124
qədər möhkəmdir ki, XIX əsrdə Avropa dilçiliyində məntiqizm
cərəyanı yaranmışdı. Onlar dil qanunlarrını məntiqlə eyniləş-
dirirdilər. Halbuki onları eyniləşdirmək olmaz. Ritorikanın mən-
tiqlə əlaqəsinə gəldikdə göstərmək lazımdır ki, məntiqə əsaslan-
mayan heç bir cümlə obyektiv gerçəkliyi əks etdirə bilməz. Baş-
qa sözlə desək, qrammatik cəhətdən düzgün qurulmuş söz birləş-
məsi (qarpız kababı, günəş küftəsi və s.) və cümlə (Sumqayıt
günəşin anasına şikayət etdi ki, əlimə su tökməyib) obyektiv ger-
çəkliyi əks etdirmir. Yəni
məntiqi cəhətdən düzgün deyil, insan
təfəkkürünə sığmır.
Hər bir ritor məntiqi cəhətdən cümləsini düzgün qurmalı
olduğu kimi, sübutlardan, faktlardan düzgün və yerində istifadə
edə bilməlidir. Onun mülahizə və mühakimələri düzgün və
konkret olmalı, əqli ümumiləşdirməsi dinləyicini razı salmalıdır.
Ritor məntiqi sillogizmlərdən öz
nitqində geniş istifadə edə
bilməli, onları dinləyiciyə çatdırmağı bacarmalıdır. Habelə hök-
mün silloqistik ifadələrdən düzgün istifadə edə bilməlidir. Onlar
aşağıdakılardır:
1) Barbara – Ümumi iqrarı hökm – Bütün tələbələr
insandır.
2) Selarent – Xüsusi iqrarı hökm – Bəzi tələbələr əlaçıdır.
Yasəmən bəzi tələbələrdəndir.
Deməli, Yasəmən əlaçıdır, əlaçı olduğu üçün tələbədir, tə-
ləbə oduğu üçün insandır.
Belə silloqistik hökmlərin nəticələri həmişə düzgün olur.
Təfəkkürün bütün (eyniyyət, ziddiyyət,
kafi əsas, üçüncünü
istisna) qanunları dildə öz əksini tapdığı üçün ritor bunlardan
istifadə edə bilməli və ya onları nəzərə almalıdır. Məqsəddən
uzaq düşməmək üçün kafi əsas qanununun nitqdə roluna baxaq.
Bu qanun tələb edir ki, fikrini sübut üçün kafi əsas olduqda onu
əlavə dəlillərlə yükləmək olmaz. Bu haqda A.Bakıxanov deyirdi:
125
Müddəam sübut üçün eldə belə məsəl var,
Artıq sözlər küfrə dönər, məsələni gəl qutar.
Bir qədim rəvayət də bu haqda dəyərli material kimi
verilir. Orada deyilir:
Bir nəfər öz dostu – hökmdarın evinə qonaq gedəndə həmişə
böyük təntənə ilə qarşılanırmış: Bir dəfə də dostugilə gedəndə
onu heç kəs qarşılamır. İçəri girib bunun səbəbini soruşduqda
dostunun arvadı deyir: Ərimin sizi təntənə ilə qarşılamadığının
düz 86 səbəbi var. Qoy onları sayım:
Birinci – ərim artıq ölmüşdür.
Dostu təəssüflə deyir:
– Daha 85 səbəb lazım deyil.
Əgər müəllim ən yaxşı ritor olsa belə, «isim» bəhsini keçən-
də bütün adları sadalasa, üç günə qurtarmaz.
Onda ona heç kəs
qulaq asmaz.
Dostları ilə paylaş: