Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə19/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   119
2015-332

Assimilyasiyanın istiqaməti 
 
Assimilyasiya istiqamətin görə iki cür olur: irəli assimilya-
siya və geri assimiliyasiya. 
a) İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticə-
sində yaranan assimilyasiya irəli assimilyasiya adlanır.İrəli assi-
milyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn: 
Səndən — n — d == nn — sən 
Sərinlik — n — l == nn — sərinniy 
Bu misalların hamısında birinci yerdə duran səs özündən 
sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır. 
b) assimilyasiya. İkinci səsin birinci səsə olan təsiri nəti-
cəsində əmələ gələn assimilyasiyaya geri assimilyasiya deyilir. 
Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən 
birinci sözə tərəf olur. Məsələn: 
Dinməz-n-m-mm = dimməz
Yavaşca-ş-c == cc – yavacca 
Dilimizdə irəli assimilyasiyaya nisbətən, geri assimilyasiya 
azlıq təşkil edir. 
Assimilyasiyaya uğramış səs, təsirinə düşmüş səslə ya tam 
həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.


 
41 
Assimilyasiyanın keyfiyyəti 
Bu cəhətdən assimilyasiya hadisəsi tam və natamam olur. 
1 ) tam assimilyasiya 
Təsirə düşən səsin təsiredən səslə tamamilə həmcinsləşmə-
sinə tam assimilyasiya deyilir.Məsələn: 
Onlar—n—l== onnar
Şorlu—r –l == şorru 
Bu misallarda n səsi l səsinə, r səsi l səsinə təsir edərək onu 
tamamilə eyni məxrəcli səsə çevirmişdir. 
2 ) Natamam assimilyasiya
Təsirə düşən səsin təsiredən səslə tam həmcinsləşməsinə, ona 
yaxın səsə çevrilməsinə natamam, yaxud yarımçıq assimilyasiya 
deyilir. Məsələn:
Atlar –t– l == td – atdar 
Gözlük – z–l ==zd gözdük və s. Bu misalda l səsi m səsini və 
l səsi z səsinin düşmüş və başqa səsə çevrilmişdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin