Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə79/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   119
2015-332

7.Qaraçay-Balkar dili. Bu dil iki etnik qrupu birləşdirir: 
qaracay və balkarlar.Qaraçaylar, əsasən, Qaraçay-Çərkəz Muxtar 
vilayətində, Balkarlar isə Kabardada yaşayırlar.Qaraçay və


 
152 
balkarların bir hissəsi isə Qırğızıstan, Qazaxıstan və Öz-
bəkistanda yaşayır.Onların miqdarı 200 min nəfərdən 
çoxdur.Qaraçay-balkar dili əsrimizin 20-ci illərindən sonra tədqiq 
olunmağa başlamışdır.Bu dilin əlifbası rus qrafikası əsasında
yaradılmışdır. 
8.Qırğız dili. Əsasən, Qırğızıstanda, daha sonra Özbəkis-
tanda, Tacikistanda, Qazaxıstanda, habelə Çində, Monqolus-
tanda, Əfqanıstan və Pakistanda yaşayan 2 milyondan çox əha-
linin dilidir.Qırğız dili fonetik və leksik xüsusiyyətlərinə görə 
Altay dilinə daha yaxındır.Müasir qırğız ədəbi dilinin formalaş-
ması Sovet hakimiyyəti illərinə təsadüf edir.1926-cı ilədək ərəb, 
sonra latın, 1940-cı ildən etibarən isə rus qrafikası əsasında yeni 
əlifbadan istifadə olunur. 
9.Qumuq dili. Dağıstanda yaşayan qumuqların dilidir.Bu 
dildə Çeçen-İnquş və Şimali Osetiyada yaşayan qumuqlar da da-
nışır.Hal-hazırda bu dildən 250 minə qədər adam istifadə 
edir.Qumuq dilinin sistemli və elmi şəkildə tədqiqi 
H.K.Dmitriyevlə başlanmışdır.Başqa türk dilləri kimi qumuq dili 
də ərəb qrafikası bazası əsasında Böyük Oktyabr sosialist 
inqilabından sonra yaranmış, sonra latın qrafikasına, 1939-cu 
ildən rus qrafikasına keçilmişdir. 
10.Yakut 
dili. 
Yakutda yaşayan yakutların dövlət 
dilidir.Yakutlar eyni zamanda Krasnoyarsk diyarının Taymır və 
Evenki milli dairələrində, habelə Maqadan, Saxalin və Amur 
vilayətlərində də yaşayırlar.Bu dildə danışanların ümumi sayı 
hal-hazırda 300 mindən artıqdır.Yakut dilinin öyrənilməsinə XIX 
əsrin ikinci yarısından başlanılmışdır.1922-24-cü illərdə yakut 
dilinin əlifbası beynəlxalq transkripsiyaya əsaslanmış, 1924-39-
cu illərdə yazıda latın əlifbasına keçilmiş, 1939-cu ildən rus 
qrafikası əsasında yaranmış əlifbadan istifadə olunur.Müasir 
yakut ədəbi dili özünün ən yüksək inkişaf mərhələsində fəaliyyət 
göstərir.Hal-hazırda bu dildə elmi, ictimai-siyasi və bədii 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin