Bölmə 8. İnformasiya sistemləri və texnologiyaları -
İnformasiya emalının müasir üsulları
Müxtəlif təbiətli sistemlərdə informasiyanın emalı qanunlarının ümumiliyi informasiya prosesləri nəzəriyyəsinin fundamental təməlini təşkil edir. Bu nəzəriyyənin öyrənmə obyekti informasiyadır. İnformasiya anlayışı istifadə edildiyi konkret bilik sahəsindən bir qədər kənarda olan mücərrəd anlayışdır. İnformasiya resursları müasir cəmiyyətdə maddi resurslardan önə çıxmaqdadır. Belə ki, malı kimə, nə vaxt və harada satmaq barədə bilik malın özündən qiymətlidir. Bununla əlaqədar olaraq informasiya emalı üsulları diqqət mərkəzinə çəkilir. Hər gün yeni, daha mükəmməl kompüterlər, münasib proqramlar, informasiyanın saxlanması, ötürülməsi və mühafizəsi üzrə müasir
üsullar meydana çıxır.
Bazar mövqeyindən, informasiya çoxdan əmtəədir. Bu vəziyyət cəmiyyətin kompüterləşdirilməsi nəzəriyyəsini, praktikasnı və sənayesini inkişaf etdirmək üçün əın güclü stimuldur.
Kompüter, informasiya mühiti olaraq, nəinki təkcə sənayenin, elmin və bazarın təşkilində ciddi keyfiyyət sıçrayışı etmiş, həm də olduqca qiymətli istehsal sahələrinin, o cümlədən, hesablayıcı texnika, telekommunikasiya və proqram məhsulları istehsalının ön plana çıxmasını şərtləndirmişdir.
Cəmiyyətin kompüterləşdirilməsi meylləri hesablayıcı texnika və digər müxtəlif kateqoriyalı EHM istifadəçiləri şəklində meydana çıxan peşələrin yaranması ilə bağlıdır.
Əgər 60-70-ci illərdə elektronika mühəndisləri və proqramçılar kimi yeni hesablayıcı texnika və yeni təbiqi proqram paketləri yaradan mütəxəssislər üstünlük təşkil edirdisə, indi hər biri öz spesifik məsələsini həll edən peşəkar olmayan müxtəlif peşə sahibləri EHM istifadəçiləridir. İndi istifadəçi yalnız kompüter mühitində informasiya proseslərinin təşkilinin ümumi prinsiplərini bilməli, özünə lazım olan informasiya sistemini və texniki vasitələri seçməyi və həmin texnikanı öz predmet oblastında tətbiq etməyi bacarmalıdır.
İnformasiya emalı sistemlərinin inkişaf tarixi.
Professor Buadeyə görə, latınca, information – izah etmək174, aydınlaşdırmaq, məlumatlandırmaq mənasında olan informasiya dedikdə, verilmiş predmet barədəki biliyimizdəki qeyri-müəyyənlik dərəcəsini azaldan hər şey başa düşülür. Bu tərif ötürülən informasiyanın konkret ünvan üçün faydalılığını, qiymətliliyini təyin edir. Yəni, aldığımız məlumatda yeni heç nə yoxdursa, onda bu informasiyanın miqdarı sıfra bərabərdir. Buna görə də ―verilənlər‖ anlayışı daha ümumidir. Çünki burada istehlakçı qiymətləndirməsi tələb olunmur.
XIX əsrin ikinci yarısınadək “ibtidai” informasiya texnologiyasından istifadə edilirdi. Bu informasiya texnologiyasının əsasını qələm (pero), mürəkkəb qabı və mühasibat kitabı təşkil edirdi. İnformasiyanın ötürülməsi vasitəçilərin, poçtalyonların, kuryerlərin vasitəsilə həyata keçirilirdi. Bu rabitə etibarsız idi, çoxsaylı kənar amillərdən,
174 Halbuki ―İnformasiya‖ sözü qədim Şumer dilində olan İn +For+Ma+Si+Ya kimi 5 sözdən ibarət bir cümlədir ki, burada da İn – var olan, For – yetkin güclü kişi, Ma – qadın, Si – məkan, Ya – çıx(ış) etmək - danışmaq mənası verir. Bunu müasir Azərbaycan dilinə tərcümə etdikdə, informasiya – məkanda mövcud olan kişi ilə qadının danışması, özlərini izah etməsi mənasına gəlir. Bax: İsa Musayev. Dil, Yaddaş, Vətən, Vətəndaş. Bakı,1995.
havadan, kuryerin sağlamlığından, əhval-ruhiyyəsindən və s-dən asılı idi. İnformasiya emalının məhsuldarlığı olduqca aşağı idi. Hər bir yazının (məktubun) üzü ayrıca əl ilə köçürülürdü. Toplama əl ilə aparılırdı. Qərar qəbulu üçün başqa informasiya yox idi.
-
əsrin sonunda “mexaniki” informasiya texnologiyası meydana gəldi. Yazı makinası, telefon, diktofon və modernləşdirilmiş poçt sistemi informasiya texnologiyasını prinsipial şəkildə dəyişdirdi. İnformasiya texnologiyasının məhsuldarlığı xeyli artdı. Mexaniki texnologiya, mahiyyətcə, mövcud müəssisələrin təşkilati strukturunu formalaşdırdı.
-
əsrin 40-60-cı illərində “elektrik” texnologiyası yarandı. Bu texnologiyada elektromexaniki yazı makinası, surətçıxaran maşın, portativ diktofon və s. istifadə edilirdi. Bu texnika müəssisənin fəaliyyətini yaxşılaşdırdı, sənədlərin emal keyfiyyətini və hazırlanma sürətini artırdı. 60-cı illərin 2-ci yarısında böyük məhsuldarlığa malik EHM- lərin müəssisə fəaliyyətinə cəlb edilməsi informasiyanın emalının forması ilə yanaşı, həm də məzmununa təsir etməyə başladı. Beləliklə, informasiya texnologiyasının “elektron” dövrü başlandı.
Məlum olduğu kimi, informasiya texnologiyası informasiya emalının ən azı 3 mühüm komponentini – uçotu, təhlili və qərar qəbulunu əhatə edir. Bu komponentlər sənədlərin kağız ―bataqlığında‖ reallaşdırılır ki, bu bataqlıq da günbəgün dərinləşir. Avtomatlaş- dırılmamış informasiya sistemlərinin ən ciddi nöqsanı informasiyanın yığılması, emalı və istifadə edilməsi proseslərinin ayrı-ayrılıqda baş verməsidir. Bu o deməkddir ki, müəs- sisənin ayrı-ayrı bölmələrinin hər biri özünəməxsus ayrıca ―verilənlər bazası‖na malikdir və bir bölmənin işçiləri ―özgə‖ bölmənin ―verilənlər bazası‖na daxil olmaq hüququna malik deyildir. Odur ki, hər bölmənin işçiləri özlərinin ―verilənlər bazası‖nı özləri sərbəst surətdə yaratmağa məcburdur. Bu, orta əsrlərdəki hər ailənin özü üçün tikdiyi yel dəyirmanına və ya su çarxına bənzəyirdi. Hal-hazırda, demək olar ki, bütün kütləvi tələbat məhsulları mərkəzləşdirilmiş şəkildə istehsal edilir və tələbata uyğun şəkildə istehlak edilir. Bu baxımdan, idarəetmənin avtomatlaşdırılmasının əsas məqsədlərindən biri müəssisədəki hər bir əməkdaşı, aid olduğu bölmədən asılı olmayaraq məxfilik tələbləri ödənilməklə lazımi vaxtda, lazımi formada və lazımi həcmdə zəruri informasiya ilə təchiz etməkdən ibarətdir. Bunun üçün vahid inteqrasiya edilmiş verilənlər bazası, lokal hesablayıcı şəbəkə və hər bir işçi üçün lazımi avadanlıqlarla təchiz edilmiş avtomatlaş-
dırılmış iş yeri (AİY) lazımdır. Bu yanaşma müəssisənin kompleks avtomatlaşdırılmasını
nəzərdə tutur. Bu isə o deməkdir ki, müəssisə üçün kompüterləşdirilmiş idarəetmə sistemi yaradılmalıdır ki, burada da alt sistemlərin qarşılıqlı fəaliyyəti təmin edilməli, informasiyaya operativ müraciət mümkün olmalı və qərar qəbulu dəstəklənməlidir. SSRİ- də ilk müəssisə avtomatlaşdırılmış idarəetmə sistemləri (MAİS-lər) və verilənlərin emalı sistemləri (VES-lər) 60-cı illərdə yaradılmışdı. Bunlar kollektiv istifadə olunan azməhsuldar, nəhəng hesablayıcı texnika ilə təchiz edilmiş müəssisə informasiya- hesablayıcı mərkəzlər bazasında yaradılırdı. Bu sistemlər əsasən uçot və planlaşdırma məsələlərini həll edirdi. Çox hallarda isə həll edilən məsələlər yalnız əmək haqqı hesablamalarından və kadrlar uçotuna aid informasiyanın emalından ibarət olurdu. Verilənlərlə işləməyin çətinliyi onunla bağlı idi ki, infformasiya sistemində hesablayıcı texnika ilə yanaşı, informasiyanın kağıza yığılması və İnformasiya-Hesablayıcı Mərkəzə daşınması və burada EHM-ə daxiletmə ilə bağlı olaraq perfokartların hazırlanması prosesləri əl üsulu ilə yerinə-yetirilirdi. Emal nəticələri də kağıza çıxarılırdı.
80-ci illərdə ABŞ-da ―avtomatlaşdırılmış ofis‖ termini geniş yayılmağa başladı. Burada söhbət bir-sıra idarəetmə funksiyalarının, o cümlədən, mətnlərin hazırlanması, emalı və redaktə edilməsinin, sistemləşdirilib saxlanmasının, infor-masiya axtarışının, rəhbər işçilərə informasion xidmət göstərilməsinin və s. avtomatlaşdırılmasından gedirdi.
Bu tip sistemlərin tətbiqi bir-sıra işçilərin, məsələn, katibələrin, referentlərin funksiyalarının dəyişilməsinə, onların sayının ixtisar edilməsinə, əmək məhsuldarlığının yüksəlməsinə səbəb oldu. ―Avtomatlaşdırılmış ofis‖ konsepsiyası bu gün də uğurla inkişaf edir. Proqram təminatı istehsalçıları olan bir-sıra iri firmalar, o cümlədən, Corel, Microsoft və s. ―Ofis‖ adlı175 yeni-yeni inteqrasiya edilmiş proqram paketləri hazırlayır.
Dostları ilə paylaş: |