Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Mövzu 2: Dil və dilçiliyin funksiyaları, onun ünsiyyət vasitəsi



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə72/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   119
2015-332

Mövzu 2: Dil və dilçiliyin funksiyaları, onun ünsiyyət vasitəsi 
və ictimai hadisə olması, mənsub olduğu xalqın həyatı ilə 
bağlıolması, fikir ifadə etməsi və S.Vurğunun ―Azərbaycan‖ 
şeirinin öyrənilməsi barədə söhbət açmaq lazımdır. 
Azərbaycanda da natiqlik sənətinin yaranması tarixi qədim-
dir. Bu sənət xalqın ədəbi-estetik fikri ilə bağlı qədim və orta 
əsrlərdə yazıçı və şairlərin şərh, risalə, təzkirə, bədii əsərlərində 
yaranmış, təşəkkül tapmış, həmin mənbələrdə sözün qüdrəti ilə


 
141 
bağlı dəyərli fikirlər söylənilmişdir. 
Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq 
qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmişdir. Ulu 
əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək 
qiymətləndirmişlər. İnsan cismən yox olsa da, onu tarixdə yaşa-
dan sözdür. Bizim çağdaş tariximiz sözün tarixidir. Məsələn, 
Nizaminin, Füzulinin, Xətainin, Vaqifin, M.F.Axundovun və baş-
qalarının dövrü… Nizaminin dövründə yaşamış sənətkarlar, 
hökmdarlar ancaq Nizamiyə görə tanınır, yad edilirlər. Söz mü-
qəddəs, sözü cilalayan ustad isə müqəddəslərin müqəddəsidir. 
Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid ve-
rir. Söz var dağa çıxarar, söz var dağdan endirər. Söz bir olsa dağ 
yerindən oynayar. Söz həm məlhəmdir, həm də yara.Söz var 
gələr keçər, söz var dələr keçər. Antik dövrünqüdrətli loğmanı 
Hippokrat demişdir ki, təbabət üç nəhəngin çiynində dayanır: 
bitki, bıçaq, söz. Min il bundan əvvəl Firdövsi yazırdı: ―Sözün 
qədrini bilin, həyatda ancaq söz yadigar qalır‖. 
Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biiri olan 
Nəsrəddin Tusi özünün ―Əxlaqi-Nasir‖, ―Abad-ül-mütəllimin‖ və 
digər əsərlərində sözün qüdrətinə, natiqlik sənətinə yüksək qiy-
mət vermişdir. O, gözəl nitqi birinci növbədə dilin səlisliyi, ifadə 
imkanlarının genişliyi kimi diqqətə çatdırır. O, nitq mədə-
niyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə 
xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni 
dərəcədə riayət etməsini zəruri saymışdır. İnsan öz-özü ilə də, 
Allahı ilə də, insanla da ünsiyyətdən çox böyük fərəh duyur, 
çünki o bütün bunları dərk etmiş, həqiqətə yaxınlaşmış, Allaha 
qovuşmuş olur. Tusiyə görə, natiqlik müqəddəs sənət, söz söy-
ləmək, danışmaq möcüzəsi qabiliyyət sayılır. 
Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə 
yüksək qiymət verənlər çox olmuşdur. Fələki, Şirvani, İzzəddin 
Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xəqani. Nizami 


 
142 
Gəncəvi, Həsənoğlu, Nəsrəddin Tusi, Əbdülrəşid Bakuvi, İmadə-
ddin Nəsimi, Məhəmməd Füzuli, Sahib Təbrizi, Molla Pənah 
Vaqif, Qətran Təbrizi, Şah İsmayıl Xətai, Marağalı Əhvədi və 
başqa böyük natiqlər olmuşdur. Onların yazdıqları bədii əsərlərdə 
natiqlik məharəti, nitq kamilliyi mədəniyyəti, nitqin təsir qüvvəsi, 
nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi və s. haqqında 
janrın verdiyi imkan ölçüsündə elmi-nəzəri fikir və mülahizələr 
söylənilmiş, söz sənətinə yüksək qiymət verilmişdir. Nizami 
Gəncəvi ―Sirlər xəznəsi‖ndə ―Sözün qüdrəti‖ adlı ayrıca fəsil 
vermişdir:
Sözün qızıl yatağı altunla tutdu qoşa,
Dedi söz sərrafına: ―De hansı gəlir xoşuna?
İncə, köhnə qızılmı, təzə sözmü yaxşıdır? ‖
Söz sərrafı söylədi. ―Söz dünyanın naxşıdır…!‖ 
Söz qasidi bələdsiz başa vurar yolları. 
Söz hünər meydanında yenər mərd oğulları… 
Söz hər yerdə hakimdir. Hamıdan başda olur. 
Dünyanın sərvətidir, inci qaş-daş da odur.
Nizami deyir ki,
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə. 
Nizaminin ―İsgəndərnamə‖ epopeyasında natiq surətini ya-
ratmış, onu mütəfəkkir, dərin hikmət sahibi kimi səciyyələn-
dirmişdir. Nəsimi ―Məndə sığar iki cahan, mən bu cahana 
sığmaram‖ deyərək sözün zirvəsində dayanır. Onun söz sənəti, 
sözün qüdrəti ilə bağlı olduqca dəyərli fikirləri vardır. 
Füzuli sözə, nitqə yüksək qiymət vermişdir 
Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz,
Bu nə sirdir kim olur, hər ləhzə yoxdan var söz? 
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa da əhlin eylər ol miqdar söz… 
Füzuliyə görə, söz müqəddəs bir ilahi varlıqdır, canlı varlıq 


 
143 
kimi yaşayır. Söz olmadan real varlıq, cisim mövcud deyil. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin