Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


Mövzu 3: Azərbaycan dilinin quruluĢu



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə74/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   119
2015-332

Mövzu 3: Azərbaycan dilinin quruluĢu. 
Azərbaycan dili və ümumən bütün türk dilləri Ġltisaqi 
(aqlütinativ) dillər qrupuna aiddir.Bu dil tipində şəkilçilər bir 
qayda olaraq söz kökündən sonra gəlir, kök içəridən dəyişmir. 
İltisaqiliyin əsas tələbləri bunlardır: Şəkilçilər bir qayda olaraq, 
söz kökündən onra gəlir, söz kökü müstəqil mənaya malik olur, 


 
146 
şəkilçi qoşularkən sözün kökü dəyişmir. Söz kökünə əvvəl leksik
sonra qrammatik şəkilçi artırılır, ahəng qanunu möhkəm olur.
 
Azərbaycan Respublikasının dövlət dili 
 
Azərbaycan dili dilçiliyin sahələrindən etimologiya, leksiko-
logiya, dialektologiya və digər aparıcı sahələrini özündə birləş-
dirir. Bu dil Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, 
eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. 
Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə 
Azərbaycan dili kimi rəsmiləşdirilmişdir. Hazırda dünyanın müx-
təlif yerlərində yaşayan 35 milyondan çox azərbaycanlı bu dildə 
danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir. 
Azərbaycan dili azərbaycanlıların ana dilidir. Respublika-
mızın qədim sakinlərindən olan azsaylı xalqlar da (ləzgilər, tatlar, 
talışlar, avarlar, kürdlər və s.) Azərbaycan dilindən ünsiyyət 
vasitəsi kimi istifadə edirlər. 
Hər bir dövlətin dövlətçilik əlamətlərindən biri onun siyasi, 
iqtisadi, mədəni fəaliyyətini cəmiyyətə çatdıran dildir: dövlət 
qanunlarının, rəsmi göstəriş və sərəncamların, rəsmi sənədlərin 
vahid dildə olması mühüm siyasi şərtlərdəndir. Bu dil vahidliyi 
dövlət quruculuğunda və idarəçiliyində ünsiyyəti asanlaşdırır, an-
laşmanı maksimum təmin edir. Bu əlaqələndirmə və ünsiyyət 
vasitəsinə dövlət dili deyilir. ―Azərbaycan Respublikasının dövlət 
dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan 
dilinin inkişafını təmin edir‖.
3
Azərbaycan Respublikasının bütün dövlət orqanlarında yazılı 
və şifahi əlaqə işləri Azərbaycan dilində aparılacaqdır, dövlət 
idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri öz 
işlərini məhz Azərbaycan dilində icra edəcəklər. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin