Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə2/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   119
2015-332

A 46 
4601000000–001 
elansız 
 
090–15 
 


 

GĠRĠġ 
 
Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan 
mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. 
H.Əliyev 
Ötən əsrlərin min bir kataklizmlərindən üzüağ çıxan, xalqımızın 
və milli mədəniyyətimizin əbədiyaşarlığını təmin edən ana dilimiz 
müasir dövrdə də, çox təəssüf ki, müəyyən sıxıntılarla üzləşməkdə, 
çətinliklərlə qarşılaşmaqdadır. Bu, yaşadığımız qloballaşma döv-
rünün təzadlı təsirləri ilə bağlıdır. Artıq heç kimə sirr deyildir ki, 
mövcud qloballaşma prosesi bütün dünya ölkələrinı mühüm dilem-
malar, faktlar qarşısında qoymuşdur. Dünyanın informasiya üçün 
açıq olması, texnoloji inqilabın doğurduğu nəticələrdən düzgün 
istifadə olunmaması, sənaye cəhətdən inkişaf etmiş ölkələrin kom-
munikasiyalarının yaxınlaşması, telekommunikasiya, internet texno-
logiyalarının sürətli inkişafı və digər amillər özü ilə müəyyən pozitiv 
yeniliklər gətirsə də, neqativ cəhətləri də az deyildir. Bu amil, ictimai 
həyatın əksər sahələrində olduğu kimi, milli dil və mədəniyyət sahə-
sində də özünü göstərir. Açıq dünya məkanında milli dillərə yerli-
yersiz mütəmadi yeni sözlər daxil olur, mədəniyyətə yad-yaman 
meyillər aşılanır. Bu da istər-istəməz haqlı narazılıq doğurur. 
Cəmiyyətin nitq mədəniyyəti milli dilə münasibət ilə müəy-
yən olunur. Öz növbəsində, milli dilin vəziyyəti (səviyyəsi) bü-
tövlükdə millətin inkişaf səviyyəsini əks etdirir. Dilə, nitq mədə-
niyyətinə olan xarici təsirlərə bir sıra inkişaf etmiş ölkələrdə necə 
qısqanclıqla yanaşıldığına diqqət yetirək. 
İkinci Dünya Müharibəsindən məğlub çıxan alman xalqı və 
onun yeni rəhbərliyi Hitler rejimi dövründə ədəbi dil normala-
rının xeyli aşağı düşdüyündən narahatçılıq keçirirdilər. 
Fransızların öz ölkərinə hər hansı bir kənar müdaxiləyə necə 
qısqanclıqla yanaşmaları da yaxşı məlumdur. Hətta onların bu 
münasibətlərini ―dil şovinizmi‖ adlandıranlar da az deyil. O da 


 

məlumdur ki, fransızlar ingilis dilində olan hansısa reklam lövhə-
sini belə istəmirlər. Onları ən çox narahat edən isə ölkəyə ameri-
kanizmi təbliğ edən vasitələrin daxil olmasıdır. O da yaxşı mə-
lumdur ki, hər bir ingilis məmurunun stolunun üstündə xüsusi 
hazırlanmış ingilis dili dərsliyi vardır. 
Heç şübhəsiz ki, öz müstəqilliyinə qovuşduqdan sonra, bizim 
ölkəmizdə də bütün bu amillərə xüsusi fikir verilməkdə, milli dili-
mizin və mədəniyyətimizin qorunması və inkişaf etdirilməsi yo-
lunda xüsusi səylər göstərilməkdədir. Belə ki, 1995-ci ildə ümum-
xalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci mad-
dəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili 
olması öz əksini tapdı və bunun ardınca dilimizin inkişafı ilə bağlı 
bir sıra fərmanlar imzalandı, qanunlar qəbul edildi. 2001-ci ilin 
iyunun 18-də ulu öndər Heydər Əliyev ―Dövlət dilinin tətbiqi işinin 
təkmilləşdirilməsi haqqında‖ daha bir fərman imzaladı və bu tarixi 
sənəd dilimizin inkişafı sahəsində mühüm rol oynadı. Həmin sənəd-
də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Dil Ko-
missiyasının yaradılması da nəzərdə tutulurdu. Onun əsas məqsədi – 
ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli 
şəkildə nəzarət etmək və bu prosesi daha da sürətləndirmək idi. 
Nitq mədəniyyəti təkcə nitq etiketi deyildir. Bizim nə di-
limiz, nə də nitqimiz elə-belə öz-özünə yaranıb. 
Onun yaranması və inkişafı cəmiyyətdə baş verən proseslərlə 
bağlıdır. Bu, dialektik bir əlaqədir. Yəni dil cəmiyyətin bütün so-
sial-siyasi proseslərini əks etdirir və eyni zamanda, insanların 
dünyagörüşünü formalaşdırır. Buna görə də nitq mədəniyyətini 
cəmiyyətin ümumi mədəniyyətindən ayrı təsəvvür etmək olmaz. 
Azərbaycanın təhsil sisteminin Boloniya prosesinə qoşulma-
sı ilə əlaqədar olaraq məqsədyönlü kommunikativ kompitensiya 
formalaşdırmaq hazırda bakalavr, magistr hazırlığı işində ən va-
cib şərtlərdəndir. İxtisasından asılı olmayaraq hər bir mütəxəssis 


 

gələcəkdə insanlarla işləyəcəkdir. Deməli, o, insanlarla ünsiy-
yətdə olacaqdır və öz nitqindən onlara təsir vasitəsi kimi istifadə 
edəcəkdir. Əslində bu yöndə hər yerdə tələb eynidir: tələbələr öz 
fikir və düşüncələrini həm yazılı, həm də şifahi formada ifadə 
etməyi, mühakimə yürütməyi, həmkarları qarşısında öz mövqe-
lərini (baxışlarını) ifadə etməyi bacarmalıdr. Yalnız bu üsulla on-
lar təcrübə qazana, mütəxəssis kimi yetişə biləcək. 
Kommunikativ kompitensiya dil vahidlərinin müxtəlif səviy-
yələrindən fəaliyyətdə olan ədəbi dil normalarına uyğun bir 
şəkildə istifadə etmək bacarığını özündə əks etdirir. 
Nitqin kommunikativliyi dedikdə onda bir sıra cəhətlərin ol-
masını nəzərdə tutulur. 
1. Dildən istifadə səriştəliliyi – dil, eləcə də onun quruluşu, 
sistemi, dil vahidlərinin nitqdə işlənməsi qanunauyğunluqları, 
ədəbi dilin orfoepik, leksik və qrammatik normalarından istifadə 
etmək qabiliyyətidir; 
2. Dil səriştəsi əsasında aşağıdakılardan ibarət xüsusi kom-
munikativ səriştə formalaşır: 
1) Professional fəaliyyətdə qarşılıqlı təsirin şifahi metodların-
dan istifadə etmək bacarığı; yəni həm professionallarla (həmkarları 
ilə), həm də qeyri-professionallarla (tələbələrlə, valideynlərlə və s.) 
əlaqə yaratmaq; hər cür münaqişənin öncədən qabağını almaq; 
2) Həm şifahi, həm də yazılı nitqlə informasiya alıb ötürmək 
vərdişləri; mövcud faktları və göstərişləri savadlı və asan dildə 
yazmaq; 
Nitq mədəniyyəti kursunun müasir konsepsiyası bu bacarıq 
və vərdişlərin formalaşmasına yönəlmişdir. Kursda əsas diqqət 
aşağıdakı məsələlərin daha geniş işıqlandırılmasına verilmişdir; 
Linqvistik fənn kimi nitq mədəniyyətinin nəzəri əsasları; 
Müasir dil normalarının aktual məsələləri; 
Müasir nitq mədəniyyətinin problemləri; 
Nitqin qarşılıqlı təsirinin səmərəli üsulları. 


 

Bu tədris vəsaitinin hazırlanmasında xüsusilə son illərdə bu 
mövzuda yazılmış elmi-tədqiqat işlərindən, dərsliklərdən və digər 
vəsaitlərdən istifadə edilmişdir. 
Hazırda bu fənnin tədrisinə Azərbaycan Respublikasının Pre-
zidenti yanında Dövlət İdarəçilik Akademiyasında da xüsusi fikir 
verildiyindən onun profili nəzərə alınmış və vəsait, əsasən, ona 
uyğunlaşdırılmışdır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin