7
Sənin təhsil aldığın elm ocağı
Sənin təhsil aldığın elm ocağı- Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası respubli-
kamızın ən nüfuzlu ali məktəblərindən biridir.
Ümummilli liderimiz Heydər Əliyev 3 yanvar 1999-cu il ta-
rixli ―Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət
İdarəçilik Akademiyasının yaradılması haqqında‖ fərmanı
dövlətçiliyimizin möhkəmləndirilməsi və daha da inkişaf
etdirilməsi işinə ulu öndər Heydər Əliyevin mühüm qayğısının
təzahürüdür. H.Əliyev bu müdrik fərmanı dövlət xidməti
sisteminə istedadlı, bacarıqlı, zəkalı, əxlaq və mənəviyyatca
təmiz olan gənclərin cəlb olunması,
bunun üçün onlara yüksək
səviyyəli təhsilin verilməsi istəyi idi. Respublikamızda
dövlət
idarəçiliyi sahəsində yeganə təhsil ocağı olan akademiyanın
vəzifəsi dövlət strukturlarını dövrün, zamanın tələbləri
səviyyəsində idarə edəbiləcək gənclərdən ibarət mütəxəssis
kadrlar hazırlamaqdan və həmçinin mövcud kadrların, dövlət
məmurlarının ixtisasının artırılmasından ibarətdir. Eyni zamanda,
bu akademiya milli ideologiyamıza xidmət etməklə yanaşı, bu
ideologiyanın formalaşması, təkmilləşdirilib inkişaf etdirilməsi
və təbliğ olunması sahəsində mühüm rol oynamağı hər şeydən
üstün tutur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İda-
rəçilik Akademiyası yarandığı vaxtdan etibarən tədris-elmi struk-
turları ilə diqqət mərkəzində olmuşdur. Onun ―Rəhbər kadrların
ixtisasının artırılması‖, ―İnzibati idarəetmə‖, ―Siyasi idarəetmə‖
fakültələri, magistratura şöbəsi, ―Dövlət
qulluğu və kadr siya-
səti‖, ―Dövlət idarəetməsi və menecment‖, ―Dövlət idarəçiliyində
informasiya texnologiyaları‖, ―Dövlət quruculuğu və hüquq‖,
―İqtisadiyyatın dövlət tənzimlənməsi‖, ―Politologiya və siyasi
idarəetmə‖, ―Beynəlxalq münasibətlər və xarici siyasət‖, ―Tarix‖,
8
―Fəlsəfə və sosial psixologiya‖, ―Dillər‖ kafedraları, ―Heydər
Əliyev Dövlət İdarəçilik Universiteti‖, ―Geostrateji Araşdırmaları
Mərkəzi‖, ―İnformasiya Texnologiyaları Mərkəzi‖, ―İnsan
hüquqları, ―Demokratiya və Sülh problemləri üzrə YUNESKO
Mərkəzi‖, ―Sorğu Sosioloji Araşdırmalar Mərkəzi‖, ―İnzibati
idarəçilik strukturları‖, ictimai təşkilatlar və digər şöbələr,
bölmələr
fəaliyyət göstərir, həmçinin İnzibati idarəetmə fakül-
təsinin ―Kompüter elmləri‖, ―İqtisadiyyat‖, ―Dövlət və bələ-
diyyə‖, ―Ekologiya‖ ixtisasları üzrə kadrlar hazırlanır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İda-
rəçilik Akademiyasının fakültələrində 1059 nəfər bakalavr, 173
nəfər magistr, ―Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının ixtisasının
artırılması İnstitutunda‖ 225 nəfər magistrant ―Dövlət və bələdiy-
yə idarəetməsi‖ ixtisası üzrə təhsilini davam etdirir. Bu tələ-
bələrin: bakalavr və magistr pilləsində oxuyanların və
dinləyicilərin təhsili ilə müxtəlif ixtisaslar üzrə 197
nəfər
müəllim məşğul olur. Onların da 27 nəfəri elmlər doktoru, 112
nəfəri isə elmlər namizədidir. Müəllimlərdən bir nəfəri Azər-
baycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,
bir nəfəri isə
AMEA-nın müxbir üzvüdür.
Əziz dostlar! Siz bizim akademiyamızın auditoriyalarına
qədəm basan yüzlərlə tələbə və magistrın nümayəndəsisiniz. Sizi,
maraqlı təhsil illəri gözləyir. Ümid edirik ki, çətin sınaq
imtahanlarından necə keçmişsinizsə, təhsil illərini də uğurla başa
çatdıracaqsınız. Sizə uğurlar arzulayırıq!
Dostları ilə paylaş: