 
Rus natiqlik sənətinin inkişafında XIX əsrdə yaşayıb-
yaratmış yazıçıların, şairlərin, filosofların, siyasətçilərin, din 
xadimlərinin, dilçi alimlərin və başqalarının da fəaliyyəti böyük 
olmuşdur.Ölkənin böyük şəhərlərində fəaliyyət göstərən məhkə-
mələrdə səslənən nitqlər də rus natiqlik sənətinin bu dövrdə for-
malaşmasına müsbət təsir göstərmişdir. XIX əsrin 60-cı illərində 
Rusiyada məhkəmə islahatları keçirilir. Məhkəmədə iclasçıların 
iştirakı təmin olunur. Məhkəmə prosesi, bir növ, demokra-
tikləşdirilir. 
Saltıkov-Şedrin, Dostayevski, Çexov və başqaları tez-tez 
məhkəmə salonlarına gedər, oradakı çıxışları dinləyərdilər. Na-
tiqlik sənətinə qədim mədəniyyət tarixi olan Şərqdə də maraq 
yaranaraq, ritorika elminə insan fəaliyyətinin xüsusi növü kimi 
yüksək qiymət verilmişdir. 
Filosof, siyasətçi, qanunşünas, böyük islahatçı, islam dininin 
banisi Məhəmməd Peyğəmbər ədəb, əxlaq, iffət. vicdan, təva-
zökarlıq, təmizlik, namuslu olmaq və s. insani keyfiyyətlər sıra-


 
140 
sında natiqlik məharətinə xüsusi əhəmiyyət vermiş, göstərmişdir 
ki, natiqliyin bəlağəti bəzən cadu və sehr təsiri bağışlayır.İnsanın 
gözəlliyindən biri də onun gözəl danışmasıdır. 
İslamın ikinci böyük siyasətçisi olan Həzrət Əlinin zəngin 
irsində təlim-tərbiyə məsələləri ilə yanaşı, danışıq, onun etik 
qaydaları barədə ibrətamiz fikirlər söylənmişdir: əqli çox olan 
adamın sözü çox az olar; hər bir adam öz dilinin altında gizlənir, 
danışanın özünə yox, sözünə daha çox diqqət et, ölç, biç sonra 
danış, kəs; düşün, daşın, sonra danış; anla, bil, sonra et və s. 
Şərq dünyasının böyük alimi Əli ibn Sina (980-1037), şair və 
dilosov – Firdövsi (934-1024), Əbu Reyhan Biruni (973-1048), 
Mahmud Kaşqarlı (1029-1126), Sədi Şirazi (1184-1291) və 
başqaları öz əsərlərində sözə yüksək qiymət vermiş, danışıq 
qabiliyyətinin, sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi 
bağlı olduğunu həkimanə sözlərlə, ifadələrlə oxucularına çatdır-
mışlar. Bu baxımdan Sədi Şirazinin fikirləri daha səciyyəvidir. 
Nədir dil ağızda, ey ağlı olan 
Hünər xəzinəsinə açardır – inan! 
Tələsik söyləmə sözünü bir dəm,
Fikrini kamil de, gec olsa nə qəm… 
Əvvəl bir düşün, sonar dilə gəl,
Divar tez yıxılar, olmasa təməl! 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin