Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


  Ümumxalq Azərbaycan dilinin tərkib hissələri



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə9/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   119
2015-332

 
17 
Ümumxalq Azərbaycan dilinin tərkib hissələri 
 
Hər xalqın və millətin ancaq bir dili olur. Həmin dil o xalq 
və ya millətin ümumi dili olduğu üçün ümumxalq dili deyilir. 
Məsələn, Azərbaycan ümumxalq dili, rus ümumxalq dili, türk-
mən ümumxalq dili, qazax ümumxalq dili və s. 
Ümumxalq dili çox geniş anlayışdır. Belə ki, ümumxalq dili 
dedikdə xalqın bütün dil vasitə və formalarının məcmusu nəzərdə 
tutulur. Dildə hər nə varsa, bunların hamısını ümumxalq dili 
əhatə edir. 
Öz inkişafının müəyyən mərhələsinədək Azərbaycan dili 
vahid tərkibli ümumxalq dili formasında olmuşdur. Lakin son-
ralar bu dilin tərkibində bir-birindən az-çox fərqlənə bilən qollar 
əmələ gəlmişdir. Bu qollar, başlıca olaraq, cəmiyyət üzvlərinin 
dildən nə dərəcədə istifadə edə bilməsi ilə əlaqədar yaranmışdır. 
Məlumdur ki, hər bir xalq və ya millətin bütün üzvləri 
ümumxalq dilindən eyni şəkildə, eyni qaydada istifadə edə bil-
mirlər. Məsələn, ziyalılar, xüsusən alim və yazıçılar dildən daha 
məharətlə istifadə etməyə meyl göstərirlər. Onlar ümumxalq 
dilinin söz və ifadələrini, qayda-qaynunlarını daha da cilalayır və 
daha mükəmməl şəklə salırlar. Lakin savadsız və azsavadlılar isə 
dildən bir növ ―xam‖ şəkildə istifadə edirlər. 
Bu deyilənlərə görədir ki, müasir Azərbaycan ümumxalq dili, 
tərkibcə 2 qola ayrılır: 1) ədəbi danışıq, yaxud ədəbi dil, 2) qeyri-
ədəbi danışıq, yaxud danışıq dili. 
Bu şərti bölgüdə ―ədəbi dil‖ və ―danışıq dili‖ məfhumlarını, 
eyni zamanda, dilin ―tərkib tərəfləri‖ də adlandırmaq olar. 
Ümumxalq dilinin iki qola ayrıldığını M.Qorki çox gözəl 
şərh etmişdir: ―Dilin ədəbi və xalq dili deyə ikiyə bölünməsi yal-
nız onu göstərir ki, necə deyərlər, bir ―xam‖ dil var, bir də sənət-
karlar tərəfindən işlənilmiş dil‖. 
Ümumxalq dilinin iki qola ayrılmasını şərti mənada başa 


 
18 
düşmək lazımdır, çünki yuxarıda qeyd edildiyi kimi, hər xalqın 
bir neçə deyil, ancaq bir dili olur.Buna görə də Azərbaycan ədəbi 
dili dedikdə bir dili, Azərbaycan danışıq dili dedikdə isə başqa 
dili düşünmək olmaz. Bunların hər ikisinin əsası eynidir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin