10
Dil haqqında müdriklərin dedikləri
―Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir,
çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir‖.
( H.Ə. Əliyev )
―Qrammatikasız oratoriya kütdür, poeziya pəltəkdir, fəlsəfə
əsassızdır, tarix xoşagəlməzdir, hüquqşünaslıq şübhəlidir‖.
( M.V.Lomonosov )
―Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möh-
kəmcə bilin ki, bu qanunlar sizin üçün müqəddəsdir‖.
( Bualo )
―Biz dünyanı dilimiz vasitəsi ilə öyrəndik, dilimiz vasitəsi ilə
tərbiyə tapdıq‖.
( Abbas Səhhət )
―Zaqafqaziya diyarının tatar dili (Azərbaycan dili – Z.M.)
türk dilindən az fərqlənir və fransız dili ilə Avropanı gəzmək
mümkün olduğu kimi, onunla da bütün Asiyanın bu başından o
başına getmək mümkündür‖. ( A.A.Bestujev – Marilinski )
Azərbaycan dili silahdı, qafil,
Qalacaq cahanda Günəş qalınca,
Gül yarpağı qədər bu tər, incə dil,
Qəzəbli vaxtında dönər qılınca. ( B.Dubrovin )
AZƏRBAYCAN DĠLĠ
Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. Eyni zaman-
da, bu dil müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.
Azərbaycan dilindən həm respublikamızda, həm də xarici
ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində yaşayan 45 mil-
yon azərbaycanlı bu dildən doğma ana dili kimi istifadə edir.
Bundan başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana
dili kimi də işlənir. Hazırda Azərbaycan ərazisində yaşayan bir
sıra kiçik xalqlar, o cümlədən lahıc, talış, tat, qırğız və başqaları
Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər.
|