Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə84/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   119
2015-332

26, 27 fevral və 1 mart saylarında dərc olunan ―Azərbaycan dili 
uğrunda mübarizə tarixindən səhifələr‖ məqaləsində sonrakı 
hadisələrin yekunu ilə ətraflı məlumatlana bilərlər. 
Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində 
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin çox böyük 
xidmətləri olmuşdur.Bəlli olduğu kimi, dövlət dili sahəsindəki 
fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin ilk günlə-
rindən başlamışdır.Azərbaycan ədəbi və xalq danışıq dilini dərin 
bilən, bu dilin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik im-
kanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi 
bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, 
BDU-nun 50 illiyinə həsr edilmiş yubiley toplantısında, yenə 
həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviy-
yəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar 
edərək, özünə böyük hörmət və məhəbbət qazandı.O çox yaxşı 


 
163 
bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni 
zamanda onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dövlət 
dilinə çox böyük hörmət və məhəbbət yaradır.Bütün bunlar təbii 
olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan 
aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi. 
1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında 
qoydu.Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konsti-
tusiyası təsdiq edildi.Həmin konstitusiya bütün respublikalarda 
hazırlanan yeni konstitusiyalar üçün nümunə rolunu oynamalı idi 
və faktik olaraq oynayırdı.Həmin konstitusiyada isə əvvəlcədən 
dövlət dili haqqında maddə yox idi.Ayrı-ayrı respublikalarda qə-
bul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini 
tapmadı.Azərbaycanda isə vəziyyət başqa cür idi.Heydər Əliyev 
ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam 
etdirirdi.De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan 
respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmama-
sına dözə bilməzdi.Respublikanın rəhbər ziyalıları, bütün xalqı 
ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə 
cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çə-
tinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.1978-ci il aprel 
ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin 
Azərbaycan Sovet Sosialist Resublikası konstitusiyasının layihəsi 
və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yed-
dinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi 
ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: 
―Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili 
Azərbaycan dilidir‖. 
Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanların-
da, maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin 
işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qay-
ğısı göstərir. 
1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz 


 
164 
dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət 
idi.Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendu-
munda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili 
dövlət dili kimi öz layiqli yerini tutur: 
Maddə21.Dövlət dili 
1.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan 
dilidir.Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını 
təmin edir. 
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin 
bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində 
yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də 
―Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında‖ fərman 
imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə 
etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində 
yaranmış problemlər də geniş təhlil edilmiş və həmin prob-
lemlərin həlli yolları göstərilmişdir. 
Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü 
xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan 
bir dildir.Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə 
əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, 
ö) və arxa sıra(ı, u, a, o)saitlər eyni bir söz və ya söz forma da-
xilində işlənə bilməz.Eyni zamanda bu dildə dilortası samitlərin 
(g, k) arxasıra, dilarxası samitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir 
hecada işlənməsi də mümkünsüzdür.Azərbaycan dilinin fonem 
tərkibində 15 sait və 25 samit vardır.Bu 40 fonem Azərbaycan 
əlifbasında 32 hərflə işarə edilir.Azərbaycan dilində 9 qısa sait 
vardır.Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar 
ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.Fonetik vurğu 
bir qayda olaraq, son hecaya düşür.Azərbaycan dilində sözün 
əvvəlində işlənə bilməyən 2 fonem vardır:ı və ğ samitləri. 
Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, 
əvəzlik, zərf, fel) və köməkçi (qoşma, ədat, bağlayıcı, modal söz, 


 
165 
nida) nitq hissələri daxildir. Bu dildə sözyaradıcılığında əsasən 
sintaktik və morfoloji üsullardan istifadə edilir. 
Hazırda Azərbaycan latın qrafikası əsasında yaradılmış 
Azərbaycan əlifbasından istifadə edilir.Ölkənin siyasi, iqtisadi, 
elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir 
Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına 
səbəb olmuşdur.Bu proses ədəbi dilin bütün üslublarında, 
özəlliklə işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat 
üslubunda aydın müşahidə olunur. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin