Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


Müəssisənin istehsal gücü və onun hesablanması



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə51/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   101
6.3. Müəssisənin istehsal gücü və onun hesablanması 
 
Əsas  fondlar  özü-özlüyündə  cansızdır.  Onlar  yalnız 
işçi qüvvəsi ilə birlikdə canlanır. İşçi  qüvvəsi isə əsas is-
tehsal  fondlarının  əlaqələndirilməsi  müəssisənin,  sexin  və 
sahənin  istehsal  gücünü  müəyyən  edir.  Müəssisənin  (sex, 
sahənin) istehsal gücü deyərkən, onların məhsul buraxılışı 
üzrə malik olduqları ən yüksək səviyyədə məhsulun bura-
xılışını  nəzərdə  tuturlar.  İstehsal  gücünün  miqdar  ifadəsi, 
yəni kəmiyyəti, əsas fondlardan ən mükəmməl surətdə is-
tifadə edilməsi (müəssisə üçün qoyulan iş rejiminə uyğun 
olaraq),  mütərəqqi  texnologiyanın  və  əmək  təşkilindəki 
qabaqcıl  metodların  tətbiq  edilməsi,  avadanlığın  məhsul-
darlığının  mütərəqqi  normalarının  həyata  keçirilməsi  və 
“zəif  yerlərin”  aradan  qaldırılması  əsasında,  müəssisənin 
bir  il  ərzində  hazırlaya  biləcəyi  müəyyən  növ  məhsulun 
maksimum miqdarı ilə xarakterizə edilir.  
İstehsal  gücünün  həcmini  müəyyən  bir  hədd  kimi, 
yəni  həmişəlik  müəyyən  edilmiş  bir  maksimum  kimi 
təsəvvür etmək olmaz. Bu həcm dəyişkən həcmdir. Texni-
ka inkişaf etdikcə, yəni daha mükəmməl texnoloji proses-
lər  tətbiq  edildikcə,  istehsalın  tətbiqi  yaxşılaşdıqca    və 


 
 
158 
kadrların tərkibi yüksəldikcə müəssisənin  məhsulun bura-
xılış qabiliyyəti artır. 
Müəssisənin  istehsal  gücü  müəyyən  dövr  ərzində  
(ay, rüb, il) elm və texnikanın ən yeni nailiyyətlərinin, mü-
tərəqqi  texnoloji  proseslərin  və  qabaqcıl  istehsalat  təcrü-
bəsinin geniş tətbiqi, əmək və  istehsalın təşkilinin təkmil-
ləşdirilməsi əsasında mövcud istehsal əsas fondlardan tam 
istifadə etməklə optimal nomenklaturada, çeşiddə və key-
fiyyətdə  müəyyən  məhsul  buraxılışı  üzrə  maksimum  im-
kandır. 
Müəssisənin  istehsal  gücü  hazırladığı  məhsulun  öl-
çüldüyü  vahidlərlə  ölçülür.  Adətən,  sənaye  müəssisələri-
nin  istehsal  gücünü  ölçmək  üçün  natural,  şərti  natural, 
əmək və digər göstəricilərindən istifadə edilir. Əgər müəs-
sisə bir neçə növ məhsul buraxarsa, istehsal gücü bir neçə 
natural göstərici ilə xarakterizə ola bilər. 
Əgər hazırlanan  məhsullar növ və  ölçülərinə, xarak-
terinə  və  xüsusiyyətlərinə  görə  bir-birindən  fərqlənirsə, 
onda həmin  müəssisənin istehsal gücü şərti natural göstə-
ricilərlə xarakterizə olunur. 
Müəssisənin istehsal gücün  düzgün hesablanmasının 
çox  böyük  əhəmiyyəti  vardır,  çünki  onun  həcminə  görə 
müəssisənin istehsal proqramı işlənib hazırlanır. Ona görə 
də, məsələn, neft mədənlərinin istehsal gücü neçə ton neft 
hasil  edilməsi  ilə,  qazma  kontorlarının  gücü  neçə  metr 
qazma əldə edilməsi ilə, aqreqat hazırlayan maşınqayırma 
zavodunun  gücü  neçə  ədəd  aqreqat  buraxılması  ilə  və 
sairələrlə  müəyyən edilir.  
Ayrı-ayrı hallarda, əgər müəssisə  bir neçə növ məh-
sul  buraxarsa,  istehsal  gücü  bir  neçə  natural  göstərici  ilə 
xarakterizə oluna bilər. Məsələn, maşınqayırma zavodları-
nın istehsal gücü iki natural göstərici ilə, yəni həm ədədlə, 


 
 
159 
həm də güc vahidi ilə ölçülür. Belə ki, güc transformator-
ları  kvt-la    və  ədədlə,  fəvvarə  armaturası  atmosferlə  və 
dəst ilə, dərinlik nasos stanqları  metr ilə ölçülür və s. 
Bəzi  hallarda  “istehsal  gücü”  anlayışını  “istehsal 
proqramı”  anlayışı  ilə  eyniləşdirirlər.  Bu,  düzgün  deyil. 
Birincisi, ona görə ki, müəssisənin istehsal gücü onun po-
tensial, istehsal proqramı isə real imkanıdır. Potensial im-
kan həmişə real imkandan çox olur və odur  ki,  müəssisə-
nin  istehsal  gücü  onun  istehsal  proqramından  artıqdır; 
ikincisi, müəssisənin istehsal proqramı onun  orta illik gü-
cünə əsasən, işlənib hazırlanır və həmin gücə müəssisənin 
maksimum  gücü  deyilir;  üçüncüsü,  plan  dövrü  ərzində 
müəssisənin istehsal gücü bu və ya digər təşkilatı – texniki 
tədbirlərin  həyata  keçirilməsi  nəticəsində  müəyyən  qədər 
artır  (dəyişir),  istehsal  proqramı  isə  qəbul  və  təsdiq  edil-
dikdən sonra plan dövrü ərzində, adətən, dəyişməz qalır. 
Müəssisənin istehsal gücünü hesablayarkən ona təsir 
edən amillər nəzərə  alınmalıdır. Müəssisənin istehsal gü-
cünün kəmiyyətinə aşağıdakı amillər təsir göstərir: 
a)  texnoloji  məqsədlər  üçün  istifadə  edilən  avadan-
lıqların sayı və tərkibi; 
b) plan ildə avadanlığın işləmə vaxtı fondu; 
v)  texnoloji  avadanlıqlardan  istifadənin  mütərəqqi 
normaları; 
q) istehsal olan məhsulun əmək tutumu; 
ğ) məhsulun hazırlanmasında istifadə edilən texnoloji 
alət və tərtibatların xüsusi çəkisi; 
d)  məhsulun  hazırlanması  texnologiyanın  təkmilləş-
dirilməsi; 
e) məhsulun hazırlanmasında istifadə edilən xammal 
və materialın  keyfiyyəti; 
ə)  əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi; 


 
 
160 
z) avadanlığın təmirdə qalma  vaxtının azaldılması ; 
i)  istehsal  əsas  fondların  texnoloji  quruluşun  təkmil-
ləşdirilməsi. 
Avadanlığın    işləmə  vaxtı  fondu  –  plan  dövründə 
avadanlığın  potensial,  yaxud  faktiki  işləmə  müddətidir. 
Avadanlığın  təqvim  üzrə,  rejimlə  (nominal),  faydalı  (nor-
mativ, plan), faktiki və məhsuldar işləmə vaxtı fondu fərq-
ləndirilir. Təqvim üzrə avadanlığın işləmə vaxtı fondu–nə-
zərdən  keçirilən  dövrdə  vaxtın  astronomik  miqdarı  ilə 
hesablanır. Avadanlığın rejim iş vaxtı fondu – təqvim fon-
dundan  qeyri-iş  vaxtını  çıxmaqla  müəyyən  edilir  və  bu 
zaman avadanlığın işinin növbəliliyi  və gün ərzində işdə 
nəzərdə  tutulmuş  fasilələr  hesaba  alınır.  Avadanlığın  fay-
dalı iş vaxtı fondu – avadanlığın planlı təmiri ilə əlaqədar 
boşdayanma  vaxtı  həmçinin  onun  sazlanması  və  yenidən 
sazlanması  vaxtı  çıxılmaqla  rejimlə  işləmə  vaxtı  əsasında 
hesablanır. Faktiki avadanlığın işləmə fondu – faydalı işlə-
mə vaxtı fondundan artıq boşdayanma vaxtının kəmiyyəti 
qədər az və vaxtdan artıq işlənilən saatların  kəmiyyəti qə-
dər  çox  ola  bilər.  Avadanlığın  məhsuldar  iş  vaxtı  fondu 
dedikdə,  avadanlığın  faydalı  iş  vaxtı    fondundan  onun 
qeyri  –  məhsuldar  iş  vaxtını  çıxdıqdan  sonra  yerdə  qalan 
vaxt nəzərdə tutulur. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin