188
bir-birindən nə qədər fərqlənsə də, onların hamısı
ədəbi dilin
üslublarıdır. Buna görə də bu üslubların hər biri ədəbi dilimizin
fonetik, leksik və qrammatik normalarına tabe olur.
Üslublarda həm diferensiasiya (ayrılma, ixtisaslaşma), həm
də inteqrasiya (yaxınlaşma) prosesi gedir. Birinci halda ədəbi dil
ixtisaslaşır (yəni üslublar bir-birindən fərqlənir, ayrılır), ikinci
halda isə onlar hamı üçün anlaşıqlı olur.
Bədii üslub – milli bədii təfəkkürün ifadəsidir. Obrazlı,
emosional nitq formasıdır. Bədii üslub
ədəbi dilimizin tarixində
həmişə aparıcı olmuşdur. Funksional imkanlarının genişliyinə
görə bədii üsluba ədəbi-bədii dil deyilir. Bədii üslubun ən vacib
şərti və ümumi cəhəti obrazlılıqdır. Bədii üslubun obrazlılığı həm
fonetik, həm leksik, həm də qrammatik səviyyədə özünü göstərir.
Emosionallıq (ekspressivlik) ilk növbədə obrazlılıqdan ya-
ranır. Obrazlı nitq həm də emosional (ekspressiv) nitqdir.
Fonetik səviyyədə bədii üslubun
göstəriciləri alliterasiya,
assonans, təkrar və intonasiyadır. Birinci üç göstərici nitqdə ritm
yaradan əsas vasitələrdir.
Alliterasiya eyni samit səslərin təkrarına deyilir.
Məsələn: ―Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa
yaxşılıq ər kişinin işidir‖.
Atalar sözündə təkrar olunan y və ş samitləri nitqdə alli-
terasiya yaradır. Nəsiminin: ―Al ilə ala gözlərin aldadıb aldı
könlümü;
Alinə bax nə al edər, kimsə irişməz alinə‖ beytində ilə l
samitinin təkrarı alliterasiyadır.
Assonans isə eyni saitlərin təkrarına deyilir. Məsələn: ―Aza-
cıq aşım, ağrımaz başım‖ atalar sözündə a və ı saitlərinin təkrarı
nitqdə assonans yaradır. Nəsiminin yuxarıdakı beytində də bu
saitlərin təkrarı assonansdır.
Təkrar dedikdə isə ritmik (fonetik) təkrar nəzərdə tutulur.
Məsələn: ―Ağa Kərəm,
paşa Kərəm, xan Kərəm; Alış Kərəm,
tutuş Kərəm, yan Kərəm‖ misralarında Kərəm sözünün təkrarı
189
xüsusi bir ritm yaradır. İntonasiya isə şeirin və ya cümlənin
xüsusi intonasiya ilə oxunması deməkdir.
Bədii üslubun leksik səviyyədə göstəriciləri: epitet, təşbeh,
istiarə, mübaliğə, kinayə;
frazeoloji birləşmələr, omonimlər,
sinonimlər, antonimlər və s.
Bədii üslubun qrammatik səviyyədə göstəriciləri:
Dostları ilə paylaş: