Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə21/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   119
2015-332

SəsdüĢümü 
 
Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) 
deyilir. Səsdüşümü həm saitlərdə, həm də samitlərdə müşahidə 
olunur. Lakin saitlərə nisbətən, samitlərin söz tərkibindən düş-
məsi azdır.
Azərbaycan ədəbi və danışıq dilində səsdüşümü hadisəsi 
müxtəlif şəkillərdə təzahür edir. 
Ədəbi dil üçün xarakterik olan səsdüşümü hadisəsi iki və-
ziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsi, 2) söz-
lərin yanaşmasında. 
Sözlə şəkilçilərin birləşməsi zamanı aşağıdakı hallarda səs-
düşümü hadisəsi yaranır. 
1.İkihecalı sözlərə saitlə başlanan şəkilçi əlavə edildikdə sö-
zün ikinci hecasındakı sait düşür; məsələn: 
Fikir – fik(i)r + in – fikrin 
Sinif – sin(i)f + in – sinfin 
Əmir – əm(i)r + in – əmrin və s. 
2.Sonu saitlə bitən miqdar saylarına saitlə başlanan şəkilçi 
qoşulduqda şəkilçinin əvvəlindəki sait düşür; məsələn: 
İki – iki(i)nci – ikinci 
Altı – altı(ı)ncı – altıncı 


 
44 
Yeddi – yeddi(i)nci – yeddinci və s. 
3.Felin inkar şəkilçisini (ma, mə) qəbul etmiş sözlərə indiki 
zaman şəkilçisi artırıldıqda sait səslər düşür; məsələn: 
Yazma – yazm(a) + (y)ır – yazmır 
Bilmə – bilm(ə) + (y)ir – bilmir 
Gəlmə – gəlm(ə) + (y)ir – gəlmir və s. 
4.Bəzi sifətlərdən -ar şəkilşisi vasitəsi ilə fel düzəldilərkən 
şəkilçinin saiti düşür; məsələn: 
Qara – qara + (a)rmaq – qararmaq 
5.Sonu qoşa samitli sözlərə cəm şəkilçisi qoşulduqda qoşa 
samitlərin biri düşür; məsələn: 
Fənn – fən(n) + lər – fənlər 
Xətt – xət(t) + lər – xətlər 
Sirr – sir(r) + lər – sirlər və s
Ayrı-ayrı sözlərin yanaşması əsasında aşağıdakı hallarda səs-
düşümü meydana çıxır. 
1.İki müxtəlif sözün birləşməsi ilə mürəkkəb söz əmələ gəti-
riləndə sözlər arasında yanaşı gələn saitlərin biri düşür; məsələn: 
Mirzə Əli – Mirzəli,
Ağa Əli – Ağəli,
Əli Əsgər – Ələsgər,
Əli İsa – Əlisa və s. 
2.İdi, imiş, isə sözləri bəzən başqa felə bitişdirildikdə bun-
ların birinci saiti düşür; məsələn:
Gəlmiş + idi – gəlmişdi,
Gəlib + imiş – gəlibmiş,
Görmüş + isə – görmüşsə və s. 
Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə 
yerdəyişmə (metateza) deyilir; məsələn: 
Layihə – lahiyə – (yh – hy) 
Torpaq – topraq – (rp – pr) 
Fərhad – Fəhrad – (rh – hr) 


 
45 
Yanlış – yalnış – (nl – ln) 
Məşhur – məhşur – (şh – hş) və s. 
Yerdəyişmə dilimizdə geniş şəkildə yayılmamışdır. Bu, əsa-
sən, danışıq dili üçün xarakterikdir. Dilimizdəki kirpik sözü da-
nışıq dilində kirpik və kiprik formalarında işlənir; məsələn: 
Çəkilib bağa divar,
Üstümə yağa divar. 
Gözün bağ, qaşın bağman,

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin