Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə77/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   119
2015-332

1.Azərbaycan dili. Yer üzündə Azərbaycan dilində 30 mil-
yona yaxın adam danışır.Bu dildən Azərbaycanda, Orta Asiya 
respublikalarında, Cənubi Azərbaycanda, İraqda və Gürcüstanda 
ünsiyyət vasitəsi kimi istifadə olunur. 
Azərbaycan dili türk dilləri ailəsinin cənub-qərb qrupuna 
mənsub olmaqla bu qrup daxilində mərkəzi mövqe tutan möhkəm 
zəmin və geniş nüfuz dairəsinə malik olan bir dildir.Azərbaycan 
dili Türk dilləri ailəsinə daxil olan müasir dillərdən, xüsusən türk, 


 
150 
türkmən və qazax, qismən də qumuq dillərinə normaca daha çox 
yaxındır.Azərbaycan dilini səciyyələndirən bir sıra xarakterik 
cəhətləri mövcuddur.Bu xüsusiyyətlər əsasən özünü fonetik
qrammatik və leksik sistemdə göstərir.Məsələn, ―ə‖ saitinin geniş 
yayılması, söz əvvəlində ―h‖ saitinin işlənməsi, səs düşümü, səs 
artımı, samit səsləri bəzən qoşalaşması kimi fonetik hadisələr 
dilimizin fonetik sistemi üçün daha səciyyəvidir.Azərbaycan 
dilinin morfoloji quruluşunda nitq hisslərinin yeri, hal, kəmiyyət, 
mənsubiyyət kateqoriyaları, sifətin dərəcələri, say və zərflərin 
yaranma yolları, felin zəngin kateqoriyaya malik olması və s. 
başqa türk dillərində müəyyən dərəcədə fərqli xüsusiyyətlərə 
malikdir.Bu dilin sintaktik quruluşunda özünü gostərən söz 
birləşmələri, ifadə və ibarələr, çoxkomponentli cümlələr onun 
xarakterik xüsusiyyətlərindən hesab olunur. 
Azərbaycan dili leksikasının əsasını türk mənşəli sözlər təşkil 
edir.Lakin bununla bərabər burada alınma sözlər təbəqəsi də 
mövcuddur.Buraya əsasən, ərəb və fars, həmçinin monqol mənşəli 
sözlər, eyni zamanda rus və avropa dillərinə də aid sözlər 
daxildir.Azərbaycan dili dünyanın zəngin dillərindən biri kimi 
vaxtilə Zaqafqaziyanın müxtəlif millətləri arasında başlıca 
ünsiyyət vasitəsi olaraq geniş yayılmışdi.Məşhur rus şairi 
M.Y.Lermontov yazırdı: ―....mən bir çox dağlar aşdım, ... Azər-
baycanca öyrənməyə başladım.Həmin dil burada və ümumiyyətlə, 
Asiyada Fransız dilinin Avropada olduğu qədər zəruri bir 
dildir.‖Alman sairi F.Bodenştet qeyd edir ki, ―Qafqazda yaşayan 
camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edərdi‖.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin