Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə59/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   119
2015-332

RĠTORĠKA VƏ DĠLÇĠLĠK 
 
Nitq fəaliyyəti tamamilə dilə əsaslanır. Dil nitqin bazası, 
nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırdığı kimi nitq 
də dili yaşadır. Bu, o deməkdir ki, bilmədiyin dildə danışa bil-
məzsən. Dil də nitq şəklində fəaliyyət göstərməsə, ölər. Nitq özü 
tamamilə dil bazasında yarandığı kimi, bəlağətli nitq (ritorika) də 
dil normaları əsasında yaranır. Dil normalarından kənarda heç bir 
ritorik akt yarana bilməz. Dil normalarını tənzimləyən
Azərbay-
can Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Aka-
demiyası
, onları ümumiləşdirən dilçilik olduğu üçün tamamilə dil 
qanunlarına əsaslanan ritorika dilçiliyin bir bölməsi hesab edilir. 
Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, morfologiya böl-
mələri ritorikanı da əhatə edir. Belə ki, Azərbaycan dilinin fone-
tik (qanun və vasitələri nitqin ekspressivliyinı artırdığı üçün hər 
bir ritor bu prosodik vasitələrdən bacarıqla istifadə edə bilməli-
dir. Eləcə də dilimizin leksik tərkibini mükəmməlsurətdə mənim-
səmiş, geniş söz ehtiyatına malik olan adam lüğəvi vahidlərdən 
yerində və bacarıqla istifadə edə bilər. Sözlərin seçilməsi, onların 
nominativ və məcazimənalarından mahir ritor bacarıqla istifadə 
edir. Bu, onun nitqinin bütün ritorik tələblərini təmin edir. 
Əksinə, leksik normalardan kənara çıxan (loru, jarqon, vulqar 
sözlər işlədən) adam dərhal dinləyicinin marağınin sönməsinə 
səbəb olur. Eyni sözləri frazeoloji vahidlərdən istifadə edə bil-
mək qabiliyyəti haqqında da demək olar. Məlumdur ki, pare-
mioloji vahidlər nitqin effektini artırır. Məsələn,
Yoruldum – əldən düşdüm. 
İnanmıram – Gözüm su içmir. 


 
117 
Gizli saxla – bir daş altda, bir daş üstdə və s. 
Çox asanlıqla inanmaq olar ki, birinci-normativ mənada 
işlənən sözlərdən istifadə edən adi, ikinçilərdən istifadə edən isə 
ritor (əsl natiq) hesab olunur. 
Dilin morfoloji normaları da belədir. Qrammatik norma və 
kateqoriya şəklində sabitləşmiş qrammatik məna ifadəçiləri 
normativ sistem təşkil edir. Bu normativ sistemi mənimsətmək, 
onları nitqdə yerli yerində işlətmək ritorikanı dilin formal sistemı 
ilə əlaqələndirir. Dilin sintaktik səviyyəsini, oradakı müxtəlif dil 
xüsusiyyətlərini (fonosintaktik cəhətləri, aktual üzvlənməni, fo-
netik-ritmik qruplara ayırmanı dərindən bilmək ritorun ən başlıca 
vəzifəsidir. Beləliklə, aydınolur ki, ritorika tamamilə dilçilik 
çərçivəsində fəaliyyət göstərir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin