Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Heydər Əliyev və dövlət idarəçiliyində milli dilin rolu



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə108/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   119
2015-332

Heydər Əliyev və dövlət idarəçiliyində milli dilin rolu 
Hər bir xalqın milli dili, o xalqın varlığı deməkdir. Dil, 
xalqla birlikdə dünyaya gəlir, həyatın sərt qanunlarında inkişaf 
edir, zənginləşir. 
Şah İsmayıl Xətai, I-ci Pyotr və Mustafa Atatürk kimi öz 
xalqının həyatına milli müstəqillik tarixinə islahatçı kimi daxil 
olan rəhbərlər öz ana dilinin qorunub saxlanmasına böyük səy 
göstərmişlər. 
Buna canlı misal olaraq zəmanəmizin böyük şəxsiyyəti, bütün 
canı-qanı ilə xalqına, onun mənəviyyatına bağlı olan ümummili 
liderimiz H.Ə.Əliyevin müstəsna xidmətlərini sadalamaq kifayət 
edər. O demişdir: Mənim üçün hər şeydən üstün olan mənim milli 
mənliyimdir.Biz öz əcdadlarımıza daim minnətdar olmalıyıq.Ona 
görə ki, ən çətin vaxtlarda dilimiz itməyib, yaşayıb. Onu xalqımız 
və onun yetişdirdiyi böyük şəxsiyyətləri yaşadıbdır. 


 
207 
Bu gün Azərbaycan dilinin dövlət dili statusu almasında yal-
nız ümummili liderimiz Heydər Əliyevə borcluyuq.O, xalqının 
xalqımızın mənəviyyatının daha da zənginləşməsi yolunda bütün 
qüvvəsini sərf etmişdir.Onun həyata keçirdiyi bütün işlər həmişə 
diqqət mərkəzində olmuşdur. 
1993-cü ilin iyununda bütün dünyanın diqqəti Azərbaycana 
yönəlmişdi.Bir-birinin ardınca baş verən ağır siyasi proseslər, 
millətçi separatçılıq Azərbaycan dövlətçiliyini sarsıtmış, onun 
müstəqilliyini və azadlığını təhlükə altına qoymuşdu.Belə bir 
vəziyyətdə xalqın tələbi ilə hakimiyyətə dəvət olunan, təcrübəli 
siyasətçi Heydər Əliyevin dövləti idarəetmə mexanizmini və 
qanunçuluğu qısa müddətdə işə salması, ölkədə baş verən siyasi-
ictimai hadisələri nəzarətə götürməsi təbii ki, xalqımızın, həm-
çinin dünyanın bütün demokratik qüvvələrinin bu böyük tarixi 
şəxsiyyətə inamını bir daha artırdı. 
Heydər Əliyevın istər xarici, istərsə də daxili siyasət sahə-
sində nail olduğu ən böyük nailiyyətlər onun işi, ağlının, dərin 
zəkasının və müdrikliyinin bəhrəsidir. 
H.Əliyevin ardıcıl olaraq, Azərbaycan dilinin Dövlət İda-
rəçiliyinin bütün sahələrində uğurla işləməyə çalışmış, bu işə hər 
cür qayğı göstərmişdir. 
Azərbaycan dili böyük sınaqlar, çətin imtahanlar, qarşısında 
qalanda, dərin böhranlar içərisində çırpınanda və özünün xilas-
karını axtaranda onun harayına yalnız Heydər Əliyev çatmışdır. 
Hələ, 1921-1937-ci illərdə Konstitusiya qəbul edilərkən, 
1956-ci ildə 1937-ci ildə qəbul olunmuş Konstitusiyaya dövlət 
dili barəsində maddə əlavə olunmuşdur.Bu da pis nəticə ver-
mişdi. 
Hətta 1959-cu ildə Sov.İKP MK-da Azərbaycanda millət-
çilərin olması barəsində qərar qəbul edilmiş və bir çox rəhbər iş-
çilər cəzalandırılaraq işlərindən kənarlaşdırılmışdır. 1978-ci ildə 
SSR-nin yer üzündə hökmranlıq himni oxunduğu bir dövrdə Azər-


 
208 
baycanın ―Böyük Sovetlər İttifaqının kiçik üzvlərindən biri olduğu 
həmin dövrdə yeni Konstitusiya qəbul edilməli idi.Hər yerdə 
―Ümumi Sovet Xalqı‖ ümumi ünsiyyət vasitəsi anlayışları hökm 
sürdüyü bir şəraitdə müstəqil respublikamızda milli dillərin Kons-
titusiyada ayrıca ünsiyyət vasitəsi olaraq göstərilməsinə ehtiyac 
olmadığı haqqında ideoloji təbliğat bütün ölkəni bürümüşdü. 
Azərbaycan dilinin SSR Konstitusiyasında rəsmi dövlət dili 
kimi öz əksini tapması Ukrayna kimi böyük bir respublikanın 
rəhbərlərinin və başqalarının buna qəti etirazları səslənsə də, 
Heydər Əliyev onlara çox kəskin və qəti olaraq ―dövlət dilinin 
Azərbaycan dili olduğunu Azərbaycan konstitusiyamızda yazdır-
malıyıq və yazacağıq!‖ deməklə iradını bildirənləri susdurmuşdur 
və beləliklə də, ana dilimizi məhv olmaqdan qoruyub saxlaya 
bilmişdir. Bu da danılmaz bir faktdir ki, o vaxtlar Azərbaycan 
dilini konstitusiyada dövlət dili kimi yazdıran yeganə türk mən-
şəli respublika Azərbaycan idi.
Dilimizin varlığı uğrunda Heydər Əliyevin mübarizəsi bu-
nunla bitmir, yeni və ilk milli konstitusiyanın yazılması zərurəti 
və yenidən Azərbaycan dilini dövlət dili kimi konstitusiyada 
təsbit edilməsi mühüm bir problem kimi meydana çıxdı.
Əslində Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən ―Mə-
nim ana dilim, mənim şirin dilim‖ özünə gəlmişdir. Onun sədrliyi 
ilə hazırlanmış konstitusiyada ana dilimiz öz parlaq əksini tapdı. 
Heydər Əliyev Azərbaycan dilinin dövlət dili olmasına olduqca 
həssaslıqla yanaşdı.Şəxsən onun təklifi ilə konstitusiya layihə-
sinin ümumi müzakirəsindən əlavə, dövlət dili haqqında olan 
maddə ətrafında ayrıca müzakirə təşkil edilmişdir. Bu müzakirə 
əvvəlcə 1995-ci il oktyabr ayının 14-də konstitusiya komissiya-
sının iclasında, 1995-ci il oktyabr ayının 31-i tarixində bu maddə 
Azərbaycan Respublikası Elmlər Akademiyasında alimlərin, zi-
yalıların, dil sahəsində çalışan bütün mütəxəssislərin iştirakı ilə 
müzakirə olunmuşdur. Bu müzakirədə layihənin son variantı 


 
209 
yenidən müzakirə edilmişdi.
Beləliklə, bu məsələ tam aşkarlıq və demokratik bir şəraitdə 
böyük dairələrdə demək olar ki, bütün xalq tərəfindən müzakirə 
edilmir və xalqımız əksərən Azərbaycan dövləti, Azərbaycan 
xalqı və Azərbaycan dili tərəfdarı olduqlarını təsdiq etmişlər.
Konstitusiyada dövlət dili, xalqın adı, ölkənin adı, məhz 
böyük cəfakeş insan Heydər Əliyevin dühası, qüdrəti sahəsində 
həmişəyaşarlıq statusu aldı. 
Gürcü şairi Karlo Kaladze dilimiz barəsində belə demişdir: 
―Azərbaycan dili ən şirin, ən rəvan, ən lətafətli və ən mu-
siqili bir dildir‖. Elə bir dildir ki, hamı onu başa düşə bilir.‖ 
Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusu ve-
rilməsində xidməti bu dahi şəxsiyyətin xalqına, vətəninə milli di-
linə dərin bağlılığı ilə səciyyələnir. Bunu biz onun sabirabad-
lılarla bir görüşündə söylədiyi fikirlərində daha aydın görürük 
―Azərbaycan xalqı qəhrəman xalqdır, qeyrətli xalqdır. Hələ 2500 
il bundan əvvəl əlində qılınc, ulu nənəmiz Tomris İran hökmdarı 
Kirin başını kəsərək, tuluğa atmış və demişdir: ―Sağlığında qan 
içməkdən doymadınsa, indi doyarsan‖. Bütün xalq dastanları ara-
sında Koroğlu səviyyəli ikinci qəhrəmanlıq dastanı yoxdur. Onun 
kimi öz xalqının gözəl ənənələrini cəmləşdirən ikinci bir xalq 
qəhrəmanı mən tanımıram. 
Azərbaycan xalqı çox qədim tarixə və mədəniyyətə malik olan 
bir xalqdır. Hələ XII əsrdə dünya poeziya səmasında günəş kimi 
hər tərəfə şəfəq saçan Nizami Gəncəvi adlı dahi bir şairimiz olanda, 
dünyanın indiki aparıcı xalqlarının çoxu əslində bir xalq kimi hələ 
formalaşmamışdı. Öz əqidəsindən dönmədiyinə görə dərisi diri-diri 
soyulmuş bənzərsiz dahi şair İmadəddin Nəsimi, bütün XIV əsrin 
bəzəyi olmuş, qəm şairi deyilən əslində ilahi eşq, məhəbbət şairi, 
bütün bəşəriyyət tərəfindən 500 illiyi təntənəli surətdə qeyd edilmiş 
Məhəmməd Füzuli, XVI əsrə şəfəq saçır. XVIII əsrdən onu vəsf 
edən dahi şairimiz S.Vurğunu, gözəllik və məhəbbət şairi Cavidi, 


 
210 
xalqımızın qeyrət qalası olan Şuşanın və Laçın yurdunun ərən 
övladları, ölməz sənətkarımız qalereyasının dahi bəstəkarımız 
Ü.Hacıbıyovu, Salyan-Sabirabad zonasının xalqımıza bəxş etdiyi 
unudulmaz şairi Xəlil Rza Ulutürkü yad etmək istəyirəm. Ona 
deyəndə ki, əllər yuxarı, əllərini qaldırmışdı. Silahın varmı ?!Bəli 
var.Təhvil ver! O silah mən özüməm, mən odam, atəşəm, yandıra-
cağam sizi, demiş və onu tutmağa gələnləri şok vəziyyətinə sal-
mışdır.Belə sənətkarları olan xalq basılmazdır.
Heydər Əliyev bu sözləri özünəməxsus gözəl bir nitqdə de-
mişdir. Öz ana dilinin gözəlliyini dərk edən Heydər Əliyev ədəbi 
dilimizdən bir ziyalı kimi istifadə edir. Onun həyat təcrübəsi, 
dünyagörüşü, bacarığı, mədəni səviyyəsi dilin incəliklərini duy-
maq qabiliyyəti bu sahədə mühüm rol oynayır. Heydər Əliyev 
yaxşı bilir ki, dil amilini əsas tutmasan dövlət idarəçiliyindən bir 
xalqın varlığından, onun qurduğu cəmiyyətdən, dövlət quruluşun-
dan söhbət gedə bilməz.Dil həm cəmiyyət üzvləri, həm də döv-
lətlər arasındakı münasibətləri tənzimləyən başlıca vasitədir. 
Heydər Əliyev dilimizin leksik və frazeoloji zənginliyini də-
rindən bilən bir şəxsdir.O, yeri gəldikcə öz nitqində ondan geniş 
istifadə etməyi bcarır. Heydər Əliyev ədəbi dili yaxşı bilir, ifadə 
etdiyi fikri yığcam və səlis bir şəkildə, tələb olunan ədəb -ərəkanlı, 
leksik qrammatik normaları gözləmək şərtilə dinləyiciyə çatdırır. 
Heydər Əliyev monoloji nitqdən geniş istifadə edir.O, dövlət 
məmurlarından tələb edir ki, ifadə etmək istədikləri fikir aydın, 
səlis bir şəkildə olsun. Dövlət idarəçiliyində hər bir məmurun 
fərdi deyim tərzi, fərdi üslubu mühüm amildir. Heydər Əliyev də 
topladığı faktik materialları, müşahidə etdiyi hadisələri, zərurət-
dən doğan rəqəmləri, nəzəri ədəbiyyatdan əks etdiyi üçün müla-
hizələri və s. yadda möhkəm saxlamaq, yeri gəldikcə onlardan 
məharətlə istifadə etməyi bacarmaq məharəti vardır.İnsanda yad-
daş təbiətin insana bağışladığı böyük hədiyyədir. 
Heydər Əliyev müdrik natiqdir. Böyük yunan alimi Siseron 


 
211 
belə qənaətə gəlib ki, gözəl nitqə əsaslanmayan müdriklik cə-
miyyətə bir o qədər də fayda verməz. Müdrikliyə əsaslanmayan 
gözəl nitq isə əksinə zərər gətirər. Ancaq müdrik adam natiq ola 
bilər.Yaxşı natiq o adam ola bilər ki, düşünməyi bacarır, kim hə-
yatını gözəl danışmaq sənətinə həsr edirsə, o, eyni zamanda öm-
rünü müdrikliyə həsr edir. Heydər Əliyevə görə, dövlət məmuru 
danışmağa hazırlaşarkən hər şeyi gərək dönə-dönə araşdırsın, mü 
zakirə etsin, ölçüb-biçsin, təcrübədən keçirsin.Onu danışma mən-
tiqinə çevirsin. 
Siseron izah edir ki, danışdığın dildə natiqlik sənətinə yiyə-
lənmək çox çətindir. Çünki o, çoxlu biliklə, səylə bağlıdır.Sözləri 
seçib cümlə düzəltməklə nitqə gözəllik verməlisən; təbiətin in-
sana bəxş etdiyi ruhun bütün hərəkətləri ilə hər şeyi ən incəlik-
lərinə qədər öyrənməlisən. Ona görə ki, sənin danışığın dinləyi-
cilərin ruhunu ya sakitləşdirmək, ya da oyatmaq üçündür. 
Heydər Əliyev hər hansı mövzunu nütəxəssisindən daha gö-
zəl ifadə etmək üçün ciddi səy göstərirdi. Heydər Əliyevin ana 
dilində söhbətləri, danışıqları, çıxışları xalq kütləsinin ürəyinə 
yol tapır, onları sanki ovsunlayırdı. 
Siseron yazır ki, ―Natiqlik sülhün peykidir, asudə vaxtın, 
dincliyin müttəfiqidir‖, elə bil yaxşı qurulmuş cəmiyyətin tərbiy-
yəçisidir.
Azərbaycan dilinin böyüklüyünü, onun gözəlliyini bütün 
dünyaya tanıdan şəxs Heydər Əliyev xalqımız üçün böyük iş 
görüb, bizə fayda vermişdi. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin