131
işlərə, naryad verilmədiyindən, bu barədə bütün fəhlələrin
məlumat alması üçün, iş qiymətləri adətən sexdə asılır.
İşəmuzd əmək haqqının
qeyri-müstəqim sistemində
fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlə-
lərin əmək haqqından və ya istehsal etdikləri məhsulun
miqdarından asılıdır. Bu sistem çox hallarda əsas fəhlələrə
xidmət edən köməkçi fəhlələrin əmək haqqının ödənil-
məsində tətbiq olunur. Bu sistemin iki variantını fərqləndi-
rirlər: birinci variantda hər hansı iş yerinə xidmət edən
fəhlənin əmək haqqı, əsas işəmuzdçu fəhlənin hasilatından
asılı olaraq müəyyən edilir. Ona görə də köməkçi fəhlə
ayrı-ayrı iş yerləri və ya istehsal sahələrinə fasiləsiz və
keyfiyyətli xidmət etməyə maddi cəhətdən maraqlı olur.
Əgər əsas fəhlə bir işi icra edərsə, onda köməkçi fəhlə də
həmin işə görə əmək haqqı alır. Belə olan halda köməkçi
fəhlənin əmək haqqının kəmiyyətini müəyyən etmək üçün
həmin fəhlənin gündəlik tarif maşını (T
m
) norma-saat və
yaxud digər natural ifadələrlə ifadə olunan xidmət norması
(t
xid
) ilə həmin xidmət obyekti üçün plan üzrə müəyyən
edilmiş tapşırıq (N
pl
) hasilinə bölmək lazımdır, yəni:
Ə
h.d
= T
m
: (t
xid
• N
pl
).
Bu sistemin tətbiq edilməsi üçün zəruri müqəddəm
şərtlər: əməyin normallaşdırılmasının yüksək keyfiyyətdə
olmasından, iş uçotunun yaxşı təşkil edilməsindən, məhsu-
lun keyfiyyətinə görə qəbul edilməsindən və iş yerinin
xammalla və ya pəstahı ilə normal surətdə təmin edilmə-
sindən əsaslıdır.
Dostları ilə paylaş: