149
Başqa dil ailələrində olduğu kimi, türk dilləri ailəsinə daxil
edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən
çox yaxındır. Qohum dillərdəki belə yaxın və oxşar cəhətlər
bunların bir ana dildən ayrılıb inkişaf etdiklərini göstərir. Türk
dilləri ailəsinə daxil olan dillər bir-birinə yaxınlıq etibarilə başqa
dil ailələrindən seçilir. Belə ki, bu ailəyə daxil olan dillər bir-
birindən çox az fərqlənir. Məsələn, Hind-Aropa dillərini götürək.
Buraya həm rus, həm də erməni dili daxildir. Məlum olduğu üzrə
bunlar arasındakı fərq çox böyükdür. Lakin türk dilləri ailəsinin
ayrı-ayrı qruplarına daxil olan dillər müqayisə edildikdə çox fərq
müşahidə olunmur. Məsələn: Dil sözünü götürək. Azərbaycan
dilində bu söz ―dil‖, Özbək dilində ―til‖, Qazax dilində ―til‖,
Tatar dilində ―dil‖ kimi işlənir. Türk dilləri ailəsi iki budağa və
yarımbudağa bölünür:
A.Türk dillərinin qədim hun budağı1.Bulqar dilləri qupu,
2.Oğuz dilləri qrupu: a.Oğuz-Bulqar yarımqrupu, b.Oğuz-Türk-
mən yarımqrupu, c.Oğuz-Səlcuq yarımqrupu, 3.Qıpcaq dilləri
qrupu:a.Qıpçaq-Poloves yarımqrupu, b.Qıpçaq-Bulqar yarımqru-
pu, c.Qıpçaq-Noqay yarımqrupu, 4.Qarluq dilləri qrupu:a.Qarluq-
Uyğur yarımqrupu, b.Qarluq-Xarəzm yarimqrupu, B. Türk
dillərinin şərqi hun budağı 1.Uyğur-Oğuz dilləri qrupua.Uyğur-
Tukay yarımqrupu b.Yaqut yarımqrupu c.Xakos yarımqrupu,
2.Qırğız-Qıpçaq dilləri qrupu
Müasir dövrdə işlədilən türk dilləri, əsasən, aşağıdakılardır:
Dostları ilə paylaş: