Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə65/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   119
2015-332

 
RĠTORĠKANIN QISA TARĠXĠ 
Yunanıstanda ritorika 
 
Ritorikanın tarixi e.ə. V-IV əsrlərdən başlanır. Ritorika de-
dikdə, onu həm sənət, həm də elm kimi başa düşmək lazımdır. 
Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan iz-
dihamında keçirilməli, habelə bayramlar, təziyələr, dostluq gö-
rüşləri çox izdihamlı olardı. Burada xalqın hörmətini qazanmış 
Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış edərdi. 
Onlar böyük nüfuza malik və savadlı insanlar idi. Eyni zamanda 
ritorikanın nəzəri problemləri də hazırlanır – sistemləşdirilir, 
elmi-nəzəri əsərlər meydana gəlirdi. Bu əsərlərdə ritorika – na-
tiqlik sənətinin sirrləri və onlara yiyələnmək yolları göstərilirdi. 
Bu əsərlər sırasında ritorikanın elmi əsaslarını sistemləşdirən, 
onu nəzəri cəhətdən sabitləşdirən (e ə. V əsr) Koraksın şagirdi 
Siciliyalı Gorqi idi. Amma əslində Yunanıstanda ritorika VI-III 


 
126 
əsrdə çiçəklənmə dövrü keçirən yunan ədəbiyyatı fonunda və 
onun təsiri ilə yaranırdı. Belə ki, Hesiodun «Zəhmətlər və 
günlər», Ezopun təmsilləri, Esxilin «Safoklan», Evripidin faciə-
ləri, lirik şeirləri, Aristofanın komediyaları, Herodotun, Fukidi-
din, Ksenofonrun tarixşünaslığa dair əsərləri, bəlağətli nitqin 
meydana gəlməsinə çox kömək edirdi. Bu dövrdə teatr sənəti
memarlıq misli görünməmiş dərəcədə inkişaf edir və bu sahədə 
dünya mədəniyyəti inciləri yaranırdı. Bu dövrdə yunan fəlsəfəsi 
də formalaşmağa başlamışdı: Sokrat (469-399), Əflatun 
(430/427-347), Aristotel (384-322) bir-birinin şagirdi olaraq dün-
ya fəlsəfi-humanitar elmlərin inçilərini yaradırdılar. Bu vaxtlar 
yaranan ritorika həm incəsənət, həm də elm kimi diqqəti cəlb 
edirdi. Sirakuza, Attika, Afina kimi şəhərlərdə ritorika təlimi ol-
duğu üçün bu şəhərlərdə bəlağətli nitqə dair əsəliər də yaranırdı. 
Burada ritorika kursları 14 il (7 yaşından 21 yaşınadək) davam 
edirdi. Belə məktəblərdə fəlsəfə, məntiq, ədəbiyyat, dil, riyaziyyat 
keçilsə də, ritorika aparıcı mövqedə dururdu. Bu fənlərə aid dərs-
likləri – elmi əsərləri də həmin fənləri tədiris edənlər yazırdı. Bu 
dövrdəki Ellin ənənəsi ritorikanı söz ustalığı ilə inandırmaq elmi 
hesab edirdi. Elmin ənənəsinə görə ritorikanın 3 əsası vardır:
Əxlaqlılıq, müdriklik və artistlik. Bundan sonra savadlılıq 
ritorun əsas əlaməti hesab edilirdi.
Qədim və ya kanonik (kanon – yunanca kanon sözündən 
olub, norma, qayda-normalar və qaydalar məcmusu deməkdir) 
ritorikanı 5 əsas hissəyə, mərhələyə bölürdülər. 
1) invensiya – (latınca – inventio – ixtira etmək, fikirləşib 
tanpmaq) fikirlərin ixtirası, başqa sözlə nitqin mövzusu və ya nitq 
məzmununu düşünüb tapmaq. 
2) Dispozisiya və ya kompozisiya (latın dilində yerləşmə 
deməkdir). Dispozisiya çıxışın mətnindən və xarakterindən, nitq 
janrından asılı olaraq əsas müddəaları yerləşdirə bilməkdir. Axı 
bir çıxışda bir neçə müddəa olur. Onların hansını öncə, hansını 


 
127 
sonra – deyə düzə bilmək (yerləşdirmək) nitqin uğurlu alın-
masının əsas şərtlərindəndir. 
3) Elokusiya – latın dilində – elequeniya sözündəndir. Rus 
dilində termin belə adlanır. Əslində isə Elovensiya adlanmalıdır. 
Sözün mənası nitqi bəzəmək deməkdir. 
Buraya dil vasitələrinin seçilməsi, poetik fikirlərin pafosla 
çatdırılması nəzərdə tutulur.
4) Memoria – latınca memarya – yaddaş deməkdir. Bu söz 
indi xatirə, mənasında da işlənir (memuar, memorial lövhə və s.). 
Memoriya tələb, edir ki, ritor çıxışdan əvvəl həmin mətni bir 
neçə dəfə xatırlamalı, fikrindən keçirməlidir. 
5) Aksiya və ya icra. Çıxışçının özü, danışdığı dili yüksək 
səviyyədə bilməklə, şifahi nitqin ustalıqla ifadəsi, özünə nəzarət. 
Yunan alimləri haqlı olaraq belə hesab edirdilər ki, hansı növ 
olursa, olsun nitq üç mühüm – ayrılmaz tərkib hissədən ibarət 
olmalıdır; etos, pafos, loqos. Onlar çox vaxt məhkəmə prosesini 
etos hesab edirdilər ki, Afinada təşkil edilən bu açıq prosesdə 
açıq dialoji olmalı, həqiqət qalib gəlməli idi. 
Pafos – həqiqəti üzə çıxarma, tərəflərinə münasibətini 
aydınlaşdırma idi. Kim dolu pafosla danışsa, o haqlı ola bilər.
Loqos – hər şeyi dillə dəqiq şəkildə ifadə etmək kimin dili 
zəngin olsa, o dövlət qalib gələ bilər. 
Qədim yunan alimi Aristotel öz müəllimləri Əflatun və Sok-
ratı qabaqlayaraq ritorikanın bütöv fundamental elm sistemini 
yaratmışdı. Onun «Metafizika», «Məntiq», «Siyasət», «Poetika», 
«Analitika» əsərləri, xüsusilə heç vaxt əhəmiyyətini itirməyən, 3 
kitabdan ibarət olan «Ritorika» əsərləri insan idrakının yüksək 
pilləşinə qalxa bilmişdi. Müasir elm hələ Aristotelin elmi idra-
kının məhsulu olan bu əsərlərdən çox bəhrələnə biləcəkdir. 
Yunan mədəniyyətindən, yunan natiqlik sənətindəndanı-
şarkən Aristotelin yaşıdı, görkəmli siyasi xadim və ritor Demos-
fenin (e-ə. 384-322) adını çəkməmək olmaz. Demosfen 


 
128 
ritorikanın elmi problemlərində Aristotel səviyyəsinə qalxa 
bilməmişdir. Aristotel ilə bir ildə anadan olub, eyni ildə vəfat 
edən Demosfen ritorikanın bəzi incəliklərini kəşf etməklə öz dahi 
müasirinin kölgəsindən çıxa bilmiş, öz adını yunan mədəniyyəti 
və ritorikası tarixinə əbədi həkk edə bilmişdi. Demosfenin 
düzgün tələffüz və lazımsız əl-qol hərəkətini aradan qaldırmaq 
üçün kəşf etdiyi xüsusi üsullar indi də əhəmiyyətini itirməmişdir. 
Demosfen siyasi xadim olaraq anti - Makedoniya hərəkatına 
rəhbərlik etmiş, ölkəsi makedoniyalılar tərəfindən işğal olun-
duqdan sonra zəhərlənib ölmüşdür. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin