Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə43/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   119
2015-332

LÜĞƏVĠ ARXAĠZMLƏR 
Sözün ifadə etdiyi anlayışla bağlı olan əşya və hadisənin 
qalması lakin ya sözün özünün, ya da onun ancaq mənasının 
köhnəlməsinə lüğəvi arxaizm deyilir. Dildə lüğəvi arxaizmlər 
əsasən bu və ya başqa anlayışı ifadə edən sözlə bərabər ikinci bir 
sözün əmələ gəlməsi və bunların bir-birini sıxışdırması əsasında 
yaranır. Məsələn; hələ lap qədim zamanlarda çalıb-oxuyan şəxs 
mənasını bildirmək üçün dilimizdə ozan sözü işlənmişdir: Qolça 
qopuz götürüb eldən-elə, bəydən-bəyə ozan gəzər. Lakin müəy-


 
81 
yən bir vaxtdan sonra bu və ya digər səbəblərlə əlaqədar olaraq 
aşıq sözü meydana çıxmış və bu söz ozan sözünü istifadədən sal-
mışdır. Beləliklə ozan sözü arxaikləşmişdir. 
Dilimizdə sözlərin arxaikləşməsinin müxtəlif təzahürləri 
vardır. Belə ki, bəzi sözlərin özü, bəzi sözlərin isə mənası köhnə-
lir. Buna görə də arxaik sözlər bir-birinin eyni olmayıb müxtəlif 
növlüdür. 
Azərbaycan dilində lüğəvi arxaizmlərin iki növü vardır: lek-
sik arxaizmlər və semantik arxaizmlər. 
LEKSĠK ARXAĠZMLƏR 
 
Əşya və hadisəni ifadə etməkdən ayrılıb tamamilə arxaik plana 
keçən sözlər leksik arxaizmlər adlanır; məsələn: ayıtmaq, əsrük, 
iraq və s. 
Bu sözlər dilin lüğət tərkibinin passiv hissəsinə keçmişdir və 
müasir ədəbi dilimizdə fəal işlənmə iqtidarı olan leksik vahidlər 
hüququna malik deyildir. Bunlar unudulmuş, ya da unudulmaq 
prosesini keçirən sözlərdir. 
SEMANTĠK ARXAĠZMLƏR 
 
Öz əvvəlki formasını saxlayıb ancaq, mənası köhnəlmiş sö-
zə semantik arxaizm deyilir. Məsələn; keçmişdə kişi sözü adam 
insan mənasında işlənmişdi; 
Həm səbru qəraru taqətim yox,
Dəxi kişi ilə ülfətim yox. 
(Xətai) 
Bu söz insan, adam sözlərinin meydana çıxması ilə əlaqədar 
olaraq öz mənasından uzaqlaşmış, onun əvvəlki mənası arxaik-


 
82 
ləşmişdir. Hazırda bu söz əsasən cins mənasında işlədilir. Beləcə 
də ər sözü qədimdə kişi mənasını bildirmiş, sonradan ailə üzvü 
mənasında işlədilmişdir. 
Deməli, semantik arxaizmin leksik arxaizmdən əsas fərqlə-
rindən biri odur ki, semantik arxaizmə uğramış söz başqa mənada 
yenə də dilin lüğət tərkibində işlənir. Lakin leksik arxaizm 
istifadədən düşür. 
Köhnəlmiş sözlər xüsusi üslubi imkanlara malikdir. Bun-
lardan həm tarixə aid elmi əsərlərdə, həm də bədii yaradıcılıqda 
istifadə edilir. Köhnəlmiş sözlər müasir Azərbaycan ədəbi dilində 
başlıca olaraq aşağıdakı üslubi məqsədlər üçün istifadə edilir. 
1)Təsvir və tədqiq olunan dövrün tarixi xüsusiyyətlərinin 
real əks etdirmək üçün. Elmi üslubda – tarixə aid əsərlərdə 
tarixizm və arxaizmlər keçmiş hadisə və anlayışların dəqiq və 
olduğu kimi ifadə edilməsinə xidmət edir. Lakin bədii üslubda-
bədii əsərlərin dilimdə isə daha çox bədii vəzifə daşıyır. 
Bədii yaradıcılıqda tarixi mövzular işlənərkən bunlardan 
zəruri ifadə və təsvir vasitəsi kimi istifadə olunur; məsələn: Ba-
har bir müddət rəncbərə nökərçilik etdi. Onu gah xırman sürmək-
də, gah da cütə minməkdə işlədirdilər. Töylə səkisində Bahara 
yer vermişdilər. O, gecəni 3-4 saat burada şirin yuxuya gedərdi. 
Gizildəyən dizlərini bükər, arxalığını üstünə çəkər, axur sü-
pürgəsini başı altına qoyub yatardı. Göründüyü kimi yazıçı bu 
parçada təsvir etdiyi dövrün ictimai bərabərsizliyini, kənd təsər-
rüfatının və mədəniyyətin zəifliyini ifadə etməkdə rəncbər, nö-
kərçilik, cüt və arxalıq sözlərindən istifadə etmişdir. Demək, bə-
dii əsərdə köhnəlmiş sözlərdən istifadə etmək ehtiyacı əsərin 
tələblərindən irəli gəlir. 
2)Nitqdə istehza kinayə, məsxərə, zarafat çalarlığı yaratmaq 
üçün. Köhnəlmiş sözlər satira və yumor üçün müvafiq vasitə-
lərdəndir. Bunların vasitəsi ilə nitqdə kinayə və istehza, məsxərə 
və zarafat çalarlığı daha aydın ifadə oluna bilir; məsələn: 


 
83 
Sən ağa, mən ağa 
İnəkləri kim sağa. 
Bu misradakı ağa sözü vasitəsi ilə bütün ifadələrin məz-
mununa kinayə, istehza tonu verilmişdir. 
3)Nitqdə təntənə çalarlığı yaratmaq üçün. Bədii üslubda tən-
tənəli nitq yaratmaqda da köhnəlmiş sözlər xüsusi rola malikdir; 
məsələn: 
Dostun dar günündə dost üz çevirməz,
Ey könül! Bir quş ol, ellər dolan, gəz. 
De ki: yağılardan öc almayınca,
Qisas qılıncımız qınına girməz! 
Bu misradakı öc sözü qisas mənasını bildirir, şeirə bədii zə-
rurət əsasında gətirilmişdir.Təntənə çalarlığı üçün köhnəlmiş 
sözlərdən ən çox nəzm əsərlərində istifadə olunur. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin