122
yəti, əsasən, ali və orta məktəb müəllimlərinin
fəaliyyətindən
asılıdır. Ali məktəb tələbələri ədəbi dilin bütün normalarını
bilməli və ona əməl etməlidir. Bu vəzifənin təməli orta məktəbdə
qoyulmalı, ali məktəbdə isə bu iş tamamlanmalıdır. Bu işdə
bütün fənn müəllimləri iştirak etməlidir. Tələbələrin əksəriyyəti
burjua, sosial, demokrat və s. kimi sözlərin vurğusunu düzgün
tələffüz etmirlər. Bu sözlər daha çox tarix dərslərində işlədilir.
Əlbəttə, tarix müəllimi buna biganə qala bilməz.
Məlumdur ki, hər bir adamın nitqi
onun keçirdiyi psixoloji
proseslərdən və emosiyalardan asılıdır. Məsələn, mənfi emosi-
yaların təsiri altında olan tələbənin nitqinin (psixolinqvistik
mexanizmi sanki bağlı olur. O, istədiyi fikri ifadə edə bilmir. Bu
onun səsinin ahəngində, intonasiyasının pozulmasında, sözləri
təhrif etməsində, dil vahidlərini bəzən düzgün seçə bilməməsində
hiss olunur. Müəllim bu vaxt tələbənin səhvlərini düzəltməli,
onun dil xətalarını təshih etməlidir.
Nitq
mədəniyyəti, problemi daha çox dil və bununla bağlı
elmlər (ümumi dilçiliç, dil tarixi, müasir dil və s.) və ədəbiyyat-
şünaslıqla bağlıdır.
Dil qanunlarını öyrənmək birinci növbədə dilçiliyin vəzifə-
sidir. Dilçilikdən dərs deyən müəllim ilk növbədə tələbənin
nitqindəki: dialektizmlərlə mübarizə aparmalıdır.
Ədəbi tələffüz, yüksək nitq mədəniyyəti normaları əbəbiyyat
dərslərində daha böyük zərurət kəsb edir. Bədii nitqin estetik
duyumu, onun ekspressiv siqləti, induktiv təsiri məhz onu yüksək
ədəbi dillə çatdırmağı tələb edir.
Klassik ədəbiyyatımızdakı əruzun
bütün bəhrlərini təfilələri
üzrə düzgün mənimsəmədən klassik şeiri nə demək, nə də tədris
etmək olar.
Şeirin xüsusiyyətlərindən, daxili məzmunundan, onun hansı
auditoriyada deyilməsindən çox şey asılıdır. Burada şablondan
istifadə etmək olmaz.
123
Müəllim özü tələbənin nitq mədəniyyətinin formalaşmasında
nümunə olmalıdır. Müəllim nitqi mühazirə ilə seminarda, birinci
kursla,
beşinci kursda, milli auditoriya ilə qeyri-milli audito-
riyada eyni ola bilməz.
Dostları ilə paylaş: