Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


  ədəbiyyat, qəzet və jurnal nəşr olunur



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə80/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   119
2015-332

 
153 
ədəbiyyat, qəzet və jurnal nəşr olunur. 
11.Karaim dili. Litvada, Ukraynada, Moskva, Rostov və s. 
şəhərlərdə dağınıq halda yaşayan karaimlərə məxsusdur.Karaim-
lərin bir hissəsi də Polşada yaşayır.Karaimlərin hal-hazırda 
xüsusi əlifbası yoxdur.Ona görə də onlar hazırda Litva və rus 
ədəbi dillərindən istifadə edir, bu dillərin əlifbasında yazıb 
yaradırlar.Karaim dili isə danışıq dili kimi yaşamaqdadır. 
12.Noqay dili. Stavropol diyarında və Qaraçay-Çərkəz vila-
yətində, Həştərxan vilayətində, Krasnodar vilayətində və Dağıs-
tanda yaşayan noqayların danışıq və yazılı ədəbi dilidir.Bu dildə 
təxminən, 60 mindən çox adam danışır.Noqay dilinin tədqiqinə 
sovet 
dövründə 
başlanmışdır.Bu 
dilin 
öyrənilməsində 
N.A.Baskakovun rolu böyükdür. 
Noqay ədəbi dili və yazısı Böyük Oktyabr inqilabından 
sonra inkişaf etmişdir.İnqilaba qədər noqayların bir hissəsi yazıda 
ərəb əlifbasından istifadə etmişdir.1938-ci ildən rus qrafikası əsa-
sında yaradılmış əlifba qəbul edilmişdir.Hazırda noqay dilində 
orta məktəblər üçün dərsliklər, rayon qəzetləri, bədii və ictimai-
siyasi ədəbiyyat nəşr olunur. 
13.Özbək dili. Özbəkistanda yaşayan özbəklərin dilidir.Öz-
bək dilində danışanlara Özbəkistandan başqa Qazaxıstan, Qırğı-
zıstan, Tacikistan, Türkmənistanda, habelə Çində və Əfqanıstan-
da rast gəlinir.Hazırda bu dildə 14 milyondan çox adam danışır. 
1927-ci ilə qədər özbək dilinin əlifbası ərəb qrafikası 
əsasında aparılırdı.1927-1938-ci illərdə onlar latın əlifbasından 
istifadə etmişlər.1939-cu ildən isə özbək dilinin yazısında rus 
qrafikası əsasında yaradılmış əlifbadan istifadə olunur.Hazırda 
müasir özbək ədəbi dilində külli miqdarda bədii-elmi və ictimai-
siyasi ədəbiyyat nəşr olunur. 
14.Salar dili. Çində yaşayan salarların dilidir.Mövcud 
ədəbiyyatda salar dili həm müasir uyğur dilinin bir dialekti kimi, 
həm də müstəqil dil kimi verilir.Salar dili müstəqil dil kimi son 


 
154 
zamanlarda tədqiqə cəlb olunmuşdur.Bu dilin elmi tədqiqi 
E.R.Tenişevin adı ilə bağlıdır.Salar dili əsas etibarilə canlı 
danışıq dilindən ibarətdir.Bu dilin özünün əlifbası yoxdur. 
15.Tatar dili. Tatar xalqının milli dilidir.Bu dildə danışan 
tatar xalqı, əsasən Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Moldo-
vada, Qorki, Tambov, Penza, Ryazan, Ulyanovsk, Samara, Sara-
tov, Omsk, Tomsk, Tumen vilaytlərində yaşayırlar.Bunlardan 
başqa Ruminiya, Bolqarıstan, Polşa, Türkiyə və Çin dövlətlərində 
də tatar dilli əhali yaşayır.Hazırda tatarların ümumi miqdarı 6 
milyon nəfərdən çoxdur.Bəzi ədəbiyyatda bu dil Kazan-tatar dili 
adı ilə də verilir.Tatar dili fundamental şəkildə Böyuk Oktyabr 
inqilabından sonra tədqiq olunmağa başlamışdır.Bu dilin əlifbası 
1927-ci ilə qədər ərəb, 1927-ci ildən 1939-cu ilə qədər latın, 
1939-cu ildən isə rus qrafikası əsasında aparılmışdır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin