Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Mövzu 5, 6 və 7:Dil və mədəniyyət. Dil və xalqın tarixi



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə83/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   119
2015-332

Mövzu 5, 6 və 7:Dil və mədəniyyət. Dil və xalqın tarixi. 
Azərbaycan dilinin morfoloji quruluĢu və ahəng qanunu. 
Nitq mədəniyyəti anlayıĢı və onun milli mədəniyyətin tərkib 
hissəsi olması.Azərbaycan dilinin quruluĢ və tarixi 
Morfoloji quruluşuna görə dünya dilləri bir neçə qrupa - kök dil-
lər, felektiv(kökü içəridən dəyişən), iltisaqi(sözün kökü dəyiş-
məyən və həmişə müstəqil məna daşıyan) qruplara bölünür. 
Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi dillərə aiddir.
Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili 
olub, dünyanın geniş yayılmış dillərindən biridir.Bu dildə 50 
milyona qədər adam danışır.Azərbaycan Respublikası ilə yanaşı, 
Cənubi Azərbaycanın da əsas əhalisi Azərbaycan türklərindən 
ibarətdir. Dağıstan, Gürcüstan, Türkiyə və İraq ərazilərində də 


 
158 
azərbaycanlılar öz qədim yurdlarında toplu halda yaşamaqdadır-
lar.Azərbaycan torpağının böyük bir hissəsi zorla Ermənistan 
ərazisinə birləşdirilmiş, əhalisi isə öz qədim yurdlarından çıxarıl-
mışdır.Bunu bizim gələcək nəsillər unutmamalı, tarixin verəcəyi 
fürsətdən istifadə etməlidirlər.Bunlardan əlavə, Rusiyada, Avropa 
ölkələrində, ABŞ-da və başqa ərazilərdə də azərbaycanlılar səpəli 
halda yaşamaqdadırlar. 
Azərbaycan dili dünyanın ən qədim dillərindəndir.Ümumxalq 
Azərbaycan dili eramızın V əsrində formalaşmışdır.Azərbaycan 
dili türk dilləri ailəsinə-türk dillərinin oğuz qrupuna daxildir.Lakin 
formalaşma tarixi oğuz qrupuna daxil olan digər dillərdən daha 
qədimdir.Türklərin ən qədim vətəni Ön Asiyadir, şimallı-cənublu 
Azərbaycan əraziləridir.Azərbaycanın kuti, kassi, lullu, turukki və 
başqa tayfalarının hələ e.ə XXVIII əsrdə Aratta dövlətini yaratmış, 
biraz sonra isə 100 ilə qədər müddətdə Şumeri idarə etmişlər.Türk 
adını daha qədimlərdən yaşadan və gətirən isə Turukki tayfası 
olmuşdur.Turukkilər çox güclü birlik yaratmış və öz zamanlarında 
yırtıcı Assur dövlətini daim qorxu altında saxlamışlar.Turukkisözü 
―güclü, qüvvətli, doğan, törəyən‖ mənalarında tur/tör sözündən 
olub, türük//türk sözünü əmələ gətirmişdir.
Hələ eradan əvvəlki birinci minilliyin sonlarında Azər-
baycanın cənub hissəsində əhali dövlətin adı ilə atropatenlər, 
şimalda albanlar adlanırdı, cənubda Atropatena dili, şimalda 
Alban dili ifadələri işlənirdi. 
―Türk‖ etnik adı Azərbaycanda çox qədim tarixə malikdir 
və e.ə III minilliyin əvvəllərindn məlumdur.Bu söz Orta və 
Mərkəzi Asiya ölkələrində sürətlə kütləviləşmiş, daha intensiv 
işlənmişdir.Azərbaycanda isə V əsrdən –Sasanilərin dövründən 
kütləviləşməyə başlamışdır.Sasanilər Çindən İrana qədər böyük 
bir ərazidə yerləşən türk xaqanlığı ilə əlaqə saxlayır, bəzən qo-
humluq münasibətlərinə girməli olurdular.Onlar bu minvalla 
Azərbaycan türklərini də ―türk‖ adlandırırdılar.Digər tərəfdən, 


 
159 
xaqanlığın öz dövründə xaqanlıq türklərinin Azərbaycana axını 
davam etməkdə idi.Ərəblər gəldikdən sonra şimallı-cənublu bu 
ölkəni də ―türk ölkəsi‖bilir və ―türk ölkəsi‖ adlandırırlar.Lakin 
ərəblər cənub ərazilərindən tədricən şimala qalxdıqları və Atro-
patenasözünü öz şivələrində ―Azərbaycan‖ şəklinə saldıqları, 
azərbaycanlıları qısa şəkildə azəri adlandırdıqları üçün bu termini 
şimal türklərinə də şamil etməyə başlamışdılar.Azəri sözü VII 
əsrdən işlənməyə başlamışdır.Azərbaycan sözü Antarpatianu sö-
zündə əmələ gəlmişdir.Antarpatianu sözünün birinci hecasındakı 
An adının ―n‖ samiti düşmüş, söz Atarpatianu tədricən Atropa-
tena adını almışdır.Atropatena sözündə irəli çıxan ―t‖(dz)qovu-
şuq səsinin birinci komponentinin karlaşmış variantı saxlan-
mışdır.Ərəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin 
qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzir-
bican-Azirbican-Azərbaycan şəklində təlffüz etmişlər, fərqlən-
dirmək üçün Azərbaycan ərazisində işlədilən dili ―əl-azəriyə‖ – 
azəri dili adlandırmışlar.Azəri sözü bu sözdən, bu tələffüzdəndir. 
Azərbaycan Respublikasının doqquz milyonluq əhalisinin 
gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili olan Azərbaycan 
dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbay-
canlıların da ana dilidir.Yer üzündə hazırda Azərbaycan dilində 
danışan 30 milyondan çox adam yaşayır. 
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azər-
baycan dili iltisaqi dillər qrupuna daxildir.Bu qrupa daxil olan 
bütün dillər kimi Azərbaycan dilində də flektiv dillərdən fərqli 
olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası 
olan müstəqil sözlərdir;qrammatik mənalar və qrammatik əlaqə-
lər isə həmişə söz kökündən sonra gələn təkmənalı şəkilçilər 
vasitəsilə ifadə olunur. 
Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki 
Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, 
birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı 


 
160 
tayfalarla birlikdə bu torpağın qədim sakini olmuşlar. Türk mən-
şəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, 
başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun 
sürən, bir neçə əsr davam edən bir proses olmuşdur.Əhalinin 
etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, 
mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və 
beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qo-
ruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni-mənəvi 
və dini birliyi olan bir xalq halında birləşmişlər.Azərbaycan dili 
böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. ―Kitabi-
Dədə Qorqud‖ dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi 
qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən 
dilin yaşı 1300 ildən çox sayıla bilər.Azərbaycan yazılı ədəbi 
dilinin tarixi isə hələlik əldə olunan məlumatlara görə XIII əsrdən 
başlayır.Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müd-
dətində iki böyük dövrü əhatə edir.Əski dövr adlandırılan birinci 
dövr 13-cü əsrdən 18-ci, yeni dövr adlandırılan ikinci dövr isə 
18-ci əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə 
edir.Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan 
dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada 
ədəbi dil kimi xidmət etmişdir.Bu dövr Azərbaycan ədəbi dili 
yeni dövr Azərbaycan dilindən öz dilxarici xüsusiyyəti ilə yanaşı 
dildaxili özümlükləri ilə də seçilir. 
Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, 
birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur.O 
dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr 
ədəbi dilimizə külli miqdarda alınma sözlərin axıb-gəlməsinə 
səbəb olmuşdur.İkinci dövrdə isə realist seir məktəbinin, realizm 
ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və 
aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət 
fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə 
səbəb olmuşdur.İkincisi, əski Azərbaycan dilinin osmanlı dili ilə 


 
161 
müştərək olan bir sıra sözləri yeni dövrdə artıq işləkliklərini 
tamamilə itirmişdilər.Bu türk ədəbi dilləri sahəsində ayrılma 
hadisəsinin tam başa çatmasının nəticəsi idi. 
Dövrlər 
arasındakı 
fərqlər 
fonetik 
səviyyədə 
də 
güclüdür.Belə ki, yeni dövr Azərbaycan ədəbi dili, eyni zamanda, 
fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir.Birinci dövrə 
xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və 
h) qələbəsi ilə nəticələnir.Hər iki dövrün ədəbi dili öz növbəsində 
müxtəlif mərhələləri əhatə edir.Birinci dövr Azərbaycan dili öz 
inkişafında iki mərhələdən keçmişdir: 
1)ədəbi dilin təşəkkül mərhələsi(13-14-cü əsrlər), 
2)klassik şeir dili mərhələsi(15-17-ci əsrlər). 
İkinci dövr Azərbaycan dili isə 3 mərhələni əhatə edir: 
1)ədəbi dilin xəlqiləşməsi mərhələsi(18-ci əsr), 
2)milli dilin yaranması və inkişafı mərhələsi(19-20-ci əsrin 
əvvəli), 
3)müasir mərhələ(20-21-ci əsrin əvvəli). 
Yeni dövr. Azərbaycan dili böyük inkişaf yoluna, özünün 
ikinci inkişaf mərhələsində çıxır.Bu dildə şeirlə yanaşı, nəsr və 
dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi 
sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır.O dövrdə 
Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq 
göstərir, bəziləri bu dili öyrənməyə başlayır. 
Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox 20-
ci əsrlə bağlıdır.Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz 
bir problemlə qarşılaşır.Əsrin əvvəllərindən başlayaraq, ədəbi 
dildə 3 meyil, 3 istiqamət özünü göstərir.Təbiidir ki, bu ən çox 
bədii əsərlərin dilinə və mətbuata aiddir. 
1.Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləş-
dirmək meyli.Bu özünü ―Molla Nəsrəddin‖ jurnalının və bu jur-
nalın əməkdaşlarının əsərlərində göstərir.Burada ədəbi dil ilə da-
nışıq dili arasındakı fərq götürülür.Xalq bu dili asan başa düşür. 


 
162 
2.Daha çox osmanlı və əski Azərbaycan dilinin ənənəsinə 
söykənən ədəbi dili yaratmaq.Bu ―Füyuzat‖ və ―Həyat‖ kimi bir 
çox jurnal və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin 
əsərlərinin dilində özünü göstərir.Xalq bu ədəbi dili çətin 
anlayır.Bu dil o vaxtkı türk dilindən, demək olar ki, seçilmirdi. 
3.Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan 
ədəbi dil yaratmaq meyli.Bu dil heç bir dialekt təsirini qəbul 
etməyən bir dil idi.Ədəbi dil sahəsindəki bu proses əsrin əvvəl-
lərindən 1930-cu illərədək davam etdi. 
Yeni dövr Azərbaycan dilinin üçüncü, yəni müasir mərhə-
ləsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan 
ədəbi dilinin dövlət dili statusu almasıdır. 
Mirzə İbrahimovun təşəbbüsü ilə Azırbaycan dilinin dövlət 
dili olması haqqında qanunun qəbul edilməsi məsələsini xalqımız 
ruh yüksəkliyi ilə qarşılamışdır. Lakin bu hadisənin sonrakı 
nəticələri müsbət olmamışdır. Bu barədə professor, ―Respublika‖ 
qəzetinin baş redaktoru Teymur Əhmədovun qəzetin 2015-ci il 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin