Dərs vəsaiti Bakı 2014

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.75 Mb.
səhifə43/48
tarix25.05.2018
ölçüsü1.75 Mb.
1   ...   40   41   42   43   44   45   46   47   48

8.9. Veb texnologiyaları


İnternet mühitində fəaliyyət göstərən ümumdünya hörümçək toru (World Wide Web) adlı qlobal hipermediya paylanmış informasiya sisteminin yaradılması 20-ci əsrin son 10 illiyində əldə edilmiş ən böyük elmi-texniki nailiyyət olmaqla, bir sıra yeni informasiya texnologiyalarının təməlini təşkil etmişdir ki, bu da nəticə etibarı ilə dərin sosial-iqtisadı dəyişikliklər törətmişdir.

Layihənin ideyası 1980-ci illərin sonunda Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) istifadə edilmək üçün təklif edilmişdi. Lakin qısa müddətdə bu ideya İnternetin yaranmasına gətirib çıxardı.



      1. İnternetin informasiya servisləri


Qlobal hesablayıçı-kommunikasiya şəbəkəsi olan İnternetdə bir sıra informasiya və digər servislər mövcuddur ki, bunların da xidmətlərindən müxtəlif istifadəçilər istifadə edirlər. Bu servislərin bəziləri hamı üçün açıq olsa da, bəziləri xüsusi parol tələb edir.

Nisbətən çox istifadə edilən İnternet servislərinə: WWW, elektron poçt, fayl ötürül- məsi servisləri, telekonfrans və hesablayıcı resurslara məsafədən müraciət imkanları yaradan proqram və aparat vasitələri kompleksləri aiddir.

İnternetin bütün ibformasiya servisləri ―müştəri – server‖ arxitekturası əsasında qurulur. Bunlardan bəziləri, məsələn, WWW paylanmış informasiya resursları ilə işləyə bilir.

206
İnternet açıq sistemlərin şəbəkədə qarşılıqlı fəaliyyətinin etalon modeli (Open System İnterconnection –OSİ) standartı əsasında qurulduğundan, WWW proqram təminatı İnternetə daxil olan şəbəkələrin xüsusiyyətlərindən də asılı deyildir. Bu proqram təminatı etalon modeldə tətbiqi səviyyəyə aiddir.

Beləliklə, İnternetdə istifadə edilən aparat-proqram platformalarının bircinsli olmaması sözügedən şəbəkə servislərinin şəffaf olmasına mane olmur.

İnternetin informasiya servislərinin funksional imkanları barədə qisaca aşağıdakıları qeyd etmək olar.



WWW servisi. Bu, qlobal şəbəkənin müxtəlif düyünlərində yerləşən paylanmış hiper-mediya informasiya resurslarına naviqasiya (axtarış) müraciəti təmin edən İnternet servisidir. Bu servisdə paylanmış informasiya resursları istifadəçilər üçün şəffafdır.

Elektron poçt. Bu, İnternet servislərinin ən populyarıdır. Elektron poçtun funksi- yası bir istifadəçinin ötürdüyü xəbəri başqa istifadəçiyə (istifadəçilərə) çatdırmaqdan ibarətdir. Bu servisin hər bir istifadəçisi özünün elektron ünvanına malikdir. Bu ünvan onu İnternet mühitində fərdi şəkildə təyin etməyə imkan verir. İstifadəçinin elektron ünvanı ona xidmət göstərən poçt serverindəki İnternet düyününün domen adından və həmin serverdə təkrarı olmayan istifadəçi identifikatorundan ibarətdir.

Məsələn, vizit kartındakı e-mail: student@econ.adiu.az yazısı kart sahibinin elek- tron ünvanıdır. Burada: student elektron poçt serverində onun istifadəçi identifikatoru, econ.adiu.az- xidmətedici düyünün domen adı, @- ayırıcı simvoldur. İstifadəçiyə gələn xəbər poçt serveri tərəfindən onun poçt qutusuna yerləşdirilir. Müştəri proqram təminatının köməyi ilə istifadəçi öz poçt qutusuna baxa bilir, oradakı faylları silə bilir, oraya fayl daxil edə bilir və s.



Faylötürmə servisi. Bu, ftp (File Transfer Protocol) protokoluna əsasən iş görür. Bu səbəbdən, faylötürmə servisi qısaca, ftp servisi adlnır. Bu servisin istifadəçiləri müva- fiq parol yığmaqla, onları maraqlandıran poçt-serverlərdəki arxiv fayllarına müraciət edərək həmin faylları lazımi ünvanlara ötürə bilirlər. Ftp-serverdəki ümumistifadə fayllarına anonim (parolsuz) müraciət də mümkündür.

Telekonfranslar. Telekonfrans servisi insanlar qrupunu müəyyən problem ətrafında ünsiyyət keçirməyə şərait yaradır. Bu servisdə konfrans iştirakçıları bir-birinə xəbər ötürüb qəbul edə bilirlər. Telekonfransın 2 növü vardır: informasiya yayımı siyahıları

yeniliklər qrupu. 1-ci növ telekonfrans ya inzibatçı tərəfindən, ya da avtomatlaşdırılmış

207


qaydada idarə edilir. Bu konfransın iştirakçısı olmaq üçün konfrans inzibatçısına və ya serverə xəbər göndərməklə yazılmaq lazımdır. Yalnız bundan sonra iştirakçı olmaq istəyənin elektron ünvanı yayım siyahısına düşür. 2-ci növ konfranslar interaktiv rejimdə fəaliyyət göstərir. Bu halda verilmiş qrup iştirakçıları üçün nəzərdə tutulan xəbərlərin saxlandığı veb-serverə müraciət etmək kifayətdir.

Uzaq terminalın emulyasiyası. Bu servis istifadəçiyə uzaq terminalla öz kompüteri ilə işlədiyi kimi işləməyə imkan verir. Uzaq terminalın emulsiyası telnet protokolunun köməyi ilə həyata keçirilir.

Bunlarla yanaşı, İnternetdə Gopher, Archie WAIS kimi ilk informasiya servisləri də hələ fəaliyyətdədir. Bu servislər istifadə sarıdan xeyli zəifləsə də hələ nəzərəçarpacaq dərəcədə istifadəçiləri öz ətrafında saxlamaqdadırlar.



Gopher servisi. Bu, vahid inteqrasiya edilmiş istifadəçi interfeysinin köməyi ilə elektron poçt, ftp, telnet və s. servislərə müraciəti mümkün edir. Müştəri proqramı olan Gopher özünəməxsus axtarış vasitələrinə, şəbəkə naviqasiyasına və menyüyə malik olduğundan, çox zaman onu şəbəkə proqram örtüyü də adlandırırlar.

Archie servisi. Bu, Archie-serverin yaddaşındakı disk kataloqlarının strukturu, oradakı faylların adları və müəllifləri barədə məlumat almağa imkan verir. Archie servisi müştəri sorğuları üzrə fayl axtarmağı təmin edir.

WAIS servisi. Bu, Wide Area Information Server adlı, interaktiv interfeysli, tam- mətnli aidi axtarış sistemidir.

Lakin artıq qeyd etdiyimiz kimi, bu servislər Veb tərəfindən sıxışdırılmışdır. Veb- brauzerlər adlanan veb-in müştəri proqram vasitələri həmin servislərə müraciəti təmin edir.



Ümumdünya hörümçək toru. İnformasiya servisi layihəsi şəklində meydana çıxan və sonra Ümumdünya hörümçək toruna çevrilən qlobal kompüter şəbəkəsi görünməmiş sürətlə inkişaf etməkdədir. Bu inkişafın səbəbi təkcə aktuallıq deyil, həm də Veb texnologiyasının aşağidakı üstünlükləridir:

İnformasiya resurslarına qlobal müraciətin təmin edilməsi; Müraciət vaxtına hədd yoxdur, istənilən vaxt müraciət mümkündür;

Müxtəlif tematikalara aid olan iri həcmli informasiya resurslarına sərbəst müraciət imkanının olması;
Naviqasiya üsulunun sadə və təbiiliyi;

Sistemin açıq xarakterli olması – Veb açıq sistem standartlarına əsaslanır;

İnformasiya resurslarının çap edilməsi üçün sistemin açıq olması (Veb-də heç bir mərkəzi idarəetmə orqanı yoxdur, bu, başdan-başa könüllülər sistemidir);

Veb-də informasiyanın nəşrə hazırlanmasının sadəliyi;

Həm server, həm də müştəri proqram təminatına azad müraciətin mümkünlüyü; İnformasiya resurslarının paylanması amilinin istifadəçi üçün şəffaflığı və aparat-

proqram platformalarının yekcins olmaması;

İstifadəçidən tələb olunan ixtisas səviyyəsinin minimumluğu və s.



Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə