Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə61/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   119
2015-332

 
Ritorika və etika 
 
Etika fəlsəfi termin olub, yunanca etos – əxlaq, xarakter. Adət 
deməkdir. Natiq nitqində etik problemlərin hamısına əməl 
etməlidir. Xüsusilə sözseçimi ritorun ən başlıca vəzifəsidir.Ritor 
çıxış etdiyi bütün auditoriya qarşısında öz ləyaqətini saxlamaq 
üçün bütün etik normalara riayət etməlidir. Ritor unutmamalıdır ki, 
onun geyimi, xarici görkəmi, əl-qolunu yerli-yersiz, mənalı və 
mənasız qaldırıb salması onun nüfuzunu müəyyən edir. Ritorun 
işlətdiyi bircə ədəbsiz söz onun daxili aləminin puç olduğunu 
sübut edər. Və ona heç kəs qulaq asmaz. Məlumdur ki, vulqar söz-


 
119 
lər poetik sözlərə nisbətən daha ekspressiv olur. Nə qədər yüksək 
səviyyədə danışırsa-danışsın, hansı hadisəni necə gözəl şərh edirsə 
etsin, sonda bircə ədəbsiz ifadə işlətsə, ritorun bütün nitqi mə-
nasızlığa yuvarlanar, dəyərdən düşər. Vulqar sözlər bədii ədəbiy-
yatda personajın daxili aləmini açmaq, onun kobud və ədəbsiz 
olduğunu göstərmək üçun işlədilir. Müəllifin və ritorun dilində 
belə sözlər işlətmək olmaz. Ritorun auditoriyaya – diniləyicilərə 
münasibəti də əsas etik problemlərdəndir. Dinləyicilərlə ritor ara-
sında vəzifəcə nə qədər böyük fərq olursa-olsun, ikinci birincilərə 
hörmətlə yanaşmalı və hətta tənqidi məqamlarda belə etik nor-
malardan kənara çıxmamalıdır. Ritorun nitq zamanı hərəkətləri də 
etik normalar çərçivəsindən kənara çıxmamalıdır. O, heykəl kimi 
dayanıb, yeknəsək ahənglə, sürətli danışığı ilə dinləyicini bezikdir-
məməlidir. Eyni zamanda yerli-yersiz saçını sığallamamalı, qals-
tukunu, pencəyini düzəltməməlidir. Təsəvvür edin ki, bir adlı-sanlı 
natiq üzü tüklü, köynəyi çirkli və yaxalığı əzik şəkildə, rəngləri 
müxtəlif olan paltar və ayaqqabıda auditoriya qarşısında çıxış edir, 
əlindəki kitabı, karandaşı, tabaşiri tez-tez ya stola çırpır, ya da 
göyə qaldıraraq diqqəti onlara cəlb edir. Belə bir çıxış nə qədər 
zəngin olsa da, heç kəsdə müsbət təsir buraxmaz. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin