30
Mən ölsəm sən bütü-şəngül, sürahi söyləmə qül –qül,
Nə qül –qül, qül-qüli –badə; nə badə, badeyi -əhmər.
Başımdan getmədi hərgiz səninlə içdiyim badə,
Nə badə, badeyi –məsti, nə məsti, məsteyi-sağər.
Şahə, şirin sözün qılur Misirdə bir zaman kasid,
Nə kasid, kasidi –qiymət;
nə qiymət, qiyməti –şəkkər.
Tutuşmayınca dəraməş bəlürməz –xisləti -ənbər,
Nə ənbər, ənbəri suziş;
nə suziş, suzişi məcmər.
Əzəldə canım içində yazıldı surəti –məni,
Nə məni, məniyi surət: nə surət, surəti dəfmər.
Həsənoğlu sana gərçi duaçıdır, vəli, sadiq,
Nə sadiq, sadiqi bəndə;
nə bəndə, bəndeyi çakər.
XIV əsrdə şair İmadəddin Nəsimi ədəbi dilin formalaşma-
sında xüsusi rol oynamışdır. Nəsimi öz əsərlərində Həsənoğluya
nisbətən
ərəb və fars sözləri əvəzinə, Azərbaycan söz və ifadə-
lərinə daha çox yer vermişdir. Beləliklə, o, ədəbi dilə xalis Azər-
baycan sözlərinin daxil olmasına xüsusi səy göstərmişdir.
XV əsrdə Azərbaycan dili sarayda işlənmiş və onun təsir dai-
rəsi tədricən genişlənmişdir. Bu əsrdə ədəbi dilimizin formalaş-
ması və inkişafında Şah İsmayıl Xətayinin böyük xidməti olmuş-
dur. O, Azərbaycan dilini hətta dövlət dili səviyyəsinə qədər yük-
səltməyə xüsusi səy göstərmişdir.
XVI əsrdə Azərbaycan ədəbi dilinin inkişafında
böyük şair
Məhəmməd Füzulinin xüsusi rolu olmuşdur. Məlum olduğu üzrə
XVI əsrdə də Azərbaycan dilində əsər yazmaq dəb deyildi (bu
dövrdə ərəb və fars dillərində yazmağa böyük əhəmiyyət veri-
31
lirdi) Füzulinin ədəbi dilimizin inkişafındakı rolu bir neçə cəhət-
dən xarakterizə olunur, belə ki, o, ilk dəfə olaraq: a)Azərbaycan
dilində boyük həcmli əsərlər yazmışdır. b)müxtəlif janrlarda
əsərlər yaratmışdır; c)qəzəl janrını ən yüksək zirvəyə ucaltmışdır.
Böyük şair Füzuli öz əsərlərində
ümumxalq dilinin incəlik-
lərindən məharətlə istifadə etmiş, beləliklə, yazılı
ədəbi dilin
şifahi ədəbi dilə yaxınlaşmasında onun xüsusi xidməti olmuşdur.
Ədəbi dilin yazılı və şifahi formaları arasındakı fərq XVI-XVII
əsrlərdə nisbətən XVIII əsrdə daha çox azalmışdı.
XVIII əsrdə Azərbaycan ədəbi dilinin inkişafında
Molla Pə-
Dostları ilə paylaş: