Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə105/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   119
2015-332

Mövzu 30: Akademik nitq. 
 
Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq kon-
frans, simpozium, treninq və sairədə edilən məruzələr, çıxışlar, 
verilən elmi məlumatlar və s. akademik natiqliyə aid edilir. Bu, 
elm adamlarının, alimlərin, yüksək hazırlıqlı ziyalıların, müəl-
limlərin elmi-praktik konfranslarda, ali məktəb auditoriyalarında, 
radio və televiziya verilişlərində, müdafiə sovetlərində və s. 
yerlərdəki nitqidir. Elmi nitq öz məntiqliyi, fikirlərin ardıcıllığı, 
söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdiril-
məsi, nəticələri və s. ilə digər nitq növlərindən fərqlənir. Nitqin 
bu növü vasitəsilə yaradıcı insanlar, alimlər və başqaları öz təd-
qiqatlarından, araşdırmalarından alınmış nəticələri həm yazılı 
(məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla 
başqalarına çatdırırlar. Bu nitq o zaman yararlı sayıla bilir ki, 
insanlar onu başa düşsünlər, orada şərh olunanlara inansınlar. 
Məruzəçinin söylədikləri reallığa əsaslanmalı, dinləyicilər tərə-
findən qəbul olunmalıdır. 
Akademik natiqliyin yaranmasında ali məktəblərin rolu xü-
susilə böyükdür. Belə müəssisələrdən Azərbaycan Respublikası 
Prezidenti yanında DİA-nı, ADA-nı və Azərbaycan Dövlət Peda-


 
202 
qoji Universitetidir.Bu universitetləri müxtəlif illərdə bitirib res-
publikanın məktəblərində, digər tədris müəssisələrində işləyən-
lərin çoxu, eyni zamanda natiq kimi də fəaliyyət göstərirlər. Şüb-
hə yoxdur ki, bu keyfiyyətə yiyələnənlər elmi natiqliyi, bəlağətli 
nitqi ali məktəb auditoriyalarında mühazirələr oxuyan müəllim-
lərindən (professor və dosentlərdən) öyrənir, bu söz ustalarının 
danışığını, natiqlik məharətini – aydın tələffüzünü, parlaq, qəti, 
kəsərli nitqini, güclü məntiqini, gözəl avazını, fikrin ifadə tərzini 
və sairəni əxz edirlər. Belə müəllimlər mükəmməl elmi hazırlığı 
ilə yanaşı, söz ustası, natiq kimi də yadda qalır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin