42
raq şəkilçisi artırılmaqla düzəldilmişdir.
Lakin sonradan həm sararmaq,
həm də qararmaq sözlərin-
dəki birinci
r səsi ikinci
r səsinə təsir edərək onu
l səsin çevirmiş
və buna əsasən də hazırda həmin sözlər
saralmaq, qaralmaq
formasında deyilir.
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqamətinə
və sözdəki
yerinə görə irəli və geri, yaxın və uzaq olur.
Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan
dissimilyasiyaya
yaxın dissimilyasiya deyilir. Məsələn, hammal
sözündəki birinci m səsi ―qonşusu‖
olan ikinci m səsinə təsir
edib, onu b səsinə çevirir. Buna görə də həmin söz hammal yox,
hambal formasında tələffüz olunur.
Səsartımı
Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni
hecada iki və daha artıq samit yanaşı işlənmir.Buna görə də sonu
saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait
arasına müəyyən bir samit artırılır ki, buna da
səsartımı deyilir.
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır:
n, y, s. Bir neçə misal göstərək:
y səsinə aid: su + (y)u, işlə + (y)ən, gözlə + (y)ən və s.
S səsinə aid: başçı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s.
N səsinə aid: Əli +(n)i, Vəli + (n)i və s.
Ədəbi dildə ancaq samitlərin artırılmasına
təsadüf edildiyi
halda, danışıq dilində sözlərə saitlərin də artırılması geniş
yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrlə sözün əvvəlinə səs
artırılmasına alınma sözlərdə daha çox təsadüf edilir.Bu, əsasən 2
halda özünü göstərir.
1) R səsi ilə başlanan sözlərdə. Məsələn:
Rza əvəzinə İrza,
Rayon əvəzinə İrayon və s.
43
2) Qoşa kar samitlə başlanan sözlərdə. Məsələn:
Şkaf əvəzinə İşkaf,
Rast əvəzinə İrast və s.
Ümumiyyətlə, alınma sözlərin dilimizə uyğunlaşdırılmasında
səsartımı hadisəsinin də xüsusi rolu vardır.Belə ki, dilimizdəki
bir
qrup sözlər, o cümlədən şəhər, fikir, isim kimi söz qrupları
mənbə dildə şəhr, fikr, ism formasında olduğu halda, bizimdildə
işlənərkən onlara i saiti artırılmış və beləliklə də,
həmin sözlər
Azərbaycan dilinin fonetik tələblərinə uyğunlaşdırılmışdır.
Dostları ilə paylaş: