88
b)həm adi söz, həm də termin: səs, say, dil və s.
c)yalnız termin: fonetika, orfoepiya, qrafika və s. olan sözlər
qrupuna da bölmək olar.
Bəs termin nədir? Bu suala
təxminən belə cavab vermək
olar: termin-elm, texnika, siyasət və mədəniyyətə aid xüsusiləş-
miş mənalı söz və ifadələrdir.
Terminlərə aid aşağıdakı söz və ifadələri misal göstərmək olar:
Dilşünaslığa dair terminlər: abzas, arqo, arxaizm, tabelik,
səba, ikihecalı, dialekt, idiom, inversiya,
birləşmə, intonasiya,
təsnif, monoftonq, diftonq, qoşma, turizm, semasioloq, sintaksis,
uzlaşma, tire, frazeologiya, etimoloq,
nitq hissəsi, sözdüzəldici
şəkilçi və s.
Ədəbiyyatşünaslığa dair terminlər: antiteza, ballada, va-
riant, dialoq, disput, dram, dramaturgiya, janr, klassik, kuplet, li-
rika, lirik, monoloq, novella, oçerk, pafos, povest, portret, poema,
proloq, pyes, replika, roman, simvol, sujet, tin, traktat, folklor,
şarj, epizod, epopeya və s.
Pedaqogika və psixologiyaya dair terminlər: abituriyent, at-
testasiya, ikiilci, dalmanizm, dekan, didaktika, direktor, dis-serta-
siya, dominant, dosent, instinkt, inteqrasiya, laborant, metod, me-
todika, metodist,
pedaqogika, professor, dərs ili, ali məktəb,
əmək
tərbiyəsi, giriş müsahibəsi, körpələr evi və s.
Müasir dilimizdə bütün elm sahələrinə aid bu kimi çoxlu
miqdarda termin vardır.
Hər bir elmi termin elmi anlayışı əks etdirir. Elmi anlayışları
bildirən bütün terminlər aid olduğu elmin yaranmasında, for-
malaşması və inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malikdir.
Elə buna görə də terminlərə elmi münasibət bəsləməmək, onları
qarışdırmaq kimi hallar elmin tərəqqisinə mənfi təsir göstərir.
Terminlər quruluşlarına görə iki cür olur:
1)Bir sözdən ibarət terminlər. Məsələn: fonem, cümlə, zərf,
tamamlıq, təyin, sintaksis, qrammatika, üslub, fənn, dekanlıq, da-
89
hilik, fərziyyə, intizam, məşğələ, əzbərçilik, yayılma, həqiqilik,
hafizə, irsiyyət, təkrar, məşq, ədəb və s.
2)Bir neçə sözdən ibarət terminlər. Məsələn:ahəng qanunu,
budaq cümlə, vasitəli nitq, ismin halları, dilin lüğət tərkibi, sözün
məna quruluşu, dərs planı, uşaq bağçası, evristik müsahibə, məh-
suldar təxəyyül, əxlaqi tərbiyə, kamal attestatı, təbii əyanilik, psi-
xi fəaliyyət, təbii nəticələr üsulu, hissələrin qeyri-sabitliyi və s.
Terminlər, adətən, təkmənalı (monosemantik) olur və hər
hansı bir məfhumu dəqiq ifadə edir. Buna görə də terminlər işlən-
diyi mətndən, əhatə edildiyi sözlərdən və sairdən asılı olmayaraq,
hər yerdə eyni mənada başa düşülür. Məsələn;
Əlindədir səadətlər sarayının açarı,
Baharına çata bilməz min illərin baharı,
Könüllərin baharıdır
kommunistlər ordusu!
Yerin, göyün vüqarıdır,
kommunistlər ordusu!
(Süleyman Rüstəm)
Dostları ilə paylaş: