Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə82/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   119
2015-332

20.Uyğur dili. Yeni uyğur dili Orta Asiya və Qazaxıstanda, 
habelə Çin Xalq Respublikasında yaşayan uyğurların milli 
dilidir.Bu 
dilin 
öyrənilmə 
tarixi 
XIX 
əsrdən 
başlanmışdır.Uyğurların 
rus 
qrafikası 
əsasında 
əlifbası 
mövcuddur.Çindəki uyğurlar isə ərəb əlifbasından istifadə 
edirlər. 
21.Xakas dili. Xakasda habelə Yenisey çayı sahillərində ya-
şayan Xakaz xalqının dilidir.Xakas dilinin əsaslı şəkildə öyrənil-
məsi son dövrlərə təsadüf edir.Bu dilin ilk əlifbası rus qrafikası 
əsasında olmuşdur.1929-cu ildə həmin əlifba latın qrafikası ilə 
əvəz olundu.1939-cu ildə xakaslar yenidən rus qrafikasına 
keçdilər.Müəyyən olunmuşdur ki, xakas dilinin xüsusiyyətlərini 
rus qrafikası daha düzgün əks etdirir. 
22.ÇuvaĢ dili. Çuvaşda yaşayan çuvaş xalqının milli 
dilidir.Çuvaşların müəyyən faizi Tatarıstan və Başqırdıstanda 
habelə Samara və Ulyanovskda məskən salmışdırlar. XVIII əsrin 


 
156 
ikinci yarısından etibarən yazılı ədəbi dil kimi formalaşmağa və 
tədqiq olunmağa başlamışdır.Məşhur çuvaş maarifçisi və yazıçısı 
İ.Y.Yakovlev 1873-cü ildə rus qrafikası əsasında çuvaş dilinin 
əlifbasını yaratmışdır.Müasir çuvaş ədəbi dilində ali və orta mək-
təblər fəaliyyət göstərir, geniş miqyasda bədii və elmi ədəbiyyat 
nəşr olunur. 
23.ġor dili. Şimali Altay və Kuznetsk Altay, Xakas və Dağ-
lıq Altay vilayətləri ilə həmsərhəd olan Ton çayı sahillərində 
yaşayan Şorların dilidir.Şor dili türk dilləri ailəsinə daxil olan bir 
dil kimi Sovet hakimiyyəti illərində tədqiq olunmuşdur.Bu dilin 
əsas tədqiqatçısı N.P.Drenkovadır. 
Dillərin geneoloji təsnifi sahəsində tədqiqatlar hələ də davam 
edir.Demək olar ki, dünya dilçiliyində indiyədək aparılmış ge-
neoloji təsnifə Yer üzündə mövcud olan bütün dilləri tam əhatə 
edə bilməmişdir.Elə dillər vardır ki, onları indiyədək heç bir 
mövcud dil ailəsinə və qrupuna daxil etmək mümkün deyildir.Bu 
cəhətdən yapon, koreya, alban, yunan və başqa dillərin digər 
dillərlə tarixi qohumluq əlamətlərini öyrənib aşkara çıxarmaq 
müasir dilçiliyin qarşısında bir problem olaraq qalmaqdadır. 
M.Qaşqarlı: ―Dərdini dinlədə bilmək və türklərin könlünü 
almaq üçün onların dilləri ilə danışmaqdan başqa yol yoxdur‖. 
Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olub. Za-
man keçdikcə bu dillər arasında bölünmə getmiş, bir dildən on-
larla dil formalaşmış, formalaşanda da hər birindən yenə başqa 
dillər əmələ gəlmişdir. Bu gün dünyada 3500-dən çox dil var. Bu 
törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür. 
Bir kökdən törəyən dillərə qohum dillər deyilir.Qohum 
dillərin hamısı birlikdə dil ailəsi adlanır. 
Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk dilləri ai-
ləsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu. 
Dilimiz oğuz qrupuna daxildir. Türk (Türkiyə türkcəsi), 
türkmən, qaqauz dilləri də oğuz qrupuna daxildir. Qazax, qırğız, 


 
157 
tatar, başqırd, qumuq dilləri qıpçaq qrupuna aiddir. Qarluq qru-
puna isə özbək, uyğur, salur və s. dillər daxildir. 
Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci 
minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan 
dilinin də fonetik sistemi, əsas lüğət fondu (leksikası) və 
qrammatik quruluşu həmin dövrdə formalaşmışdır. 
Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından forma-
laşmışdır. Bu dövrdə çağdaş dilimizin əsas fondu (leksikası) və 
qrammatik quruluşu müəyyənləşir 
Dünyada nə qədər azərbaycanlı yaşayır? – Almaniyada yaşa-
yan soydaşımız Əli xan İqbal bu suala cavab vermək məqsədilə 
araşdırma aparmışdır. Bütün dünyada azərbaycanlıların ümumi sayı 
48.703. 575 nəfər təşkil edir Azərbaycan dilində dünyanın 85 öl-
kəsində danışılır. 45 milyondan artıq adam bu dildə danışır, talışlar, 
tatlar, ləzgilər və başqa xalqlar da ikinci dil kimi istifadə edirlər. 
Türk dilləri qrupu 5 yarımqrupda formalaşmışdır: 
1.Oğuz dilləri yarımqrupuna (4 dil), 2.Qıpçaq dilləri yarım-
qrupuna (5 dil), 3.Bulqar dilləri yarımqrupuna (6 dil), 4.Qarluq 
dilləri yarımqrupuna (3 dil), 5.Tukay dilləri yarımqrupuna (5 dil). 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin