Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik


istiarə, mübaliğə, kinayə; frazeoloji birləĢmələr, omonimlər



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə96/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   119
2015-332

istiarə, mübaliğə, kinayə; frazeoloji birləĢmələr, omonimlər, 
sinonimlər, antonimlər və s. 
Bədii üslubun qrammatik səviyyədə göstəriciləri: 
Söz sırasının qəsdən pozulması (inversiya), qeyri-normativ 
quruluşlu cümlələr, ellipsis (sözlərin və ya şəkilçilərin ixtisarı). 
Obrazlılığın fonetik səviyyədə təzahürü qrammatik səviy-
yədə təzahürü ilə, leksik səviyyədə təzahürü isə həm fonetik, həm 
də qrammatik səviyyədəki təzahürləri ilə birbaşa bağlıdır. 
Bədii üslub ümumxalq dilinə əsaslanır. Xalq təfəkkürünün 
məhsulu olan sözlər, ifadələr, hətta müəyyən həcmdə dialek-
tizmlər belə bədii üslubda işlənir. 
Bədii üslub – şeir dili, nəsr dili və dramaturgiya dili 
formalarında özünü göstərir. 
Şeir dili – müəyyən ahəngə, ölçüyə və bölgüyə malik olan və 
qafiyələnən dildir. Məsələn,
Başına döndüyüm gülüzlü sona,
Ömrümün ilk çağı yadıma düşdü: 
Şairlər oylağı bizim tərəflər,
Tərlanlar oylağı yadıma düşdü. 
(S.Vurğun) 
Nəsr dili – müəyyən süjetə malik olan təhkiyənin – hekayə, 
povest, romanın dilidir. Məsələn: 
Musa dayı iti və sərt bir hərəkətlə üzünü bizə tərəf çevirib, 
heyrətlə əvvəlcə mənə, sonra Humaya, sonra yenə mənə baxdı. 


 
187 
Sanki kişi Yer üzündə görünməmiş qəribə bir şey eşitmişdi. 
Birdən barıt kimi açılaraq, dəyirmanın şırıltısını batıran qəzəbli 
səslə mənim üstümə qışqırdı:… 
(İ.Əfəndiyev) 
Dramaturgiya dili – monoloq və dialoqlardan ibarət olan 
səhnə əsərinin dilidir. Məsələn: 
Böyükbəy: (Şahnazın əlindən tutaraq). Mənim əziz bacımın 
kefi necədir? 
Şahnaz: Şükür Allaha, qardaş, yaxşıyam, axşam gəlib-gedən 
çox olduğu üçün soruşa bilmədim. Sənin Peterburq səfərin necə 
keçdi? 
Böyükbəy: Səfərim o qədər də fərəhli olmadı. Peterburq bu 
saat qazan kimi qaynayır. Hər yerdə inqilab havası duyulur.
(İ.Əfəndiyev) 
Bədii üslub başqa üslublarla müqayisədə daha qədim və daha 
zəngin sayılır. Başqa üslubların formalaşması, ədəbi dil norma-
larının müəyyənləşməsində bədii üslub həmişə aparıcı olmuşdur. 
Ədəbi dildə normanın yeniləşməsi, ümumxalq dili vahidlərinin 
yazılı dilə gəlişi bədii üslubdan başlanır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin