120
estetika sözü öz ilkin mənasından əlavə zövq, gözəllik, səliqəlilik
kimi mənalarda işlənmişdir. Hətta texniki estetika termin birləşməsi
də
işlənməkdədir ki, bu da istehsalatda səliqəlilik, dəqiqlik, hər
şeyin öz yerində olmasını tələb edir. Insanın
estetik tərbiyəsi
dedikdə isə onun xarici formasından tutmuş daxili aləminə qədər
zövqlü, gözəl və biçimli olması nəzərdə tutulur. Natiqlik sənətində
isə estetika etika ilə vəhdətdə götürülür.
Əgər ritor etik normaların hamısına cavab verən bir şəkildə
çıxış edirsə, deməli, estetika da onun içərisində əks olunmuşdur.
Çünki estetika təkcə zahiri görkəmi nəzərdə tutmur, habelə, dilin
gözəlliklərini məharətlə dinləyiciyə çatdırmağı nəzərdə tutur.
Estetika geniş mənada gözəllik aləmi dekəkdir. Əgər, ritorun
nitqi
bütün cəhətlərdən gözəldirsə, deməli, estetik kateqoriyalar
gözlənilmişdir.
Ritorika və psixologiya
―Dilçiliyə giriş‖
fənnindən məlumdur ki, dilçiliklə (dillə)
psixologiya bir-biri ilə sıx əlaqədardır. Psixologiya insanların sə-
ciyyəvi xäsusiyyətlərini öyrənir. Bu elm insanların (hətta heyvan-
ların) fəaliyyətini və davranışnı öyrənir.
Qədim zamanlarda psixologiya ruh haqqında elm kimi də-
yərləndirilirdi. XIX əsrdə artıq müstəqil elm kimi formalaşdı.
İnsan nitqi (dili) bilavasitə təfəkkür ilə bağlı olduğu üçün
psixologiya ilə də bağlıdır. Təfəkkür insanın
dili ilə psixolo-
giyasının birləşdiyi nöqtədir. İnsan düşünəndə və danışanda onun
bütün beyin qabığı fəaliyyətdə olur. Bu prosesdə nitq mərkəzi
xüsusi fəaliyyətdə olmalıdır ki, səs siqnallarını analiz edərək onu
mənalandıra bilsin. Bu proses həm dinləmə, həm də danışma
zamanı fəal surətdə davam edir. İnsan danışıq zamanı hansı psixi
prosesin təsiri altında olması həlledici rola malikdir.
Əgər ritor
müsbət emosiyaların təsiri altındadırsa, onda onun psixolinq-
121
vistik mexanizmi açıq olur, nəticədə nitqi gözəl olur. Əksinə,
mənfi emosiyaların təsiri altında olduqda psixolinqvistik mexa-
nizmi sanki bağlı olur. Bu vaxt hər bir adam bildiyini də danışa
bilmir. Bunu hər bir adam öz şəxsi həyatında dəfələrlə smaqdaıı
çıxarmışdır ki, bildiyini danışa bilmir. Məssələn, başına bədbəxt
hadisə gəlmiş
heç bir natiq, heç bir mövzunu şövqlə danışa bil-
məz. Və yaxud, ritorun çıxışının yaxşı məqamında bir qeyri-adi
hadisə
baş versə, o nitqini əvvəlki kimi davam etdirə bilməyəcək.
Bundan əlavə, ritor qarşısında çıxış etdiyi auditoriyasının
psixologiyasını da bilməlidir (nəzərə almalıdır).
Dostları ilə paylaş: