Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə73/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   119
2015-332

Can sözdür, əgər bilirsə insan, Sözdür ki, deyirlər, özgədir can,
Söz vardır kəsdirər başı, Söz vardır kəsər savaşı,
Söz vardır ağulu acı, Bal ilən edər yağ bir söz.
Şah İsmayıl Xətai şəxsiyyət azadlığını dilin mövcudluğunda 
görürdü. O belə bir qənaətə gəlirdi ki, dil səni-sən, məni-mən, 
səni-biz, bizi-hamımız kimi formalaşdırmaqla millət, xalq anla-
yışını tamamlayır. O, elmilik, aydın diksiya və musiqiliyi nitq 
üçün vacib şərtlərdən sayırdı. Orta əsrlərdə yaşayıb-yaradan şair-
lər, söz ustaları, natiqlərin söz və onun qüdrəti, tutarlı və orijinal 
fikir söyləmək bacarığı, natiqlik məharəti, nitqin kamilliyi, təsir 
qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi, söz 
ustası (suxənvər, danışığına fikir verən, danışa bilən (suxəndan) 
və s. barədə fikir və mülahizələr söyləmişlər.
XVII-XVIII əsirlərdə aşıq poeziyasında da sözün tələf-
füzünə, yatımlı deyilişinə çox fikir verilmiş, İmran dili dedikdə 
gözəl danışıq nəzərdə tutulmuşdur. XIX əsrdə Azərbaycanda 
M.Ş.Vazeh, Axundov, A.A.Bakıxanov, Q.Zakir kimi praktik 
natiqlər, bu sahənin nəzəriyyəçiləri yetişmişdir. M.F.Axundov 
özünün bütün bədii və elmi yaradıcılığında mədəni nitq, natiqlik 
məharəti, fəsahətli kəlam, nitqin müxtəsərliyi və aydınlığı, səhnə 
dili, dilimizin orfoqrafiya və orfoepiya normaları və s. haqda 
elmi-nəzəri fikirlər, mülahizələr söyləmişdir. Onun ―Kritika və 
Tənqid‖ risaləsi adlı məqalələrində dilin təkmilləşdirilməsi məq-
sədilə söylədiyi fikirlər eyni söz və ifadələrin təkrarına yol 
verməmək, yazılı və şifahi nitqin fərqli xüsusiyyətlərini nəzərə 
almaq, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya qaydaları və 
səhnə nitqi, sair bu gün də öz əhəmiyyətini itirməmişdir. Mirzə 
Kazım bəy, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Mirzə 
Ələkbər Sabir, Aleksey Çerniyayevski, Seyid Əzim Şirvani, 
Rəşid bəy Əfəndiyev, Soltan Məcid Qənizadə, Həbib bəy 
Mahmudbəyov, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, 


 
144 
Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Məmmədtağı Sidqi, 
Seyid Ünsüzadə, Firidun bəy Köçərli, Fərhad Ağazadə, Bəkir 
Çobanzadə, Hacı Rəhim Əfəndiyev və başqaları yazdıqları məqa-
lələr, dərslik və dərs vəsaiti ilə məktəblərimizə, maarif və mədə-
niyyətimizə xeyli kömək etmişlər. Bu ziyalılar Azərbaycanda 
məktəb açmaq sahəsində, məktəb üçün dərslik yazmaq, əlifba, 
orfoqrafiya və bu kimi bir sıra məsələləri həll etmək barədə uzun 
illər boyu bütün təzyiq və məhdudiyyətlərə baxmayaraq yorul-
madan mübarizə aparmış, dilimizin praktik məsələlərindən, lüğət 
tərkibi, üslubiyyətından da bəhs etmiş, məktəblilərin yüksək nitq 
mədəniyyətinə yiyələnməsinin vacibliyini dönə-dönə vurğula-
mışlar. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində 
yaşayıb-yaratmış görkəmli alim M.M.Nəvvabın sözün qüdrəti 
barədə, danışıq mədəniyyəti haqda bir çox fikirləri, nəsihətləri 
olmuşdur. Nəsihətnaməsində 500 nəsihətin verilməsi mədəni 
nitqə aid parlaq nümunədir. 
XX əsrdə yaşanmış natiqlərdən Məmməd Əmin Rəsulzadə, 
Fətəli xan Xoyski, Nəriman Nərimanov, Bəkir Çobanzadə, Əli 
Nəzim, Həmid bəy Şaxtaxtinski, Səməd Vurğun, Mikayıl Rəfili, 
Cəfər Xəndan, Əli Sultanlı, Şıxəli Qurbanov, İsmayıl Şıxlı, Xəlil 
Rza Ulutürk kimiləri nümunə ola bilər. ―Nə qədər ali, hissiyati – 
qabiliyyə oyandırtan bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, 
nə qədər əzəmətli bir qüvvə! ―Ana dili! Bir dil ki, mehriban bir 
vücud öz məhəbbətini sənə, bu dildə bəyan edibdir. Bir dil ki, 
sənə hələ beşikdə ikən bir layla şəklində öz ahəngi və lətafətini 
sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır!..‖
Nəriman Nərimanov ana dilinə xalqın varlığını təşkil edən 
əsas amil kimi baxmış, ədəbi dilimizin tədrisi, xəlqiliyi, saflığı, 
təmizliyi və inkişafı haqqında bu gün belə aktual olan fikirlər
mülahizələr söyləmişdir Ağamməd Abdullayev, Ş.Qurbanov na-
tiqlik sənətinidən çoxsaylı məqalələr yazmışdır.Yusif Vəzir Çə-
mənzəminli ―Dil məsələsi― adlı məqaləsində qeyd edir ki, – Dil 


 
145 
çirklik sevməz, zor və güc də qəbul etməz. Dil öz kökü üstə bitər, 
qalxar, qol-qanad açar və bu asudəlik, təbiilik sahəsində də böylə 
gözəl, zərif və geniş bir halə gələr ki, hamını heyran qoyur―. ―Hər 
bir xalqın milliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən 
onun ana dilidir‖deyən ulu öndərimiz H.Əliyev zəmanənin gör-
kəmli natiqlərindən olmuşdur. O, müdrik, ağıllı qərarları ilə ya-
naşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir 
insan, böyük mütəfəkkir bir alim idi. H.Əliyevbir natiq kimi 
zəngin söz ehtiyatına malik idi, o, nitqində söz və ifadələrin tək-
rarına mümkün qədər yol verməzdi. Onun nitqində məntiq və 
rabitə vardı. AMEA-nın Dilçilik İnstitutunda 1960-cı ildən nitq 
mədəniyyəti şöbəsi fəaliyyət göstərir. Şöbə tədqiqatlarla yanaşı 
mətbuatda, radio, televiziya verilişlərində, bədii və elmi əsər-
lərdə, dərsliklərdə, reklamlarda nəzərə çarpan dil və üslub nöq-
sanlarının aradan qaldırılması üçün əməli təkliflər vermişdir. 
―Nitq mədəniyyəti‖, ―Ana dilinin saflığı uğrunda‖, ―Dilimiz qey-
rətimiz‖ və s. daimi rubrikalar altında yazılar dərc olunmuşdur. 
Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan dilinin qlobal-
laşma şəratində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə 
dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında 2012-ci il 
mayın 23-də imzaladığı sərəncamında dilçiliyimizin başlıca 
rəmzlərindən olan ana dilinin istifadəsinə və təbliğinə dövlət qay-
ğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin 
əsaslı yaxşılaşdırılmasını təmin etmək baxımından son dərəcə 
mühüm bir sənəddir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin