Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə68/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   119
2015-332

Azərbaycanda ritorika 
 
XI əsrin sonları XII əsrin əvvəllərinıdə Azərbaycanda artıq 
ərəb nüfuzu zəifləmiş, fars nüfuzu güclənmişdi. Bu dövrdə yaşayan 
Azərbaycan alimləri, mütəfəkkirləri və siyasət adamları mahir ritor-
lar idilər. Təəssüf ki, türk dili saraylara yol tapa bilmədiyi üçün 
Nizamül-Mülk, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, 
Fəxrəddin İbn Məhəmməd Hinduşah Naxçıvani, habelə görkəmli 
sözustası Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani və 
başqaları öz əsərlərini farsca yazmışlar. Nizamül-Mülk (1017-
1092) səlcuq sarayının elə ağıllı vəziri olmuşdur ki, onun məs-
ləhətləri həmişə hörmətlə qarşılanmışdır. Əvvəlcə (1063-cü ildə) 
Alp Arslanın, sonra isə Məlik şahın vəziri olmuş Nizamül-Mülk öz 
tövsiyə və çıxışlarını «Siyasətnamə» adlı kitabda vermişdir. Bunu 
biz Nizamül-Mülkü «Siyasətnamə» əsərinin 148-150-ci səhifə-
sindəki rəvayətdən bir hissəyə diqqət yetirək.Rəvayət: 


 
132 
Hadisədə deyilir ki, xəstəlik peyğəmbər ə.s elə zəiflədib əldən 
salmışdı ki, yeriməyə taqəti qalmamışdı, camaat namazının vaxtı 
çatmışdı, əshabələri məscidə yığılıb gözləyirdilər ki, o, gəlib, ca-
maat namazını qılsın. 
Aişə və Həfsə peyğəmbərin başı üstündə oturmuşdular. Aişə 
peyğəmbər ə.s. dedi: «Ey Allahın peyğəmbəri, namaz vaxtı çat-
mış, camaat məscidə yığılmışdır, sənin də ora getməyə taqətin 
qalmamışdır. Cammaatın qabağında durub imamlıq etməyi kimə 
tapşırırsan?» Dedi: «Əbubəkirə». Bir də soruşdu «Kimə tapşırır-
san?» Dedi: «Əbubəkirə».Aişə Həfsəyə dedi: «Mən iki dəfə 
dedim, sən də bir dəfə de ki, Əbubəkir zəif və ürəyiyuxa adamdır, 
əshabələrinin hamısından çox o səni istəyir, namaza durub, sənin 
yerini boş gördükdə ağlamağı tutacaq, namazı həm özünə, həm 
də camaata haram edəcəkdir. Bu Ömərin işidir, ürəyi bərk, özü 
də möhkəm adamdır, buyurunuz, imamlığı o etsin, ziyanı olmaz». 
Aişə və Həfsə peyğəmbər ə.s. belə dedilər. Peyğəmbərin 
qəzəbi tutdu, üzü qızardı və dedi: «Siz Yusif Kərsif kimisiniz. Mən 
siz istəyəni etməyəcəm, onu edəcəyəm ki, müsəlmanların xeyrinə 
olsun. Gedin Əbubəkirə deyin, camaat namazını başlasın». Aişə-
nin (Allah ondan razı olsun) bu qədər elmli, mömin və pak ol-
mağına baxmayaraq, peyğəmbər ə.s. Aişənin istədiyinin əksini et-
məyi buyurdu. İndi görünüz, başqa arvadların bilik və məs-
ləhətləri nə dərəcədə olar. Yusif və Kərsif haqqında hekayə isə 
başqa cürdür...
Qeyd: Nitq mədəniyyətinin ritorika, üslub, ritorikanın 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin