Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə78/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   119
2015-332

2.Altay dili. Türk dillərinin Şərqi-Hun qolunun qırğız-
qıpçaq qrupuna daxil olan Altay dili Altay diyarının dağlıq Altay 
Muxtar vilayətində yaşayan əhalinin müasir ədəbi və danışıq 
dilidir.1948-ci ilədək Oyrot dili adlandırılmışdır.1959-cu il 
məlumatına görə bu dildə 45300, 1969-cu il məlumatına görə, 49 
minə yaxın, 1981-ci məlumatına görə 60 minə qədər adam 


 
151 
danışır.Altay dili fundamental şəkildə əsasən Böyük Oktyabr 
sosialist inqilablarından sonra öyrənilməyə başlanmışdır.Bu dil 
ən çox Qırğız dilinə yaxındır.Hazırda Altay dilinin əlifbası rus 
qrafikası əsasındadır. 
3.BaĢqırd dili. Bu dildə Tatarıstan, Özbəkistan, Qazaxıstan, 
Tacikistan respublikalarında, habelə ölkəmizin bir sıra diyar və 
vilayətlərində danışan başqırdlar mövcuddur.1969-cu il məluma-
tına görə, 1 milyon 300 minə yaxın adam bu dildə danışır.Bu dil 
Tatar dilinə daha çox yaxındır.Başqırd əlifbası əvvəlcə ərəb, son-
ra latın, 1940-cı ildən isə kiril qrafikası əsasında meydana çıx-
mışdır.  
4.Qaqauz dili. Ukrayna, Moldoviya, Orta Asiya və Qazaxıs-
tanda, habelə Bolqarıstan və Ruminiyada yaşayan qaqauzların 
dilidir.Bu dil, əsasən,XIX əsrin ikinci yarısından etibarən 
öyrənilməyə başlanmışdır. XIX əsrdən Rusiyada yaşayan qa-
qauzların yazılı dili rus qrafikasında aparılır. 
5.Qazax dili. Qazaxıstan, Orta Asiyada, habelə Çində, Mon-
qolustanda və Əfqanıstanda yaşayan qazaxların milli dilidir.Bu 
dildə 6 milyondan çox əhali danışır.Qazax dilinin öyrənilmə 
tarixi M.Qaşqarlının ―Divani-lüğətit-türk‖ əsərindən başlan-
mışdır.Qazax dilinin əlifbası əvvəlcə ərəb, 1929-cu ildən latın, 
1940-cı ildən isə rus qrafikası əsasında aparılmışdır. 
6.Qaraqalpaq dili. Özbəkistanda, Xarəzmdə, Fərqanə vila-
yətlərində, Astraxan vilayətində, habelə Əfqanıstanda yaşayan qa-
raqalpaqların dilidir.Qaraqalpaq dilinin tədqiqi əsasən sovet haki-
miyyəti illərindən aparılmağa başlanmışdır.1969-cu ildəki si-
yahyalmanın məlumatına görə onların miqdarı 390 min nəfər-
dir.Qaraqalpaq dilinin əlifbası 1928-ci ilədək ərəb, 1940-cı ilədək 
latın, 1940-cı ildən sonra isə rus qrafikası əsasında yaradılmışdır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin