V
193
B yalnız saxlama mühitində tam ―maddiləşmiş‖ olur. VBİS-də VB-nin saxlanması mühiti mexanizmləri sistem resurslarının iki qrupunu – saxlanan verilənlər resursunu və saxlama mühiti üçün yaddaş resursunu idarə etməyə xidmət edir. Saxlama mühiti mexanizmləri aşağıdakı əməliyyatları icra etməlidir:
Yaddaşda yeni saxlanan verilənlərin yerinin təyini;
Onların yaddaşda yerləşməsi üçün lazımi yaddaş resursunun ayrılması; Saxlanan digər verilənlərlə onların əlaqəsinin yaradılması və pozulması; Saxlanan verilənlərin silinməsi və onların tutduğu yaddaşın boşaldılması; Yaddaşda verilənlərin atributlar və ya ünvanlar üzrə axtarılması;
Saxlana verilənlərin emal üçün seçilib götürülməsi.
Saxlama mühitində verilənlər fiziki yerləşmə baxımından sərbəst olsalar da, bir-biri ilə ünvan göstəriciləri vasitəsilə məntiqi bağlılığa malik olan saxlama sxeminə tabedirlər. Saxlama sxemi CODASYL tərəfindən yaradılmış saxlanan verilənlərin təyini dili (Data Storaqe Definition Lanquaqe) ilə təsvir edilir.
Verilənlərin yaddaşda yerləşdirilməsinin idarə edilməsi də saxlama mühiti mexa- nizmlərinin mühüm funksiyasıdır. Verilənlər adətən xarici yaddaşda nömrələnmiş eyni- ölçülü səhifələr şəklində saxlanır. Hər müraciətdə bir səhifə oxunur. Səhifənin ölçüsü mübadilə buferinin ölçüsünü təyin edir. Yaddaşdakı hər yazının öz ünvanı vardır. Ünvanlar birbaşa və dolayı olur. Birbaşa ünvan yazının yaddaşdakı yerini bilavasitə göstərir. Lakin bu, çoxsaylı boş yaddaş fraqmentlərinin yaranmasına səbəb olur. Bu nöqsanı aradan qaldırmaq üçün dolayı ünvanlaşdırmadan istifadə edilir. Bu halda səhifənin bir hissəsi indeksləşdirmə üçün ayrilir. Həmin indekslər müvafiq yazı üçün ünvan göstəricisi rolunu oynayır. Yazının ölçüsü dəyişərkən növbəti yazıların yalnız ünvan göstəricilərinin qiyməti dəyişir. Beləliklə, bu halda yaddaşda boş yer qalmır. Göründüyü kimi, birbaşa ünvanlaşdırma verilənlərin ardıcıl saxlama quruluşuna, dolayı ünvanlaşdırma isə siyahışəkilli saxlama quruluşuna uyğundur.
Verilənlər hansı qaydada saxlanırsa, onlara müraciət də həmin qaydada mümkün
olur.
VB inzibatçılığı
VB inzibatçılığı sistemin etibarlı və səmərəli fəaliyyətini təmin etməyə yönəldil-
məklə, həm də istifadəçi tələbinə adekvat olan VB yaradılmasını və predmet oblastının aktual vəziyyətdə saxlanmasını tyəmin etməyi nəzərdə tutur. İnzibatçı heyətin zəruriliyi verilənlərin mərkəzləşdirilmiş idarə edilməsi ilə bağlıdır və sosial istifadəçi mühitində meydana çıxan ziddiyyətləri həll etmək üçündür.
İnzibatçılıq predmet oblastı üzrə, əlavələr üzrə, VB üzrə və təhlükəsizlik üzrə qrup- laşdırılır.
Predmet oblastı üzrə inzibatçı VB-nin konseptual sxeminin istifadəçilərin inteqra- siya edilmiş tələblərinə adekvat olmasının təmin edir.
Əlavələr üzrə inzibatçı VB-nin xarici sxeminin müvafiq proqram əlavəsinə adek- vatlığının təmin edilməsinə məsuldur.
VB inzibatçısının vəzifəsi sistemin lazımi məhsuldarlıq səviyyəsini təımin etmək- dən ibarətdir. Bu vəzifə səmərəli müraciət metodlarından və verilənlərin səmərəli yerləş- mə strategiyasından istifadə etmək, həmçinin verilənlərin optimal bolluğunun yaradıl- ması yolu ilə yerinə yetirilir.
VB inzibatçısının vəzifələrinə aşağıdakılar daxildir: Sistemin fəaliyyət statistikasının aparılması;
Yaddaş resurslarından səmərəli istifadənin təmin edilməsi; Sistemin etibarlı fəaliyyətinin təmin edilməsi;
VB-nin saxlanması mühitinin yenidən sazlanmasına ehtiyacın qiymətləndirilməsi; Lazım gəldikdə VB-nin daxili sxeminin dəyişdirilməsi;
Konseptual sxemin yeni daxili sxemə uyğunlaşdırılması;
VB-nin saxlanması mühitinin yeni daxili sxemə uyğunlaşdırılması;
VB-nin məntiqi və ya fiziki pozuntularının ləğv edilməsi yolu ilə tamlığının bər-
pası.
Təhlükəsizlik üzrə inzibatçı istifadəçi səlahiyyətlərini, verilənlərə müraciət məhdu-
diyyətlərini müəyyən etməyə və VB-nin texnoloji təhlükəsizliyini təmin etməyə borc- ludur.
Bəzən verilənlər üzrə də inzibatçı vəzifəsi nəzərdə tutulur. Bu, verilənlərin gerçək- liyinə, uyuşanlığına və tamlığına cavab verir. VB-nin aktuallaşdırılması reqlamentinin müəyyən edilməsi də bu inzibatçının işidir.
Verilənlər bazasının layihələşdirilməsi
VB yaradılmasının ən məsuliyyətli mərhələsi layihələşdirmədir. Çünki VB-nin istifadəçi baxımından məzmununun səmərəli təşkili məsələsi bu mərhələdə həll edilir. Layihələşdirmə zamanı yol verilən səhv çox baha başa gəlir. Layihələşdirmə işləri böyük zəhmət tələb edən iş olmaqla, tam avtomatlaşdırılması mümkün deyildir. Bu işdə layihə- ləşdirici mütəxəssis intuisiyası və təcrübəsi mühüm rol oynayır.
Ötən 10 illikləedə çoxsaylı mütəxəssislərin gərgin əməyi sayəsaində müxtəlif CASE-texnologiyalar178 yasradılmışdır ki, bunlar da layihələşdirmə işlərinin avtomatlaş- dırılması üçün proqram təminatı yaratmağa imkan verir. CASE instrumentariyası müx- təlif struktur və obyekt-istinad metodlarına əsaslanır.
VB-nin layihələşdirilməsi prosesi aşağıdakı mərhələləri birləşdirir: VB-nin konseptual layihələşdirilməsi;
VBİS və digər instrumental proqram vasitələrinin seçilməsi; VB-nin məntiqi layihələşdirilməsi;
VB-nin fiziki layihələşdirilməsi.
Konseptual layihələşdirmənin əsas vəzifəsi gələcək istifadəçilərin informasiya tələbatının öyrənilməsi əsasında sistemin predmet oblastını təyin etməkdən ibarətdir. Predmet oblastının tərkibi və strukturu 2 üsulla seçilir. Ən geniş yaılmış üsul funksional yanaşmadır ki, bu da ―məsələ‖ prinsipi ilə seçmədir. İkinci üsul predmet yanaşmasıdır. Birinci üsul istifadəçi tələbinin aydın olduğu halda, ikinci üsul bu tələbin qeyri-müəyyən olduğu halda tətbiq edilir.
İnstrumental sistemlərin seçilməsi mərhələsi mütləq mobil sistem yaratmağın qeyri- mümkünlüyü ilə bağlıdır. Odur ki, hər dəfə konkret tərkibli instrumentariya seçmək lazım gəlir.
Məntiqi layihələşdirmə mərhələsində predmet oblastının konseptual modeli seçilmiş VBİS-in tələb etdiyi verilən modeli formasında təsvir edilir.
Fiziki layihələşdirmə mərhələsi layihələşdirilmiş məntiqi quruluş üçün daha səmərəli saxlama mühiti yaradılmasını həyata keçirir.
Dostları ilə paylaş: |